|
FƏSİL II
AZƏRBAYCANLI
QADINLARIN
ŞAHİD İFADƏLƏRİ
Sənəd № 372
Dindirmə protokolu
1919-cu il, 5 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Humay Xanım Sultanova, 26 yaşım var, Bakı şəhərində, Vorontsovskaya küçəsi, 10 №-li evdə yaşayıram.
Hələ mart qırğınları başlayanadək mən və ərim ermənilərin müsəlmanlara qarşı çıxışlarının gözlənildiyi barədə şayiələri eşidirdik. Lakin, ərimlə mən dağıstanlı olduğumuza görə, düşünürdük ki, ermənilər bizə toxunmazlar. Buna görə də sakitcə öz mənzilimizdə qalırdıq və qiymətli əşyalarımızı gizlətmirdik. Martın 17-də və 18-də ermənilərlə müsəlmanlar
arasında atışmalar baş verirdi, amma ərimlə mən hələ də heç bir təhlükəsizlik tədbirləri görmürdük. Çərşənbə axşamı, martın 20-də, səhər saat 7-yə yaxın, ixtisası həkim olan ərim Bəybala bəy, mənim otağıma gəldi və geyinməyimi məsləhət gördü. Belə ki, şəhərdə atışma başlanmışdır, odur ki, geyimdə olmaq daha yaxşıdır ki, təhlükə yarandığı halda evdən gedə
bilək. Bir qədər keçdikdən sonra ərim mənə dedi ki, evdən getmək lazımdır, çünki ermənilər evlərə soxulmağa başlayıblar və qarətlə məşğuldurlar. Biz qonşu damdan mühəndis Qolginin mənzilinə keçdik. Məni və oğlumuz Məhəmməd Mirzəni burada yerləşdirərək, ərim yenidən mənzilimizə qayıtdı ki, daha qiymətli əmlakımızı götürsün. Bu zaman bizim evimizə
həyətdən, küçədən və giriş qapısından silahlı ermənilər doluşmağa başladılar. Mən oğlumla otağa girdim, Qolgin və onun adını bilmədiyim bir tanışı, qonşuluqda yerləşən dəyişik paltar tikən emalatxananın sahibi ilə şüşəbənddən bizim mənzilə tərəf baxmağa başladılar. Bu zaman boğuq atəş səsi eşidildi və mən Qolginin və emalatxananın sahibinin doktor Sultanovun, mənim ərimin öldürüldüyünü necə qışqırdıqlarını eşitdim. Mən ərimin yanına getməyə can atdım, lakin məni buraxmadılar. Bir az sonra erməni əsgərləri Qolginə yaxınlaşdılar və ondan Sultanovun ailəsinin harada gizləndiyini göstərməyi tələb etdilər. Belə olan halda Qolgin bizim hamımızın evdən getməsini məsləhət gördü. Oğlumla mən və Qolgin arvadı və iki uşağından ibarət olan ailəsi ilə birlikdə onların mənzilində çıxdıq və parapetin yanından keçərək Torqovoya küçəsinə yollandıq, məni burada Qolginin tanışı olan qadının mənzilində qoydular. Mən gecəni orada keçirdim və ertəsi gün tezdən ərimin universitet yoldaşı Nikolay Aleksandroviç Lavrovun mənzilinə getdim və orada beş gün qaldım. Evimizə qayıdarkən mənzilimizi dəhşətli vəziyyətdə gördüm. Hər şey qırılmış, sındırılmış, bağı aşağı çevrilmişdi.
Bütün qiymətli əşyalarımız, xalçalar və paltarlarımız yoxa çıxmışdı. Mən qarət edilmiş bütün əşyalarımızın siyahısını sizə təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ümumilikdə 182.570 rubl dəyərində əşyalarımız qarət edilmişdir. Bundan əlavə, ermənilər ərimin cibindən 70.000 rubl nağd pulunu çıxarmışlar. Qolgin, feldşer Mixaylov və tacir Şirinbəyov görmüşdülər ki, bizim mənzilə soxulan əsgərlərə əlində revolver tutmuş Stepan Lalayev başçılıq edir. Ərim bizim yanımıza, Qolginin mənzilinə keçməyə hazırlaşanda Lalayev onu saxlamış və revolverdən onun başına atəş açmışdır, bundan sonra ərim yerə yıxılmışdır. Lalayevi müşayiət edənlərdən kimsə ərimin yerli müsəlman olmadığını, dağıstanlı olduğunu söyləyərək, onu müdafiə etmək istədikdə, Lalayev onu da öldürəcəyini qışqırmış və bundan sonra erməni susmuşdur. Həyətə düşən Lalayev həmin revolverlə adını bilmədiyim
dalandarı, onun arvadını və iki aylıq körpəsini güllələmişdir. Mart hadisələrindən sonra Temir-Xan-Şuraya getdim. Getməzdən əvvəl, bizim evdə yaşayanların hamısı, aşağıda, mənə danışırdılar ki, onlar da Lalayevi yaxşı tanıyıblar, onun mənim ərimi və ailəsi ilə birlikdə dalandarı necə öldürdüyünü görüblər. İndi isə, artıq mən Şuradan qayıtdıqdan sonra, onlar hamısı ərimi öldürənin Stepan Lalayevə yalnız oxşadığını deyirlər. Mən bunu onunla izah edirəm ki, bütün şahidlər Lalayevdən və onun qohumlarından qorxurlar.
Hal-hazırda Temir-Xan-Şurada iki bacı – Nisə Xanım (Nina) və Əminə Xanım (Emma) Acıyevalar yaşayırlar. Onlar hər ikisi, əvvəllər oxuduqları Bakıdakı Müqəddəs Nina89 məktəbində eşidiblər ki, Stepan Lalayevin orada oxuyan bacısı hamıya danışırmış ki, Vorontsovskaya küçəsində yaşayan doktor Sultanovu, yəni mənim ərimi, onun qardaşı özü
öldürmüşdür. Lalayevlə birgə onun dostu zabit Arzumanov da evlərə girir və qarətlə məşğul olurdu. Mən bunu bir çox tanışlarımın, eləcə də Lalayevin cangüdəninin sözlərindən bilirəm. O, bu barədə Petrovskda Didikov adlı bir inquşa danışmışdır; bu, Biçeraxovun90 dəstəsi Petrovskda olarkən baş vermişdir və Stepan Lalayev də həmin dəstədə idi. Mən eşitmişəm ki, Lalayev Petrovskda da qətl və qarətlərlə məşğul olmuşdur. Orada dostu Digityanla birlikdə bir çox tanınmış müsəlmanları qətlə yetirmişdir. Ayrıca qətl və qarət hallarını göstərə bilmərəm. Əlavə edirəm ki, biz Qolginin mənzilinə bazar ertəsi günü, martın 19-da getmişdik, lakin, axşam saat 6-da ərim bolşeviklərlə müsəlmanlar arasında barışıq elan edildiyini gördükdə, biz evimizə qayıtmışdıq. Biz Qolginin mənzilinə apardığımız bütün qiymətli əşyalarımızı və pullarımızı elə bu vaxt geri gətirmişdik. Oxundu. Humay xanım Sultanova (imza).
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: А.Kluge, А. Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 62-64.
Sənəd № 374
Dindirmə protokolu
1918-ci il, 14 noyabr Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xədicə İsmayıl qızı, 20 yaşım var, Bakıda yaşayıram.
Mart hadisələri zamanı mənim ərim İsgəndər Qasım Qulu oğlu iki gün müdafiə olundu, sonra silahlı ermənilər bizim evə soxuldular, ərimi beş güllə ilə yaraladılar və həyətimizdə 12 qonşumuzu qətlə yetirdilər: öldürülənlərin arasında uşaqlar və hamilə qadınlar da var idi. Ərim ağır yaralara baxmayaraq hələ 20 gün yaşadı və sonra aldığı yaralardan xəstəxanada
öldü. Mən qaçmağa müvəffəq olmuşdum, bununla belə küçədə top mərmisindən yara almışdım və xəstəxanaya gətirilmişdim. Bizim evimizdəki bütün əmlakımızı qarət etmiş və atımızı öldürmüşdülər. Dəymiş ziyan 10.000 rubldan çoxdur. Mənim ərizəmi qarət edilmiş əşyaların siyahısı ilə birlikdə işə əlavə etməyinizi xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
Xədicə İsmayıl qızı öz ifadəsinə aşağıdakıları əlavə etdi:
Mart hadisələrindən sonra mən Lənkərana getmişdim və oradan yalnız 2 həftə sonra Bakıya qayıtdım. Bakı alınmamışdan əvvəl 2000 erməni əsgəri Lənkərana gəldi və özbaşınalıq etməyə, müsəlman əhalisini ələ salmağa başladı. Onlar yeməkxanalara girir, yeyib-içir və pulunu ödəmədən çıxıb gedirdilər; çörək alır və onun pulunu vermirdilər. Sonra onlar türklərdən müdafiə olunmaq üçün müsəlmanları səngər qazmağa məcbur edirdilər. Hətta o həddə çatmışdı ki, ermənilər şaxsey91 zamanı müsəlmanlara öz dini ehtiyaclarını həyata keçirməyə maneçilik törətməyə başlamışdılar. Bununla belə müsəlmanlar məscidlərdə toplaşdıqda və orada öz dini mərasimlərini keçirdikdə, erməni əsgərləri məscidlərə soxuldular
və onları qarət etdikdən sonra, yandırmağa cəhd göstərdilər. Lakin gürcülər buna mane olaraq məscidi müdafiə etməyi bacardılar; iş hətta atışma həddinə çatdı. Mən yalnız erməni əsgərlərinin müsəlman qadınını öldürdükləri bir hadisəni xatırlayıram. Mart hadisələri zamanı ermənilər Bakıda qardaşımın iki yaşlı oğlunu divara mıxlamışdılar və bu yolla ona ölənədək əzab vermişdilər (şahid ifadə verərkən ağladı). Türklərin Bakıya ilk hücumundan əvvəl Quba qəzasında ermənilər mənim altmış beş yaşlı əmimi tikə-tikə doğramışlar.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: М.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 157.
Sənəd № 375
Dindirmə protokolu
1918-ci il, 4 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanımana Ağarza qızı, 33 yaşım var, Bakı şəhəri, 4-cü Paralellnaya küçəsində, Bəhram Atam Oğlanın evində yaşayıram, savadsızam.
