Fövqaladə Təhqiqat Komissiyası
-



BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

Ordu qoşunlarından sayca dəfələrlə az olan Qotsinskinin, Zizikskinin və Maqalovun hərbi hissələri tezliklə geri çəkilməyə məcbur oldular. 1918-ci il aprelin 20-də Zaqafqaziya Seyminin tapşırığına əsasən Seymin sədr müavini S.O.Tiqranyan Seymin üzvü İ.Heydərovla birlikdə Bakı Soveti ilə danışıqlar aparmaq üçün Bakıya yola düşdülər.
İ.Heydərov Bakıya çatan kimi bolşeviklər tərəfindən həbs edildi. S.Şaumyanla əlbir olan S.O.Tiqranyan isə Tiflisə qayıdan kimi Bakıya qarşı yönəldilmiş hərbi əməliyyatların dayandırılmasını və baş vermiş hərc-mərcliyin sülh yolu ilə aradan qaldırılması üzrə tədbirlərin görülməsini tələb etdi. [ardını oxu]

AZƏRBAYCAN QADINLARININ ŞAHİD İFADƏLƏRİ

Mart hadisələrindən sonra mən Lənkərana getmişdim və oradan yalnız 2 həftə sonra Bakıya qayıtdım. Bakı alınmamışdan əvvəl 2000 erməni əsgəri Lənkərana gəldi və özbaşınalıq etməyə, müsəlman əhalisini ələ salmağa başladı.

Onlar yeməkxanalara girir, yeyib-içir və pulunu ödəmədən çıxıb gedirdilər; çörək alır və onun pulunu vermirdilər. Sonra onlar türklərdən müdafiə olunmaq üçün müsəlmanları səngər qazmağa məcbur edirdilər. Hətta o həddə çatmışdı ki, ermənilər şaxsey91 zamanı müsəlmanlara öz dini ehtiyaclarını həyata keçirməyə maneçilik törətməyə başlamışdılar. [ardını oxu]

BAKI QIRĞINLARI: MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

Hücum edən erməni əsgərlərinə, əsas etibarilə, erməni ziyalılarının nümayəndələri başçılıq edirdilər. Belə dəstələrdən biri Nikolayevskaya küçəsində yerləşən evə soxulmuş və 8 nəfər qadın və uşaqları qətlə yetirmişdir. Başqa bir dəstə Bala Əhməd Muxtarovun Persidskaya küçəsində yerləşən evinə girərək, müsəlman ziyalılarının doqquz nümayəndəsini küçəyə çıxarmış və Sobornaya meydanında güllələmişdir. Həmin evdə doktor Tağıyev bolşeviklərin hakimiyyətini tanıdığını sübut edən sənədi çıxararaq erməni əsgərlərinə təqdim etdikdə, əsgərlər daşnaksakan olduqlarını və bolşevikləri tanımadıqlarını söyləyərək onu güllələmişlər. [ardını oxu]

FÖVQALADƏ TƏHQİQAT KOMİSSİYASININ ÜZVLƏRİ

Şahmalıyev İsmayıl bəy Nəsrulla bəy oğlu – (1883-1938), hüquqşünas, titullu müşavir. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fevral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır, 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş və burada 1910-1911-ci illərdə quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında istefaya çıxmışdır.

[ardını oxu]

1918-ci IL QUBA HADISƏLƏRİ – AZƏRBAYCAN MÜSƏLMAN ƏHALİSİNİN KÜTLƏVİ QIRĞINI

Gelovani özünü Qubanın qəza komissarı elan edir. Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Qubada şəhər rəisi və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi.

Həmin vaxt qəza komissarı Əli bəy Zizikski, Bakıda və Şamaxıda mart hadisələrindən dərhal sonra öz hərbi dəstələri ilə birlikdə Qubadan çaxaraq Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə artıq Bakının girəcəyində, Xırdalan yaxınlığında şəhəri və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı. [ardını oxu]

FÖVQALADƏ TƏHQİQAT KOMİSSİYASININ YAZIŞMALARI

“Bazar küçəsində aşağıda adları çəkilən müsəlmanlara məxsus olan iyirmi üç ev yandırılmışdır: Qafar Orucov, Yusif bəy Abusalambəyov, Yusif İsmayılov, İsgəndər Abdullayev, Həmid Məmmədov, Müseyib Dadaşov, Abbas Qulu Cəfərov, Hacı Kərim Orucov, Abdul Xalıq Məmmədov, Məmməd Əli Məmmədov, Səttar Məhərrəmov, Məmməd Rəhimov, Məmməd Əli Hüseynov, Hacı Müslüm Bağırov, Ağa Hüseyn Məmmədov, Bədəl Tahirov, Hacı Bala Məmmədyarov, Cəbrayıl Əfəndi Əfəndiyev, Hacı Hüseyn bəy Xəlilbəyov, Məmməd Tahirov və erməni İsay Arutyunovun evi. Elə həmin küçədə müsəlmanlara məxsus olan əlavə on bir ev yandırılmışdır [ardını oxu]

 


Flag Counter