1918-ci il mart ayının 19-da səhər 10-11 radələrində otuza yaxın silahlı erməni əsgəri yuxarıda göstərilən evə soxuldular, yeddi nəfər müsəlman kişisini, və o cümlədən mənim 70 yaşlı atam Ağa Rzanın tüfəngin qundağı ilə başını parçalayaraq, öldürdülər, altı nəfər qadını, iki azyaşlı uşağı qətlə yetirdilər. Ermənilər uşaqları süngü ilə öldürdülər. Mənim iki min rublumu
zorla aldılar, atamın isə cibindən dörd min səkkiz yüz rubl (4800 rubl) pulunu çıxardılar. Məni əsir apardılar və mənim mənzilimi qarət etdilər. Qarət edilmiş əşyaların siyahısı təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm, əşyaları yeni qiymətlə beş min manat dəyərində qiymətləndirirəm. Yolboyu məni və digər qadınları qundaqlarla vururdular və yerə yıxılan qadınları hörüklərindən tutaraq qaldırırdılar. Erməni əsgərləri bütün qonşu evlərə də girir, müsəlmanları, cinsindən və yaşından asılı olmayaraq, öldürür, onların əmlakını qarət və məhv edirdilər. “Poxlu Dərə” rayonunda demək olar ki, müsəlmanların hamısını qırmışdılar və elə bir ev yox idi ki, ermənilər kimisə öldürməsinlər, əksinə, elə evlər var ki, ermənilər evdəkilərin hamısını qətlə yetirmişlər. Erməni əsgərləri müsəlmanların çox olduğu evlərə od vururdular. “Poxlu Dərə” rayonu demək olar ki, bütünlükdə ermənilər tərəfindən məhv edilmişdir və bu rayondan çox az sayda müsəlman sağ qalmışdır. Evlərdə və küçələrdə müsəlman kişilərin, qadın və uşaqların, və hətta südəmər körpələrin eybəcər hala salınmış meyitləri uzanıb qalmışdı. Bütün dəhşətlər haqqında danışmaq çox çətindir. Ağırdır.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 13.
Sənəd № 376
Dindirmə protokolu
1918-ci il, 2 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ümsalma Məşədi Novruz qızı, 35 yaşım var, Budaqovskaya küçəsi, ev № 197 ünvanda yaşayıram, savadsızam, Bakı sakiniyəm.
Bu ilin mart ayının ortalarında biz səhər tezdən silahlı erməni əsgərlərini gördük. Ərimlə və oğlumla birlikdə mənzilimizi tərk edib şəhərin “Poxlu Dərə” adlanan hissəsinə qaçdıq. Ermənilər “Poxlu Dərəyə” soxuldular və müsəlman kişi, qadın və uşaqları öldürməyə başladılar. Ermənilər bizə atəş açır, xəncərlə doğrayır, süngülərlə deşirdilər. Müsəlmanlar vahimə içində evlərindən qaçır, ermənilər isə onları küçələrdə haqlayır və yerindəcə öldürürdülər. Ermənilər müsəlmanların qoyub çıxdıqları evlərdə qalan uşaqların hamısını öldürürdülər.
Mən erməni əsgərinin süngüdə havaya qaldırdığı üçgünlük körpəni görmüşəm. Ermənilər mənim 40 yaşlı ərim Hüseyn Qulu Atam oğlunu və 22 yaşlı oğlumu küçədə öldürdülər. Mən gizlənməyə macal tapdım. Ermənilər mənim mənzilimi başdan ayağa qarət etdilər, apara bilmədiklərini isə qırıb-tökdülər. Mən indi tamamilə yoxsul, dilənçi vəziyyətində qalmışam.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 78.
Sənəd № 377
Dindirmə protokolu
1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Kərbəlayı Tağı qızı, 50 yaşım var, “Poxlu Dərə” rayonu, Fabriçnaya küçəsi, 32 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayında silahlı ermənilər məni əsir apardılar və həmin vaxt ərzində demək olar ki, bütün mənzilimi qarət etdilər; mənzilimdən ərizədə siyahısını göstərdiyim 8.000 rubl dəyərində əşyalarımı oğurlamışlar. Əsirlikdə bizi bir gün susuz və çörəksiz saxladılar; amma bu, yalnız iki gün oldu. Mənim kürəkənim – Cəfər Məşədi Rəhim oğlu ermənilər tərəfindən öldürülmüşdür.
İfadə oxundu. Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 197.
Sənəd № 378
Dindirmə protokolu
1918-ci il, 19 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Anaxanım Nur Məmməd qızı, 50 yaşım var, Bakı sakini, Bakıda yaşayıram, savadsızam.
Bu il mart ayının ortalarında, silahlı erməni əsgərləri səhər tezdən şəhərin müsəlmanların yaşadığı “Poxlu Dərə” adlanan hissəsini mühasirəyə aldılar. Mənim digər müsəlmanlarla birlikdə olduğum evin həyətinə erməni əsgərləri soxuldular və bütün müsəlman kişiləri, 15-16 nəfəri, o cümlədən mənim 60 yaşlı ərimi, 18 yaşlı oğlumu öldürdülər və iki qadını da qətlə yetirdilər. Qalan qadınları qundaqlarla döyməyə və pullarını və zinət əşyalarını əllərindən almağa başladılar. Bütün qadınları hörükləri ilə bir-birinə bağlayaraq, başıaçıq və ayaqyalın
əsir apardılar. Yolboyu müsəlmanların cəsədləri uzanıb qalmışdı, bizi isə dayanmadan qundaqlarla vurur və dinimizi təhqir edirdilər. Ermənilər mənim 15.000 rubl pulumu aldılar və mənzilimi təxminən 20.000 rubl məbləğində qarət etdilər. Mən indi tamamilə yoxsul və qundaq zərbələrindən sonra xəstə vəziyyətdə qalmışam. “Poxlu Dərə”- də müsəlman kişilərdən demək olar ki, heç kim sağ qalmamışdır. Mən bütün dəhşətlər haqqında danışa bilmirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 165.
Sənəd № 379
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nisə Xanım Şahgəldi qızı, 50 yaşım var, Bakıda, Kirpiçnaya küçəsində, Şahgəldinin evində yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da, yüz nəfərə yaxın erməni əsgəri yuxarıda göstərilən evə soxularaq, mənim 50 yaşlı ərim Məşədi Nabat Əli Heydər oğlunu, mənim oğlum Xəlili və dörd nəfər fəhləni – Həsəni, Sadıqı, Məşədi Hüseyni və Əzizi öldürdülər. Ermənilər məni, 11 yaşlı qızımı və 8 yaşlı oğlumu əsir apardılar, mənzilimi isə 9.240 rubl dəyərində qarət etdilər. Erməni əsgərləri ərimin cibindən 6000 rubl pulunu çıxartmışdılar. Ərimin çörəkxanası var idi və bundan əlavə xalça alveri ilə də məşğul olurdu. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 153.
Sənəd № 383
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xırda Atamoğlan qızı, 40 yaşım var, Bakı şəhəri, Kirpiçnaya küçəsi, ev № 2 ünvanda yaşayıram.
Mart ayında ermənilər mənim kürəkənim Əliverdini və 10 yaşlı nəvəm Gülmirzəni qətlə yetirmişlər. Sonra canilər təqdim etdiyim siyahıda göstərilən və dəyəri 3.450 rubl olan əşyalarımızı qarət etmişlər.
Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza)
Komissiya üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94.
Sənəd № 384
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dürnisə Heybət qızı, 40 yaşım var, Bakı şəhəri, Kirpiçnaya küçəsi, ev № 65 ünvanda yaşayıram.
Bu ilin mart ayında ermənilər mənim böyük oğlum Məşədi İbrahimi qətlə yetirmiş və kiçik oğlum Mirzə Əlini yaralamışlar. Canilər xəncərlə böyük oğlumun başını kəsmişdilər. Ermənilər bundan əlavə bizim əşyalarımızı qarət etmişlər. Onların 14.285 rubl dəyərində olan siyahısını təqdim edirəm.
Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 95.
Sənəd № 385
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qız Xanım Cabbar qızı, 25 yaşım var, Bakı şəhər sakini, Kirpiçnaya küçəsində yaşayıram, savadsızam.
Bu ilin martında silahlı ermənilər mənim ərimi və 10 yaşlı oğlumu öldürdülər, sonra isə evimizi qarət edərək, verdiyim ərizədə göstərilən 10.000 rubl dəyərində əşyalarımızı apardılar. Mən baş vermiş hadisənin şahidi olmuşam. Ermənilər məni və digər qadınları əsir götürdülər, əsirlikdə bizi təhqir edir, yalnız balığın baş tərəfini təklif edərək, yemək verirdilər.
İfadə oxunmuşdur. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 97.
Sənəd № 386
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəyim Xanım Oruc Bala qızı, 80 yaşım var, Bakı şəhər sakini, Kirpiçnaya küçəsində şəxsi evimdə yaşayıram.
Bu il martın 19-da erməni əsgərləri səhər tezdən hücuma keçdilər. Mən qaçdım, amma mənim oğlum Xan Əhməd Dadaş oğlunu, 25 yaşlı, erməni əsgərləri öldürdülər. Mənim mənzilimi 12.650 rubl məbləğində qarət etdilər. Əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 153.
Sənəd № 387
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pəri Xanım Rza qızı, 17 yaşım var, Bakı şəhər sakini, Kirpiçnaya küçəsi № 1 ünvanda yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim ərim Xəlil Əbdül Hüseyn oğlunu, 28 yaşlı, öldürmüşlər, mənzilimi isə köhnə qiymətlərlə 8.300 məbləğində qarət etmişlər. Mən əşyaların siyahısını və qiymətlərini təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. İndiki qiymətlərlə onların dəyəri 250.000 rubldan aşağı deyildir. Bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 165.
Sənəd № 388
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Balabacı Heybətqulu qızı, 60 yaşım var, Bakı şəhərində, Kirpişnaya küçəsi, ev № 39 ünvanda yaşayıram, savadsızam.
Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim oğlum, 35 yaşlı Məmməd Qasım Nəcəfqulu oğlunu və onun oğlu 2 yaşlı Nəcəfqulunu öldürdülər. Mənim mənzilimi 16.940 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə edilməsini xahiş edirəm. Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 22.
Sənəd № 390
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Çeşmi Həsən Əli qızı, 60 yaşım var, Bakı sakini, Məmmədlinskaya küçəsində yaşayıram, savadsızam.
Bu ilin mart ayında ermənilər məni əsir götürdülər. Ermənilər bizimlə pis davranır, bizi təhqir edir, ələ salırdılar. Mənim evimdə manufaktura malları var idi, mənim ticarətlə məşğulam. Bütün mallar və başqa ev əşyaları həmin ermənilər tərəfindən qarət olunmuşdur. Onların qiyməti 8000 rubl idi.
İfadə oxunmuşdur. Savadsızdır.
Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 127.
Sənəd № 392
Dindirmə protokolu
1918-ci il, 14 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Alma Xanım Nuhəli qızı, 60 yaşım var, Bakı sakini, Məmmədli ərazisində yaşayıram.
Mart hadisələri zamanı bizim evə ermənilər soxuldular və bizi polis bölməsinə əsir apardılar. Mən ertəsi gün evə qayıdanda bütün əmlakımın qarət edildiyini gördüm. Qonşuların dediyinə görə bunu ermənilər etmişlər. Qarət olunmuş əmlakın siyahısını təqdim edirəm. Mənə köhnə qiymətlərlə 5000 rubl məbləğində zərər vurulmuşdur. Silahlı ermənilər bizi
zorla əsir apardılar və hətta bir nəfəri bizimlə getmək istəmədiyi üçün evin darvazasının qabağında öldürdülər. Öldürülən mənim qaynım idi; öldürəndən sonra ermənilər onun qızıl saatını və pullarını götürdülər. Əsirlikdə bizi bir gün yox, üç gün saxladılar və çox az çörək verirdilər.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı: İmza.
Komissiya üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 158.
Sənəd № 393
Dindirmə protokolu
1919-cu il, 13 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zinyət Ağabala qızı, 18 yaşım var, Bakı şəhərində, Kanitapinskaya küçəsi, ev № 119 ünvanda yaşayıram, savadsızam.
1918-ci ilin mart ayında erməni əsgərləri bizim evə hücum etdilər, mənim ərim Məşədi Rəhim Cabbar oğlunu öldürdülər və təqdim etdiyim ərizədə göstərilən 10.000 rubl dəyərində bütün əşyalarımızı qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 18.
Sənəd № 394
Dindirmə protokolu
1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xədicə Qəni qızı, 35 yaşım var, Bakı sakini, 1-ci Kanitapinskaya küçəsi, dalan № 7, ev № 8 ünvanda yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da səhər tezdən yüz nəfərdən artıq erməni əsgəri yuxarıda göstərilən evə soxuldular və mənim 45 yaşlı ərim İsmayıl Kərbəlayı Abbas Qulu oğlunu öldürdülər, mənim mənzilimi 6240 rubl dəyərində qarət etdilər, ərimin cibindən isə 7000 rubl pulunu çıxardılar. Mən azyaşlı uşaqlarımla yəhudi qadının evində gizlənmişdim. Bir saatdan sonra ermənilər məni əsir götürdülər. Ermənilər mənim əşyalarımı mənim mənzilimdən avtomobilə qoyurdular və aparırdılar. Erməni əsgərləri qonşularımızı da öldürürdülər
və evlərini qarət edirdilər. Mənim ərimi tüfənglə öldürürdülər və ayaqlarını kəsdilər. Qarət edilmiş əşyaların siyahısını sizə təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: M. Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 195.
Sənəd № 396
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səriyyə Hacı Gül Məmməd qızı Qurbanova, 38 yaşım var, 1-ci Kanitapinskaya küçəsi, 103 №-li evdə yaşayıram, Bakı, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Qulam Əli Qurban oğlunu, 45 yaşlı, və oğlum Ələkbəri, 20 yaşlı, əsir apardılar və küçədə öldürdülər. Mənim mənzilimi isə 28.775 rubl məbləğində qarət etdilər, oğurlanmış əmlakın siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.
Sənəd № 400
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qızqayıt Rüstəm qızı, 35 yaşım var, Bakıda, 1-ci Kanitapinskaya küçəsi, 115 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərləri mənim evimi qarət etdilər, mənim ərim Ağababa Əbusalam oğlunu, 60 yaşlı, öldürdülər. Mənim mənzilimi 3275 rubl məbləğində qarət etmişlər, Bundan əlavə 100 pud buğda aparmışlar. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.
Sənəd № 406
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səriyyə Xanım Mirzə Hüseyn qızı, 25 yaşım var, Bakı şəhəri, 7-ci Kanitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim 35 yaşlı ərim Gül Hüseyn Əhliman oğlunu və 20 yaşlı Ağa Hüseyn Baba oğlunu öldürdülər. Mənim ərimin cibindən 1500 rubl pulunu çıxardılar və mənzilimi 21.100 rubl dəyərində qarət etdilər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş
edirəm. Erməni əsgərləri məni əsir götürdülər. Qonşu müsəlmanları cinsindən və yaşından asılı olmayaraq öldürür və qarət edirdilər. Mən möcüzə nəticəsində sağ qalmışam, yəqin ki, Allah belə istəyirmiş ki, mən sağ qalım və erməni dəhşətlərinin şahidi olum.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 27.
Sənəd № 407
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Xanım Şamxal qızı, 14 yaşım var, Bakı şəhəri, 7-ci Kanitapinskaya küçəsi, 5 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da səhər tezdən erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Abuzər Mahmud oğlunu, 32 yaşlı, və atam Şamxal Allah Qulu oğlunu öldürdülər, mənzilimi qarət etdilər və 20.000 rubl dəyərində əşyalarımı apardılar. Ermənilər komoddan 100.000 min rublu da götürdülər. Mənim ərim topdan satış alver edirdi və irimiqyaslı dəmir ticarəti ilə məşğul idi. Məni ermənilər əsir apardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.
Sənəd № 409
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şərəbanı Nəcəf Qulu qızı, 32 yaşım var, Maştağa kəndinin sakiniyəm, Bakı şəhəri, 7-ci Kanitapinskaya küçəsi, 5 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da səhər tezdən erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim 45 yaşlı ərim Şamxal Allah Qulu oğlunu, və 32 yaşlı qaynım Abuzər Mahmudu öldürdülər, mənzilimi qarət etdilər və 60.000 rubl dəyərində əşyalarımızı avtomobillərə yükləyib apardılar. Erməni əsgərləri ərimin 40.000 rubl pulunu zorla aldılar, sonra isə özünü öldürdülər. Əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər demək olar ki, bütün müsəlman kişiləri öldürürdülər. Məni və mənim ailəmi ermənilər əsir götürdülər. Ermənilər apara bilmədikləri hər şeyi qırıb-tökdülər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.
Sənəd № 410
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Samət Məhərrəm qızı, 41 yaşım var, Bakı şəhəri, 7-ci Kanitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.
Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən mənim oğlum Əsgər Xalıq oğlu öldürülmüşdür, onlar bizim siyahıda göstərilən 19.000 rubl məbləğində əmlakımızı qarət etmişlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 411
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mina Bəyim Mirzə Əli qızı, 45 yaşım var, Bakı şəhəri, 7-ci Kanitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin martında ermənilər tərəfindən mənim oğlum Ağa Hüseyn Baba oğlu və kürəkənim Gül Hüseyn Əlməmməd oğlu öldürülmüşdür və mənim təqdim edilən siyahıda göstərilən 14.450 rubl məbləğində əmlakım qarət edilmişdir.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 416
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Bədir qızı, 30 yaşım var, Bakı qəzası Maştağa kəndinin sakini, uşaqlıqdan Bakı şəhəri 7-ci Kanitapinskaya küçəsi, 119 №-li evdə yaşayıram, savadsızam.
Mart ayında silahlı ermənilər bizim və qonşuların – müsəlmanların evlərinə soxuldular, kişilərin hamısını qırdılar, biz qadınları isə əsir götürərək, üç gün saxladılar; onlar bizi də öldürmək istəyirdilər, amma barışıq elan edildi və bizi azad etdilər. Mən erməni canilərinin çoxunu yadımda saxlamışam və üzləşmə zamanı tanıya bilərdim; amma adlarını bilmirəm. Ermənilər əvvəlcə qoca atamı öldürdülər, bacıma atəş açaraq, ayağından yaraladılar, sonra isə əmlakımızı qarət etdilər, ümumilikdə 9605 rubl dəyərində və təqdim etdiyim siyahıda ətraflı şəkildə göstərilən əşyalarımızı oğurladılar Hadisə Bakıda baş vermişdir. İfadə oxunmuşdur; ermənilər əsirlikdə revolverlə bizə hədə-qorxu gəlir, su, yemək vermir, saman üzərində yatmağa məcbur edirdilər. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, i. 14, v. 65.
Sənəd № 419
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pir Xanım Məmməd Həsən qızı, 40 yaşım var, Bakı şəhər sakini, Aziatskaya küçəsi, dalan № 5, ev № 2 ünvanda yaşayıram.
Bakıda baş vermiş 1918-ci ilin mart qırğınlarında ermənilər 10-cu Kanitapinskaya küçəsindəki 3 №-li evimizdə mənim 55 yaşlı ərim İbrahimi, on yaşlı oğlum Ələsgəri öldürmüş, biz qadınları isə əsir götürmüşlər və beş gün əsirlikdə saxlamışlar. Mənim yanımda 4 uşaq var idi; biz Kanitapinskaya küçəsindəki Qorodskoy domda (Şəhər evi) saxlanılırdıq. Orada
təxminən iki min nəfərə yaxın əsir var idi. Mən orada, öz yanımda əllərindən və ayaqlarından yaralanmış üç qadın görmüşəm; Məni 8595 rubl məbləğinə qarət ediblər. Siyahını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənim əşyalarımın qiyməti bu gün 35.380 rubldur və onun mənə ödənilməsini xahiş edirəm. Mənim öhdəmdə dörd uşaq qalıb, ən kiçiyinin üç yaşı var.
Oxundu. Pir Xanım Məmməd Həsən qızı.
Komissiya üzvləri: Aleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 81.
Sənəd № 420
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zərəfşan Bəyəli qızı, 40 yaşım var, Bakı şəhəri, 10-cu Kanitapinskaya küçəsi, 34 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim 20 yaşlı oğlum Məmməd Əli Nəcəf Qulu oğlunu öldürdülər və mənzilimi qarət etdilər. 5124 rubl dəyərində qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər 300 rubl nağd pulumu sandıqdan çıxardılar. Məni uşaqlarımla birlikdə əsir apardılar və dörd gün saxladılar. İki yaşlı oğlum əsirlikdə qollarımın üstündə öldü. Onun adı Abbasəli idi. Mənim ərim bağrı çatlayaraq öldü. Dörd gündən sonra məni buraxdılar və elə həmin gün iki oğlum, 6 yaşlı Həsən Bala və 9 yaşlı Hüseyn Bala da acından öldülər. Mən bir tikə çörəyə möhtac qalmışam.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 14, v. 152.
Sənəd № 423
Dindirmə protokolu
1918-ci il, 7 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yaxşı Xanım Hacı Əli Mərdan qızı Manafova, 52 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 178 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilərin müsəlmanlara qarşı çıxışlarının üçüncü günü bizim kirayənişinimiz olan Aleksandrın (familiyasını bilmirəm) başçılıq etdiyi erməni əsgərləri dəstəsi bizim evimizə gəldilər və bizim əşyalarımızı qarət etməyə başladılar. Sonra onlar məni Mailov teatrının binasına əsir apardılar, mənim oğlumu isə Aleksandr kənara çəkdi və ondan sonra onu mənim gözlərimin qabağında güllələdilər. Bu Aleksandrı sonra biz hökumətə göstərdik, onu hətta həbs etdilər, lakin sonradan buraxdılar. Mənim qətlə yetirilən oğlumun adı Ağaverdi idi. Mənə məlum olduğu kimi, ermənilər mənim nağd 15.000 rubl pulumu aparıblar. Bundan əlavə, onlar 60.000 rubl məbləğində zinət əşyalarını və digər əmlakımı aparıblar. Mart hadisələrindən sonra Aleksandr Qoqolevskaya küçəsi, dalan № 2, ev № 14-də yaşayırdı. Aleksandrı təxminən bir ay əvvəl həbs etmişdilər, amma mən indi öyrənmişəm ki, o artıq beş gündür ki, azadlıqdadır.
Oxundu. Savadsız olduğuna görə imzaladı: (imza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 124.
Sənəd № 427
Dindirmə protokolu
1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Tutu Xanım Məşədi Hüseyn qızı, 20 yaşım var, Bakı sakini, Çadrovaya küçəsi, 220 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının ortalarında on nəfər silahlı erməni əsgəri Tatarskaya küçəsi, 55 №-li evə girdilər və mənim 27 yaşlı ərim Ağa Kərim Xanbaba oğlunu, onun 70 yaşlı atası Xanbaba Almaz oğlunu, 18 yaşlı Baba Rəşid oğlunu və Rəşid Eyvaz oğlunu apardılar. Onların hamısını küçədə öldürdülər, Xan Babanın cəsədini isə lap evin qarşısından tapdım. Onların hamısını evdən səhər saat 8-də çıxarmışdılar, axşam saat 10-da isə erməni əsgərləri yenidən gəldilər və məni əsir götürüb apardılar, Mailov teatrında üç gün saxladılar. Ermənilər mənim iki
min rubl pulumu, üç min rubl dəyərində zinət əşyalarımı, qızıl və gümüşümü əlimdən aldılar, kostyumları, tikiş maşınını və bütün ev avadanlığını apardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 130.
Sənəd № 428
Dindirmə protokolu
1918-ci il, 23 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanım Hüseyn qızı, 50 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 157 №-li evdə yaşayıram, savadsızam.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim qardaşım Əbdül Hüseyn oğlunu öldürülmüş və bizim 15.000 rubl məbləğində əmlakımızı qarət etmişlər. Onların siyahısını işə əlavə etməyi xahiş edirəm.
Oxundu. Xanım Hüseyn qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.
Sənəd № 429
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zəhra Ələkbər qızı, 45 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 83 №-li evdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim ərimi və oğlanlarımı öldürdülər, mən isə azyaşlı qızlarımla dul qaldım. Ermənilər mənim mənzilimi cəmi 30.750 rubl məbləğində qarət etmişlər. Mən əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə 30.750 rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. Zəhra Ələkbər qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.
Sənəd № 433
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Xanbaba qızı, Bakı sakini, Tatarskaya küçəsi, 55 №-li evdə yaşayıram, 35 yaşım var, savadsızam.
Bu il, mart ayının deyəsən 20-də yuxarıda göstərilən evin həyətinə silahlı erməni əsgərləri gəldilər və 80 yaşlı atam Xan Babanı, 25 yaşlı qardaşım Əli Kərimi, 55 yaşlı ərim Kərbəlayı Rəşidi və 17 yaşlı oğlum Babanı apardılar. Bu, səhər saat 7-də olmuşdu. Erməni əsgərləri mənə dedilər ki, onları əsir götürürlər. Mən ermənilərə yalvardım ki, onları evdə qoysunlar, ancaq onlar məni döydülər. Yuxarıda adları çəkilən doğmalarımı ermənilər küçəyə çıxardılar və 55 №-li evin yanında atamı öldürdülər. Ərimi ermənilər Bağırov bağçasının yanında öldürdülər. Qardaşımın və oğlumun cəsədlərini tapa bilmədim. Həmin günün axşamı yenidən mənim evimə otuza yaxın erməni gəldi və evi qarət etməyə başladılar. Ermənilər
təqdim etdiyim siyahıdakı köhnə qiymətlə 3200 rubl dəyərində bütün qiymətli əşyalarımızı apardılar; bu ərizənin işə əlavə olunmasını xahiş edirəm; məni isə azyaşlı: altı aylıq, üç və doqquz yaşında körpələrlə əsir apardılar və iki gün saxladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 107.
Sənəd № 435
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Xanım Əkbər qızı, 20 yaşım var, Bakı sakini, Tatarskaya küçəsi, 90 №-li evdə yaşayıram.
Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda göstərilən evə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Dağıdılıb-sındırılmış əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaq ları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.
Sənəd № 436
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Xanım Nəcəf Qulu qızı, 40 yaşım var, Bakı sakini, Tatarskaya küçəsi, 91 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda göstərilən evə gəldilər, mənim mənzilimdən siyahısını təqdim etdiyim və işə əlavə olunmasını xahiş etdiyim 15.800 rubl dəyərində əşyalarımızı qarət etdilər və 1 yaş yarımlıq nəvəm Teyraxanımı ayaqlayıb əzdilər, məni və qızımı əsir götürdülər. Mənim nəvəm erməni əsgərlərinin ayaqları altında əzablar içində öldü. Mənim çəkdiyim dərd və dəhşəti ermənilərin
qəhqəhələri daha da dərinləşdirirdi.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.
Sənəd № 438
Dindirmə protokolu
1918-ci il, 7 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xırda Xanım Zərbalı qızı, 60 yaşım var, Bakı şəhəri, Tatarskaya küçəsində 65 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər tərəfindən törədilmiş müsəlman qırğınları başlanandan iki gün sonra erməni əsgərləri bizim evimizə gəldilər, ərim Muxtar Hüseyn oğlunu Quran oxuduğu zaman öldürdülər; iki güllə hətta Quran kitabına dəymişdi. Barışıq elan edildikdən sonra oğlum Hüseyn bizə gəlmişdi. Ermənilər onu özləri ilə apardılar və barışığa baxmayaraq, oğlumu da öldürdülər. Mənim bütün əmlakım ermənilər tərəfindən qarət edilmişdir və mənə 15.250 rubl dəyərində ziyan vurulmuşdur.
Oxundu. Savadsızdır. Onun əvəzinə N. İsmayılov imzaladı.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 126.
Sənəd № 443
Dindirmə protokolu
1919-cu il, 6 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zibeydə Məmməd Vəli, 40 yaşım var, Bakı şəhəri, Qoqolevskaya küçəsində 121 №-li evdə yaşayıram.
Keçən il mart hadisələri zamanı ermənilər bizim 2-ci Parallelnaya, ev 2, ünvanda yerləşən mənzilimizə soxularaq mənim ərim Heydər Nağı oğlunu və qızımı öldürdülər, mənzili isə qarət etdilər. Oğurlanmış əmlak təqdim olunan siyahıda göstərilmişdir. Mənə 18.100 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 66.
Sənəd № 446
Dindirmə protokolu
1918-ci il, 3 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dostxanım Ağa Kərim qızı, Bakı sakini, 28 yaşım var, Bakıda, Suraxanskaya küçəsində, Babayevin evində yaşayıram, savadsızam.
Mart ayının ortalarında, çərşənbə axşamı səhər tezdən otuz nəfərə yaxın erməni bizim həyətimizə doldu və ərim Məmməd İbrahimi və oğlum Əli Babanı mənzildən çıxararaq öldürdülər. Mən 3 yaşlı qızım və 4 yaşlı oğlumla qaçdım. O vaxt mən Hacı Saleh Babayevin Suraxanskaya küçəsindəki evində kirayədə qalırdım. Mənim mənzilimi tamamilə talan etdilər. Qarət olunmuş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Onlar Babayevi də öldürdülər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 84.
Sənəd № 451
Dindirmə protokolu
1918-ci il, 19 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Xanım Nur Məmməd qızı, 41 yaşım var, Bakı sakini, Bakı şəhərində, Mariinskaya küçəsi, 4 №-li evdə yaşayıram, savadsızam.
Günü və tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında erməni əsgərləri bizim evimizə soxuldular, mənim qohumum Məşədi Bala Baba Avtun Əli oğlunu öldürdülər, məni və mənim uşaqlarımı isə əsir apardılar, qadınları başlarını örtməyə və çəkmə geyməyə qoymadılar. Erməni əsgərləri, məni ölümlə hədələyərək, 900 rublumu, iyirmi qızıl pulumu, beş qızıl üzüyümü, iki cüt qızıl sırğalarımı əlimdən aldılar. Bütün mənzilimi qarət etdilər və köhnə qiymətlə altı mindən yuxarı qiyməti olan əşyalarımı götürüb getdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 166.
Sənəd № 448
Dindirmə protokolu
1919-cu il, 27 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ziba Məlik Məmməd qızı, 45 yaşım var, Bakıda, Suraxanskaya küçəsində 161 №-li evdə yaşayıram.
Deyəsən, 1918-ci il 21 martında 50 nəfərə yaxın erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular və mənim mənzilimi 28.850 rubl məbləğində tamamilə qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mən gizlənməyə macal tapdım və məni rus qadınları gizlətdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 166.
Sənəd № 450
Dindirmə protokolu
1918-ci il, 28 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xədicə Hacı Soltan qızı, 17 yaşım var, savadsızam, Bakıda, Suraxanskaya küçəsi ev 195\52 ünvanda yaşayıram.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim artıq qarət etdikləri ərimi, 35 yaşlı Əli Heydər Hacı Səlim oğlunu məscidin yanında və ərimin atasını, 65 yaşlı Hacı Səlim Nəcəfovu öldürmüşlər. Bundan əlavə ermənilər bizim evimizi 117.500 rubl məbləğində qarət etmişlər. Əmlakın siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Xədicə Hacı Soltan qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 86.
Sənəd № 452
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bibi Xanım Cavad bəy qızı, Bakı sakini, Mariinskaya küçəsi, 32 №-il evdə yaşayıram, 40 yaşım var, savadsızam.
Bu il mart ayının 19-da səhər saat 8-də yuxarıda göstərilən evə erməni əsgərləri soxuldular və bizim hamımızı - müsəlmanları, əsir apardılar, evlərimizi isə qarət etdilər. Mənim mənzilimdən köhnə qiymətlərlə 10.200 rubl məbləğində əmlakım oğurlanmışdır. Onların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Qarətçilər elə həmin ermənilər
idi. Onlar bizim hamımızı - 11 müsəlmanı öldürmək istəyirdilər, amma əsgərlərin arasında bir gücü var idi və o, bizi öldürməyə qoymadı. Ermənilər bizim çadralarımızı dartıb açdılar və başı açıq Mailov teatrına apararaq, orada 3 gün saxladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 102.
Sənəd № 453
Dindirmə protokolu
1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dür Sədəf Molla Kərim qızı, 100 yaşım var, Bakı sakini, Mariinskaya küçəsi, 22 №-il evdə yaşayıram, savadsızam.
Günü və tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında evimizə erməni əsgərləri soxuldular, mənim nəvəmi öldürdülər, onun uşaqlarını, yəni 3 yaşından 9 yaşınadək üç qızı və 10 yaşlı oğlanı əsir götürdülər. Ermənilər mənzili tamamilə qarət etdilər və mənzildən köhnə qiymətlə 14.870 rubl dəyərində əşyalarımızı apardılar. Əşyaların siyahısını təqdim
edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mən indi bir tikə çörəksiz qalmışam və nəvəmin uşaqları mənim himayəmdədirlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 63.
Sənəd № 454
Dindirmə protokolu
1918-ci il, 12 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Kərbəlayı Əli qızı, 50 yaşım var, Bakıda, Mariinskaya küçəsi, 22 №-il evdə yaşayıram.
Mart qırğınları zamanı, mənim rəhmətlik ərim Hacı Fərəc Əliyev və onun ikinci arvadı Umu Mirzəbəy qızı ilə birgə yaşadığımız evimizə (Umu qonşu mənzildə olurdu) silahlı ermənilər gəldilər, bizim bütün əmlakımı zı qarət etdilər və bizi 6-cı Polis bölməsinin idarəsinə əsir apardılar. Bizi Umu ilə bərabər evə buraxanda, biz gördük ki, Hacı Fərəc və onun Umudan
olan oğlu Mütəllib öldürülmüşlər. Mənim 100.000 rubl məbləğində əmlakım qarət edilmişdir, Umunun da bu məbləğdə əmlakını, onlardan əlavə 40.000 rubl nağd pulunu aparmışlar. Ermənilər göstərilən əmlakdan əlavə Hacı Fərəcin 5000 qızıl pulunu da götürmüşlər.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 147.
Sənəd № 458
Dindirmə protokolu
1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sara Hacı Ağası qızı, 27 yaşım var, Bakıda, Mariinskaya küçəsi, 99 №-il evdə yaşayıram.
Bu il martın 22-də erməni əsgərləri yuxarıda göstərilən evə basqın etdilər, minim atam Hacı Ağası Fətulla oğlunu, 55 yaşlı, və bacım oğlu Ağa Hüseyn Bəndəli oğlunu, 19 yaşlı, qətlə yetirdilər, mənim mənzilimi isə 125.120 rubl məbləğində qarət etdilər. Məni əsir apardılar, və üstümdəki 12.000 rublu götürdülər, eləcə də mənim başımdan 200 rubla
aldığım “tirmə şalımı” açıb apardılar. Qarət olunmuş əmlakın siyahısını təqdim edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 38.
Sənəd № 460
Dindirmə protokolu
1919-cu il, 22 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Cəvahir Məşədi Baba qızı, 18 yaşım var, Bakıda, Mariinskaya küçəsi, 4 №-li dalan, 1 №-il evdə yaşayıram.
Keçən ilin martında erməni əsgərləri bizim evə soxuldular, mənim ərim Daşdəmir Mürvət oğlunu, 39 yaşlı, və qayınatam Mirzə Ağa Atam oğlunu, 56 yaşlı, qətlə yetirdilər və bizim siyahıda göstərilən əmlakımızı qarət etdilər. Mənə cəmi 54.900 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. İmza.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 40.
Sənəd № 463
Dindirmə protokolu
1919-cu il, 23 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Xanım Zeynal Abdin qızı, 18 yaşım var, Bakı şəhərində, Verxnyaya-Priyutskaya küçəsi, 181 №-il evdə yaşayıram.
1918-ci ilin martında, yadımda deyil 18-də, yaxud 19-da, bir neçə silahlı ermənilər bizim yuxarıda göstərilən ünvanda yerləşən mənzilimizə soxuldular, məni, anam Balaca Xanım Mustafa qızını və dul bacım Sona Xanımı azyaşlı qızı ilə bərabər əsir götürdülər, qardaşım Ağacanı və atam Zeynal Abdini isə küçəyə çıxardılar və bizim gözümüzün qarşısında öldürdülər, sonra isə süngülərlə deşdilər. Mən əsirlikdən qayıtdıqdan sonra mənzilimizin tamamilə ermənilər tərəfindən qarət edildiyini gördüm; cəmi 4000 rubl məbləğində əmlak və 8000 rubl nağd pul aparılmışdır. Oğurlanın əmlakın dəyəri köhnə qiymətlərlə göstərilir, yeni qiymətlərlə isə onların dəyəri 40.000 rubl edir. Öldürülən atam və qardaşım milisdə xidmət edirdilər və ailənin dolanışığını onlar təmin edirdilər. Hazırda isə qətlə yetirilənlərin bütün ailəsinin, o cümlədən, bu ərizəni verənin, maddi yardıma ehtiyacı vardır. Ərizəmin işə əlavə edilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 89-90.
Sənəd № 464
Dindirmə protokolu
1918-ci il, 2 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Xanım Umudəli qızı, 20 yaşım var, Bakı sakini, Bakıda, Verxnyaya Priyutskaya küçəsi, 107 №-il evdə yaşayıram.
Bu ilin mart ayının 20-də erməni zabiti başda olmaqla, 20 erməni əsgəri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Abbasqulu Məmməd İbrahim oğlunu qətlə yetirdilər, bu ilin mart ayının 18-də dünyaya gətirdiyim yeni doğulmuş körpəmi qucağımdan qapdılar və öldürdülər. Ermənilər mənim mənzilimi tamamilə qarət etdilər, oğurlanmış əşyaların siyahısını
təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 80.
Sənəd № 466
Dindirmə protokolu
1918-ci il, 17 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şərəf Nisə Cəbrayıl qızı, Bakı sakini, 26 yaşım var, Bakıda, Georgiyevskaya küçəsi, 4 №-il evdə yaşayıram, savadsızam.
Tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında yüz nəfərə yaxın erməni əsgəri darvazanı qıraraq evə soxuldular və mənzilləri qarət etməyə, kişi və qadınları öldürməyə başladılar. Mənzildə ermənilər mənim ərim Şıxəli Cəbrayıl oğlunu və onun qardaşları Ağa Əlini və Kəlbalını öldürdülər. Üç qadını – Şərəf Cəlil qızını, Tutu Xanım Cəbrayıl qızını və Xeyransa xanım Xalıq qızını qətlə yetirdilər. Yeddi yaşlı uşağı, Ələkbər Ağa Əli oğlunu qolundan və yanağından, 11 yaşlı Gövhər Xanım Ağa Əli qızını isə qolundan və boynundan güllə ilə yaraladılar. Məni və uşaqlarımı ermənilərdən rus qonşumuz xilas edə bildi və öz mənzilində gizlətdi. Ermənilər, ölümlə hədələyərək, mənim 20.000 rubl pulumu əlimdən aldılar, mənzildən isə 50.000 rubldan yuxarı dəyəri olan bütün əşyalarımızı götürüb apardılar. Talan zamanı rus qonşu məni öz mənzilinə apardı.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 160.
Sənəd № 470
Dindirmə protokolu
1919-cu il, 25 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gövhər Bağır qızı, 50 yaşım var, Bakı şəhər sakini, Bondarnaya küçəsində, 48 №-li şəxsi evimdə yaşayıram.
Bakı şəhərində 1918-ci ilin qanlı mart hadisələri zamanı, barışıq elan edildikdən sonra, müsəlmanların onlara qarşı sadəlövh münasibətindən istifadə edən təxminən 10-12 silahlı erməni, yuxarıda adı çəkilən evə soxuldular, bütün kişi və qadınları, o cümlədən məni, qoca və gözləri görməyən ərim Hacı Əli Məmməd Məmmədovu və 19 yaşlı oğlum Ağa Məmmədi əsir götürdülər və bizi Yefimov Qardaşları Sirkinə92 apardılar. Ermənilər yolboyu bizə işgəncə verirdilər, silahların qundağı ilə hara gəldi vururdular. Sirkə gəldikdə isə bizim dəstəmizdən 7 ya 8 nəfər daha gənc və sağlam kişini, o cümlədən mənim oğlum Ağa Məmmədi ayırdılar və başqa yerə apardılar. Mən sonradan öyrəndim ki, bütün bu kişilər erməni canilərinin əlləri ilə qətlə yetirilmişlər. Bu 7-8 nəfər kişi bizim evimizdən aparılmışdı və onların əksəriyyəti mənim qohumlarım idi. Ermənilər bizi əsir götürdükdən sonra bizim evdə olmadığımız müddətdə mənim 62.790 rubl dəyərində bütün əmlakımı, o cümlədən 20.000 nağd pulumu oğurlayıblar. Qarət olunmuş əşyaların siyahısı ilə birlikdə mənim ərizəmin işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 89.
Sənəd № 473
Dindirmə protokolu
1919-cu il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ruqiyyə Əli-Qulu qızı, 60 yaşım var, Bakı şəhər sakini, Bondarnaya küçəsində, 26 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayında ermənilər müsəlmanlara qarşı qiyam qaldırdılar. Başqaları kimi mən də zərər çəkdim. Ermənilər mənim qapılarımı sındırdılar, mənim 70 yaşlı qoşa ərimi və iki oğlumu öldürdülər; üçüncüsü isə qorxudan xəstələndi və o, da öldü. Qətllər odlu silahdan atılan atəşlə yerinə yetirilmişdir. Ermənilər kimin qətli törətdiyini və mənim əmlakımı
qarət etdiyini deyə bilmərəm, belə ki, heç kimi tanımadım. Ermənilər demək olar ki, bütün evimi qarət ediblər və mənim yazılı ərizəmdə göstərdiyim 5300 rubl məbləğində olan bütün əşyalarımı aparıblar. Ortancıl oğlum – Məhərrəmə məxsus 25 min rubl qiyməti olan 10 qayıq da oğurlanmışdır.
İfadə oxundu. Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 110.
Sənəd № 475
Dindirmə protokolu
1919-cu il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gülsüm Xanım Aydınova, 18 yaşım var, Bakı şəhərində, Aziatskaya küçəsində, 93 №-li evdə yaşayıram, savadlıyam.
Bu ilin mart ayında mən Bondarnaya küçəsində yaşayırdım. O vaxt silahlı ermənilər gəldilər və bizim evə hücum etdilər, mənim ərim qaçmaq istəyəndə onlar onu öldürdülər. Ərimin adı Mirzə Mövsüm idi. Onun qətlindən sonra cinayətkarlar bizim evimizi qarət etdilər və təqdim etdiyim ərizədə göstərilən 14.360 rubl məbləğində əşyalarımızı apardılar. Biz qadınlar isə, qaçmaqla xilas olduq və ermənilərin gözünə görünmədik.
Oxundu. Savadlıdır. İmza.
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 101.
Sənəd № 476
Dindirmə protokolu
1919-cu il, 15 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Tükəzban Tağı qızı Məmmədova, 23 yaşım var, Bakı şəhərində, Bondarnaya küçəsində, 50 №-li evdə yaşayıram.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər bizi əsir apardılar və yolda mənim ərim Məmməd Mehdi oğlunu öldürdülər və bundan əlavə mənim mənzilimi 23.860 rubl məbləğində qarət etdilər. Siyahını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 23.860 rubl məbləğində dəymiş zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 213.
Sənəd № 477
Dindirmə protokolu
1919-cu il, 15 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əminə Xanım Hacı Məmməd qızı Məmmədova, 18 yaşım var, Bakı şəhərində, Bondarnaya küçəsində, 50 №-li evdə yaşayıram.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim qardaşım Ağa Məmməd Məmmədovu, mənim ərim Məmməd Hüseyni və atam Əbdül Əzimi öldürdülər. Ermənilər onların hamısını əsir apardılar və yolda güllələdilər. Öldürülənlərin meyitləri Çornıy qorodda tapıldı, amma məhz harada, mən bilmirəm. Ora kişilər getmişdi. Bundan başqa, ermənilər mənim əmlakımı qarət etmişlər və onların siyahısını təqdim edərək işə etməyinizi xahiş edirəm. Ermənilər tərəfindən mənim cəmi 84.150 rubl məbləğində əmlakım oğurlanıb.
Oxundu. Əminə Xanım Məmmədova. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 214.
Sənəd № 479
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Xanım Nadir qızı, 35 yaşım var, Bakıda, Bondarnaya küçəsi, 50 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 21-də yüz nəfərə yaxın erməni əsgəri yuxarıda göstərilən evə (soxuldular), yeddi nəfər qadını, məni və yeddi nəfər kişini bayıra çıxardılar; qonşu evdən 8 qadın və 2 kişi çıxardılar. Erməni əsgərləri mənim mənzilimi 28.100 rubl dəyərində soydular; qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Bizim hamımızı əsir apardılar və Mailov teatrının qarşısında iki qoca kişi və qadınları ayırdılar, qalan kişiləri isə erməni əsgərləri küçədə güllələdilər. Qətlə yetirilənlərin arasında mənim ərim Kərbəlayı Əbdül Əzim Mir Məmməd oğlu (65 yaşında), 30 yaşlı oğlum Mehdi, 22 yaşlı oğlum Məmməd Hüseyn, 20 yaşlı qohumum Naci Əli Məmməd Nur Məmməd oğlu da var idi. Məni və digər qadınları başqa müsəlmanlarla birlikdə üç gün Mailov teatrında saxladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 198.
Sənəd № 480
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pəri Xanım İsgəndər qızı, 60 yaşım var, Bakı sakini, Bakıda, Azovski döngəsi, 13 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da səhər saat 9-da yüz nəfərə yaxın erməni əsgəri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Ağa Bala bəy Əsədulla bəy oğlunu, qardaşım Kəblə Fərəculla bəyi, qardaşım oğlu İsgəndər bəy Abbas bəy oğlunu mənzildən çıxardılar və küçədə, evin qabağında öldürdülər, Abbas bəyi isə həyətdə öldürdülər. Adları çəkilən şəxsləri öldürdükdən sonra ermənilər onları qarət etdilər və əyinlərindəki kostyumları çıxardılar. Ərimin cibindən 3000 rublu götürdülər. Mənim mənzilimi 1476 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 71.
Sənəd № 482
Dindirmə protokolu
1918-ci il, 8 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Şeyda Fətəli qızı, 60 yaşım var, Bakı sakini, Azovski döngəsi, 89 №-li evdə yaşayıram.
Bu ilin martın 19-da səhər saat 9-da yuxarıda göstərilən evə erməni əsgərləri soxuldular, mənim ərim Məşədi Əbdül Hacı İmam oğlunu, 76 yaşlı, bacımın əri Rüstəm Ələkbər oğlunu öldürdülər, ərimin cibindən 1270 rublu götürdülər, məni isə əsir apardılar. Ondan əvvəl mənzilimi 1872 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 72.
Sənəd № 484
Dindirmə protokolu
1918-ci il, 9 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səadət Nəcəf Qulu qızı, 80 yaşım var, Bakıda, Azovski döngəsi, 2 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı mənim oğlum Zeynal Həsən oğlu öldürülmüş və siyahıda göstərilən 22.200 rubl məbləğində əmlakımız qarət edilmişdir.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 485
Dindirmə protokolu
1918-ci il, 9 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səriyyə Məmməd Əli qızı, 30 yaşım var, Bakıda, Azovski döngəsi, 5 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim ərim Gülməmməd Mahmud oğlunu yaralamış, oğlum Mahmud Gülməmməd oğlunu öldürmüşlər; bu zaman bizim evdən siyahıda göstərilən və 52.650 rubl məbləğində əmlakımızı aparmışlar.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 486
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əminə Xanım Heybət qızı, 45 yaşım var, Bakıda, Azovski döngəsi, 12 №-li evdə yaşayıram.
Mart qırğınları zamanı ermənilər mənim oğlumu, 18 yaşlı Gülmirzə Allahverdi oğlunu öldürüblər, mən isə kor olmuşam. Bundan əlavə, ermənilər mənim köhnə qiymətlərlə 24.000 dəyərində əmlakımı qarət ediblər. Oğurlanmış əmlakın siyahısını və qiymətlərini təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Hazırda mənim əmlakımın qiyməti 73.200 rubl
edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 165.
Sənəd № 487
Dindirmə protokolu
1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səlminaz Əli Məmməd qızı, 54 yaşım var, Bakıda, Azovski döngəsi, 9 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim oğlum, 22 yaşlı Abbasqulu Məşədi Əli oğlunu öldürdülər, mənzilimi isə 1939 rubl 50 qəpik məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 6.
Sənəd № 488
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Cavad qızı, 60 yaşım var, Bakıda, Melniçnaya küçəsində, şəxsi evimdə yaşayıram.
Bakıda 1918-ci il mart qırğınları zamanı mən öz evimdə idim və sobada olan çörəyi bişməmiş ataraq evimin arxa divarından qaçmağa məcbur olmuşdum. Divarı müsəlman-kişilər yarmışdılar. Mənim evim ermənilər tərəfindən qarət edilmiş və 24.000 rubl məbləğində əmlakım aparılmışdır. Mənim oğurlanmış əmlakımın qiyməti indi 72.000 rubl təşkil edir. Bu
məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 76.
Sənəd № 491
Dindirmə protokolu
1918-ci il, 8 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Umu Cəhnə Bəyəli qızı, 40 yaşım var, Bakıda, Melniçnaya küçəsində, şəxsi evimdə yaşayıram.
Bakıda 1918-ci il mart qırğınları zamanı biz ermənilər tərəfindən öldürülməkdən yalnız ona görə xilas olduq ki, ərlərimiz evin arxa divarını yardılar və biz təhlükəsiz yerə qaçmağa macal tapdıq. Mənim evim və əmlakım qarət olunmuşdur. Mən oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənim oğurlanmış əmlakımın ümumi qiyməti 24.000 rubl idi, indiki qiymətlərlə mənim əmlakımın dəyəri 72.000 rubldan az deyildir. Bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır. Onun yerinə imzaladılar: İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 76.
Sənəd № 493
Dindirmə protokolu
1918-ci il, 9 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Xanım Atakişi qızı Vəlixanova, 35 yaşım var, Bakı şəhərinin sakini,
Bolşaya Morskaya küçəsində, 12 №-li evdə yaşayıram.
Mart ayında ermənilər mənim gözümün qabağında mənim ərim Əlağanı və qaynım Balağanı öldürdülər. Məni ona görə öldürmədilər ki, ruslar məni müdafiə etdi və öldürməyə qoymadılar. Qətldən sonra həmin bu ermənilər, mən onları tanımıram, bizim evimizi qarət etdilər və təqdim etdiyim siyahıda göstərilən əşyalarımızı apardılar. Onların siyahısının işə əlavə olunmasını xahiş edirəm. Mənə vurulan zərərin miqdarı – 10.900 rubldur.
İfadə oxundu. Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 96.
Sənəd № 494
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Asiya Mikayıl qızı, 60 yaşım var, Bakı şəhərinin sakini, Bakıda, Bolşaya Morskaya küçəsi, 84 №-li evdə yaşayıram.
1918-ci il martın 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərimi, 70 yaşlı Əsəd Qəhrəman oğlunu və əmim oğlu, 30 yaşlı Qədəş Heybət oğlunu öldürdülər. Sonuncunu erməni əsgərləri xəncərlə qətlə yetirdilər. Demək olar ki, bütün qonşularımızı, müsəlman kişi, qadın və uşaqları ermənilər öldürürdülər. Məni əsir apardılar və mənzilimi qarət etdilər. Ermənilər bütün qonşuların mənzillərini qarət edirdilər və əşyaları avtomobillərdə aparırdılar. Apara bilmədikləri hər şeyi ermənilər sındırır və dağıdırdılar. Mənə 15.250 rubl məbləğində zərər vurulmuşdur. Ermənilər tərəfindən oğurlanan əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151
Sənəd № 495
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nursəba Novruz qızı, 40 yaşım var, Qala kəndinin sakiniyəm, Bakıda, Bolşaya Morskaya küçəsi, 165\62 №-li evdə yaşayıram, savadsızam.
Bu il martın 19-da səhər tezdən erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərimi, 60 yaşlı Baqi Qəhrəman oğlunu və mənim oğlumu, 22 yaşlı Heydəri öldürdülər. Ermənilər onları küçəyə çıxardılar və evin qabağında öldürdülər. Məni və mənim azyaşlı uşaqlarımı əsir apardılar, amma ondan əvvəl evimi qarət etdilər. Ermənilər əşyaları avtomobillərdə aparırdılar. Mənim evimdən ermənilər 17.000 rubl nağd pul, 20.000 rubl məbləğində qızıl əşyaları və 20.000 rubl məbləğində paltar, kostyum və s. apardılar. Oğurlanmış əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.
Sənəd № 496
Dindirmə protokolu
1918-ci il, 7 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məsmə Xanım Xanı qızı, Bakıda, Bolşaya Morskaya küçəsi, 89 №-li evdə yaşayıram, 47 yaşım var, savadsızam.
1918-ci ilin mart ayında bizə əvvəlcə 9 silahlı erməni gəldi və tüfənglə anam Seyid xanımı, yaşlı qadını, qoca atamı - Xanı kişini, qardaşım Xəlili və 18 yaşlı oğlum Əli Abbası öldürdülər. Bir az keçdikdən sonra başqa 11 nəfər ermənilər gəldilər, ərizəmdə göstərdiyim əşyalarımı - 22.250 rubl dəyərində, götürdülər, məni isə əsir apardılar. Əsirlikdə məni və digər müsəlman qadınları ələ salaraq bizim kişilərimizin və valideynlərimizin harada olduğunu soruşurdular.
Oxundu. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 150.
Sənəd № 499
Dindirmə protokolu
1918-ci il, 10 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dost Xanım Əli qızı, 10 yaşım var, Bakı şəhərində, Bolşaya Morskaya küçəsində, 12 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim anamı Um Xanım Nadir qızını və qardaşım Bəymirzə Əli oğlunu öldürmüşlər və bizim mənzilimizi qarət etmişlər. Bu zaman təqdim edilən siyahıda göstərilən və dəyəri köhnə qiymətlərlə 9750 rubl, indiki qiymətlərlə isə təxminən 30.000 rubl olan əşyalarımızı aparmışlar.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 120.
Sənəd № 500
Dindirmə protokolu
1918-ci il, 18 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nisə Xanım İmam Əli qızı, 35 yaşım var, Bakı şəhərində, Bolşaya Morskaya küçəsində, 87 №-li evdə yaşayıram. Savadsızam.
Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim 40 yaşlı ərim İsrafil Cəfər Qulu oğlunu öldürdülər və təqdim edilən siyahıda göstərilən və dəyəri 90.100 rubl olan əmlakımızı apardılar. Bundan başqa, mənim ərimin cibindən 800 rublu çıxardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 23.
Sənəd № 501
Dindirmə protokolu
1918-ci il, 18 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Balaxanım Kərbəlayı Hadı qızı, 28 yaşım var, Bakıda, Bolşaya Morskaya küçəsi, 91 №-li evdə yaşayıram. Savadsızam.
Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim atamı, 45 yaşlı Kəblə Hadı Mövsüm oğlunu və ərimi, 26 yaşlı Abbas Bayram Əli oğlunu öldürdülər, ərimin cibindən 39.100 rublunu çıxardılar. Qarət olunmuş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 23.
Sənəd № 506
Dindirmə protokolu
1919-cu il, 16 yanvar, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gülbacı Rəcəb Əli qızı, 46 yaşım var, Bakıda, Malaya Morskaya küçəsi, 2 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim oğlanlarım Bala Kərimi və Məmməd Hüseyni, gəlinimi və iki nəvəmi öldürmüşlər, sonra isə bütün mənzili qarət etmişlər. 62.720 rubl dəyərində qarət olunmuş əmlakımın siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 29.
Sənəd № 510
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bida Bədir qızı, 25 yaşım var, Bakıda, Budaqovskaya küçəsi, 119 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim evimə basqın etdilər və təpiklərlə mənim bir yaşlı uşağımı – Ağəli Bəyəli oğlunu öldürdülər. Mənim təqdim etdiyim siyahıda göstərilən 17.000 rubl dəyərində əmlakımı qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
Sənəd № 512
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanım Mir Nəsrulla qızı, 35 yaşım var, Bakıda, Yenox-Budaqovskaya küçəsi, 99 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim oğlum Abbas Heydər oğlunu öldürmüş və mənim təqdim etdiyim siyahıda göstərilən 3525 rubl dəyərində əmlakımı qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 181.
Sənəd № 513
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Çimnaz Xanım Qədir qızı, 19 yaşım var, Bakıda, Budaqovskaya küçəsi, 119 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər mənim ərim Mirzə Əli Əli oğlunu öldürdülər və təqdim etdiyim siyahıda göstərilən 11.920 rubl dəyərində əmlakımı qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
Sənəd № 514
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bənzər Sübhan qızı, 55 yaşım var, savadsızam, Bakıda, Budaqovskaya küçəsi, 83 №-li evdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim ərim, 65 yaşlı Abbasqulu Novruz oğlunu öldürdülər və mənim ümumilikdə 12.000 rubl dəyərində olan əmlakımı qarət etdilər. Təqdim etdiyim siyahının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
Sənəd № 515
Dindirmə protokolu
1919-cu il, 8 aprel. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Anna Jumat qızı, 20 yaşım var, Bakı şəhərində, Bibiheybətdə, Məmməd Bağırbəyovun evində yaşayıram, müsəlmanam, savadsızam.
Mənim ərim Allahverdi Nəsrulla oğlu Bibiheybətdə “Mantaşevin” mədənlərində işləyirdi. 1918-ci il mart hadisələri zamanı o, evdən çıxmış və daha geri qayıtmamışdır. Mənim onun haqqında heç bir məlumatım yoxdur. Güman edirəm ki, o, həmin vaxt ermənilər tərəfindən öldürülmüşdür, lakin məhz kimin tərəfindən, deyə bilmərəm. Elə həmin vaxt, mən evdən qaçdığım zaman, ermənilər tərəfindən bizim bütün ev avadanlığımız, əyin paltarlarımız, yataq, qab-qacaq və s. qarət edilmişdir. Bütün oğurlanmış əşyalar keçən ilki qiymətlərlə 16.200 rubl dəyərində idi. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 43.
Sənəd № 516
Dindirmə protokolu
1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mina Şahbaz qızı Abdulova, 50 yaşım var, Bakı şəhəri, Krasnovodskaya küçəsi, 98 №-li evdə yaşayıram.
Mart qırğınlarının ikinci günü bizim evimizə erməni əsgərləri gəldi və oğlum Əli Hüseyn Paşa oğlunu hər iki qolunu biləkdən yaralayaraq ömürlük şikəst qoydular, bizim həyətdə olan 6 yaşlı oğlan uşağını və 7 yaşlı qızı qətlə yetirdilər. Sonra bizi şəhər nəqliyyatının həyətinə əsir apardılar, evimizi isə qarət etdilər və yandırdılar. Bizi əsirlikdən azad etdikdən sonra yalnız oğlanın və qızın kömür kimi qaralmış sümüklərini tapa bildik. Təqdim edilən və qarət edilmiş əşyaların sadalandığı ərizə Əli Hüseynin adından yazılıb. Bizə vurulan ziyan 32.000 rubla bərabərdir.
Oxundu. Savadsız olduğuna görə Ağa Hüseyn Abdulov imzalamışdır (imza).
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.
Sənəd № 517
Dindirmə protokolu
1919-cu il, 22 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Tükəzban Qurban Əli qızı, 40 yaşım var, Bakıda, Krasnovodskaya küçəsi, 98 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənim qardaşım Atamoğlan Qurbanəli oğlunu və onun oğlu Mirzə Ağanı öldürdülər və onların təqdim olunan siyahıda göstərilən əmlakını qarət etdilər. Əmlakın qiyməti 31.675
rubl idi.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 29.
Sənəd № 518
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Bikə Hacı Tağı qızı, 39 yaşım var, Bakı şəhərində, Balaxanskaya küçəsi, 70 №-li şəxsi evimdə yaşayıram, savadsızam.
Mart hadisələri zamanı silahlı ermənilər məni və Balaxanskaya küçəsində yaşayan başqa müsəlman qadınları əsir apardılar və üç gündən sonra mən azad edildikdə, evə gələrək gördüm ki, evim tamamilə qarət edilmişdir; ermənilər ev əşyalarını – məs. xalçaları, qızıl şeyləri, ərzaq məhsullarını, qənd, un və s. , ümumilikdə 40.000 rubl məbləğində – aparmışlar və bu məbləğin ödənilməsini xahiş edirəm. Bundan sonra biz Şamaxı qəzasının Mərəzə kəndinin yolu ilə gedərkən, molokanlar bizi saxladılar və 21 gün əsir qaldıq Yalnız Bakı şəhərində Mir Həsən Vəzirov93 adlı birisi işə qarışandan sonra biz azad edildik. Bununla belə Stepan Lalayev və Əmirovun başçılıq etdiyi ermənilər 73 nəfər kişini qətlə yetirdilər. Mənim qohumum doktor Məmməd Tağı Tağıyevi ermənilər Bakıda öldürmüşlər.
İfadə oxunmuşdur. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 126.
Sənəd № 522
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Həbib bəy qızı Mahmudbəyova, 18 yaşım var, Bakı şəhərində, Zavedenskaya küçəsi 27 №-li evdə yaşayıram, savadlıyam.
Artıq bitməkdə olan bu ilin mart ayında ermənilər şəhəri, o cümlədən bizim küçəni – Şaxskaya – pulemyotlardan və s. bombalamağa başladılar. Bu vaxt mən və mənim valideynlərim başqa müsəlmanlar kimi öldürülə biləcəyimizdən qorxaraq, evimizi qoyduq və Nijnyaya-Priyutskaya küçəsinə qaçdıq. Ermənilər o vaxt bizim evimizi qarət etmiş və əmlakımızı oğurlamışdılar. Həmin əmlakın siyahısını təqdim edirəm. Bizim evimizi qarət edən erməniləri qonşularımız, eləcə də dayım Məşədi Əli Atakişiyev və ev qulluqçumuz Olqa Poluxina görmüşlər. Olqa hazırda Bakıdan çıxıb getmişdir, bəlkə də o, Bakıdadır, lakin mən onun ünvanını bilmirəm. Mənim atam, Həbib bəy94, xəstədir və Sizin yanınıza gələ bilmir. Mən evin böyüyüyəm. Ümumiyyətlə bizim evdən yeni qiymətlərlə 58.152 rubl məbləğində əşyalar oğurlanmışdır.
İfadə oxunmuşdur. Savadlıdır. Mahmudbəyova Sona. İmza.
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 178.
Sənəd № 528
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şahzadə Mirzəli qızı, 45 yaşım var, Bakıda, 6-cı Parallelnaya küçəsində yaşayıram.
Ermənilər mənim ərimi və oğlum Əli Mirzəni öldürdülər, sonra evi 16.800 rubl məbləğində, eləcə də onun dükanını qarət etdilər. Əmlakın siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94.
Sənəd № 530
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həcər Xanım Məmməd Cəfər qızı, 60 yaşım var, Bakıda, şəhəri, 10-cu Parallelnaya küçəsi, 20 №-il evdə yaşayıram, savadsızam.
1918-ci il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərimi, 70 yaşlı Turab Nadir oğlunu öldürdülər və mənim mənzilimi oğurlanan əmlaka dair təqdim etdiyim siyahıda göstərilən
məbləğdə qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.
Sənəd № 531
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həcər Xanım Axundova, 40 yaşım var, Bakıda, Verxne-Kladbişenskaya küçəsi, 53 №-il evdə yaşayıram.
Martda, bazar ertəsi, ayın 19-da ermənilər tərəfindən mənim ərim Əlağa Axundov öldürülmüşdür. Elə o vaxt bizim mənzilimizi qarət etmiş və təqdim etdiyim siyahıda göstərilən əmlakımı – köhnə qiymətlərlə 10.400 rubl, yeni qiymətlərlə 30.000 rubl dəyərində, - aparmışlar. Mart ayında mənim 19 yaşlı oğlum Ağa Hüseyn itmişdir və indiyə kimi tapılmamışdır.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 144.
Sənəd № 533
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səkinə Xanım Məşədi Məmməd Bəkir qızı, 32 yaşım var, Bakıda, İçəri şəhər Qalasında, Sretenski döngəsi, 22 №-il evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənim ərim Məşədi Əyyub Ələkbərovun yorğan-döşək mağazasına basqın etdilər, ərimi öldürdülər və mağazanı qarət etdilər; bu zaman 10.000 rubl məbləğində əşyalar və döşəklər oğurlanmışdır.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 179.
Sənəd № 539
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hörmət Ağagül qızı, 35 yaşım var, Bakı şəhəri, Vasilyevski döngəsi, 15 №-il evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 20-də mənim mənzilimi 9290 rubl dəyərində qarət etmişlər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Mən ərimlə və oğlumla birlikdə qaçırdım, lakin ermənilər küçədə bizi tutdular, 40 yaşlı ərim Əli Qulu Əzim oğlunu və 19 yaşlı oğlum Məşədi Əbdül Əzim oğlunu öldürdülər, məni və qızımı isə əsir götürdülər, həm də 9 yaşlı qızım İzzəti qolundan yaraladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.
Sənəd № 540
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həmşə Qafar qızı, 37 yaşım var, Bakıda, Vasilyevski döngəsi, 18 №-il evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərlər yuxarıda göstərilən evə soxuldular, mənim iki oğlumu – 25 yaşlı Abbasqulu Əmi Baba oğlunu və 22 yaşlı Cəfərqulu Əmi Baba oğlunu öldürdülər, mənim mənzilimi 10.020 rubl məbləğində qarət etdilər. Qarət olunmuş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.
Sənəd № 542
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Umnisə Hacı Zeynal Abdin qızı, Bakı sakini, 28 yaşım var, Verxnyaya- Naqornaya küçəsi, 193 №-il evdə yaşayıram, savadsızam. Bu il mart ayının ortalarında, barışıq bağlanandan sonra, mən ərim və uşaqlarımla bərabər Bakı şəhərindən Fatmayı kəndinə qaçırdım, yolda silahlı ermənilər bizi saxladılar və köhnə qiymətlə 2000 rubl dəyərində olan, təqdim etdiyim siyahıda göstərilən bütün əşyalarımızı, sırğa və başqa zinət əşyalarını, əlimizdən aldılar. Bir neçə gündən sonra mənim ərim, qardaşım və qardaşım oğlu şəhərə qayıtdılar. Mənim ərim Məşədi Hacı Ağa Əbdül Qədir oğlunu və qardaşım oğlanları – İbadulla Abdulla oğlunu və Əmirulla Abdulla oğlunu, eşitdiyimə görə, ermənilər öldürmüşlər. Ermənilər mənim 850 rubl pulumu götürmüşlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 105.
Sənəd № 543
Dindirmə protokolu
1919-cu il, 11 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ayna Xanım Rəsul qızı, 40 yaşım var, Bakıda, Ermənikəndin yanında yaşayıram.
1918-ci il martında ermənilər mənim ərim Kərbəlayı Əbini öldürdülər və təqdim etdiyim siyahıda göstərilən əmlakımı qarət etdilər. Mənə ümumilikdə, 10.000 rubla yaxın ziyan vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 12.
Sənəd № 544
Dindirmə protokolu
1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Asiya Mirzə qızı, 50 yaşım var, Bakıda, Yuryevskaya küçəsi, 51 №-il evdə yaşayıram.
1918-ci il martında ermənilər nəmin oğlum Xəlil Ağamalı oğlunu öldürmüşlər və mən indi tamamilə vəsaitsiz qalmışam. Mənim 10.000 rubl məbləğində qızıl əşyalarımı və ev avadanlığımı aparıblar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 12.
Sənəd № 545
Dindirmə protokolu
1919-cu il, 27 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ziba Məmməd Bağır qızı, 28 yaşım var, Bakıda, 6-cı Nikolayevski döngəsi, dalan № 2, 8 №-il evdə yaşayıram.
Keçən ilin martında ermənilər mənim ərim Məmməd Rza Sadıq oğlunu yaraladılar və mənim təqdim etdiyim siyahıda göstərdiyim əşyalarımı apardılar. Mənə ümumilikdə, 32.300 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 48.
Sənəd № 546
Dindirmə protokolu
1919-cu il, 28 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Züleyxa Xosrov qızı, 30 yaşım var, Bakıda, 1-ci Razyezdnaya küçəsi, 71 №-il evdə yaşayıram.
1918-ci il martın ortalarında, deyəsən bu, martın 19-da baş vermişdi, erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Əhəd Rəhman oğlunu, 50 yaşında, öldürdülər, öldürməmişdən əvvəl onun 2500 rubl pulunu və 2200 rubl dəyərində qızıl zəncirli qızıl saatını götürdülər. Erməni əsgərləri ərimin qardaşını, 30 yaşlı Yunusu da qətlə yetirdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 50.
Sənəd № 549
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Əli qızı, 65 yaşlı, Bakı, Kisenevskaya (Kseniyevskaya) küçəsi, № 12, Səfixan Qasımovun evi, savadsızdır.
Bu il mart ayının 19-da səhər tezdən erməni əsgərləri bizim hissəyə hücum etməyə başladılar. Mən qaçmağa macal tapdım, amma mənim ərimi, 80 yaşlı Dadaş Şəfi oğlunu erməni əsgərləri öldürdülər. Onlar mənim mənzilimi 18.600 rubl məbləğində qarət etdilər. Əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 66.
Sənəd № 553
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ziyarət Xanım Zülfəli qızı , 45 yaşım var, savadsızam, Bakı şəhəri, Qoqolevskaya küçəsi, 83 №-il evin sakiniyəm, daimi olaraq isə Bakı quberniyasının Binəqədi kəndində yaşayıram.
Bu ilin sentyabrında ermənilər Binəqədidə müsəlman kəndlilərini, o cümlədən mənim 6 nəfər qohumumu, yəni 2 uşaq, 2 qadın və 2 kişini xəncərlə doğramışlar. Bundan əlavə ermənilər ümumi dəyəri 28.800 rubl olan əmlakımı qarət etmişdilər. Oğurlanmış əmlakın siyahısının işə əlavə olunmasını xahiş edirəm. Qatillərin adını bilmirəm.
Oxundu. Ziyarət Xanım Zülfəli qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 78.
Sənəd № 554
Dindirmə protokolu
1919-cu il, 20 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ədəybanu Ağarza qızı, Balaxanı kəndinin sakiniyəm (4-cü polis sahəsi), qardaşım Əli Heybət Ağa Rza oğlunun evində yaşayıram.
1918-ci ilin sentyabrının əvvəlində erməni dəstələri Balaxanıya basqın edərkən, ermənilərin müsəlmanlara qarşı vəhşi münasibətlərindən xəbərdar olan müsəlmanlar Balaxanı kəndini tərk etdilər. Müsəlmanlar Balaxanı kəndindən qaçarkən, ermənilər mənim ərim Əli Hacı Baba oğlunu öldürdülər, bizim ümumilikdə 52.400 rubl dəyərində olan bütün əmlakımızı isə ermənilər qarət etdilər. Qarət edilmiş əşyaların siyahısını işə daxil etmənizi xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.79.
Sənəd № 557
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qızılgül Zərbalı qızı, 35 yaşlı, Bakı şəhərinin sakini, Ramana kəndində, 13 №-il evdə yaşayıram.
Mart ayında, ermənilər bizim müsəlmanlara qarşı silahlı çıxış edəndə mən də onların zorakılıqlarının qurbanı oldum. Mənim 10 yaşlı oğlum qorxudan öldü. Mən qaçdım, onlar isə məni 8635 rubl məbləğində qarət etdilər. Əmlakımın siyahısını təqdim edirəm.
İfadə oxundu.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 92.
Sənəd № 559
Dindirmə protokolu
1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanımana Hacı Əmrah qızı, 50 yaşlı, Ramana kəndinin sakini, elə orada yaşayıram.
Bu il sentyabr ayının ortalarında erməni əsgərləri Ramana kəndinə girdilər və mənim evimi 40.865 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mən qaçmağa macal tapdım, amma mənim ərim Ramanada qaldı, və ermənilər ona nə etdilər, mən indiyədək bilmirəm. Çox güman ki, erməni əsgərləri onu öldürmüşlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.79.
Sənəd № 561
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Durna Hacı Gülmirzə qızı, 28 yaşlı, Ramana kəndinin sakiniyəm, elə orada yaşayıram.
Erməni əsgərləri geri çəkilərkən Ramana kəndinə girdilər, mənim ərim Yəhya Bala Şahbaz oğlunu öldürdülər və mənim evimi və mənzilimi 11.000 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.25.
Sənəd № 565
Dindirmə protokolu
1918-ci il, 23 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Eyvaz Əli qızı, 32 yaşlı, Bakı qəzası, Ramana kəndində yaşayıram.
Sentyabr ayında ermənilər bizim evə soxuldular, mənim ərim Nağdəli İsgəndər oğlunu öldürdülər və mənim təqdim etdiyim ərizədə sadaladığım əşyalarımızı apardılar. Bizə 15.933 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
Sənəd № 566
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şəpi Kərbəlayı Zərbəli qızı, 40 yaşlı, Ramana kəndində 343 №-il evdə yaşayıram.
Bu ilin sentyabrında Ramana kəndində ermənilər mənim ərimi, 60 yaşlı İmam Məmmədi öldürdülər və mən 11 yaşlı oğlum Əmir Hacı ilə qaldım. Ermənilər tərəfindən bizim əmlakımız qarət edilmişdir və onların siyahısını işə əlavə etməyi xahiş edirəm. Əmlakımızın 19.805 rubl dəyəri var idi.
Oxundu. Şəpi Kərbəlayı Zərbəli qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 77.
Sənəd № 567
Dindirmə protokolu
1919-cu il, 24 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gövhər Nuru qızı, 30 yaşlı, Ağamalı Niftəli oğlunun dul arvadı, Sabunçu- Balaxanı Polismeysterliyi, 2-ci polis sahəsi, Ramana kəndinin sakiniyəm, elə orada, 13 №-il evdə yaşayıram.
1918-ci ilin sentyabrında, erməni əsgərləri Ramana kəndinə hücum edəndə, mən rəhmətlik ərim Ağamalı və uşaqlarımla birlikdə Maştağa kəndinə qaçmaqla xilas olduq. Biz orada çox əziyyətlərə düçar olduq və mənim ərim xəstələnərək öldü. Mən əlimdə azyaşlı uşaqlarla binəsib dul qaldım: ermənilər bizim 10.650 rubl məbləğində (yeni qiymətlə) bütün əmlakımızı qarət etmişlər. Oğurlanmış əmlakımızın siyahısını işə əlavə etməyinizi xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge, (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 86.
|