|
III FƏSİL: Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər Qeydlər
2 Hacınski Məmməd Həsən Cəfərqulu oğlu – (1875-1931), Azərbaycan Xalq Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı realnı məktəbini, Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada Şəmsi Əsədullayevin neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakı şəhər idarəsinin tikinti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə (qısa müddətdə) başçılıq etmişdir. 1902 – 1917-ci illərdə Bakı şəhər dumasının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət” sosial-demokrat müsəlman təşkilatının, 1906-cı ildə “Nəşri-maarif” müsəlman maarif cəmiyyətinin təşkilatçılarından biri. “Nicat” müsəlman maarif cəmiyyəti idarə heyətinin və Müsəlman xeyriyyə cəmiyyəti mərkəzi komitəsinin üzvü. “Müsavat“ partiyasının üzvü. 5 mart 1917-ci ildə yaradılmış İctimai Təşkilatların Bakı Şurasının İcraiyyə Komitəsinin heyətinə daxil idi, Müsəlman ictimai təşkilatlarının Bakı Şurasının Müvəqqəti Komitəsinin sədri seçilmişdir. Qafqaz müsəlmanları qurultayının (1917-ci il, aprel, Bakı) və Rusiya müsəlmanları qurultayının (1917-ci il, may, Moskva) işində iştirak etmişdir. “Müsavat” partiyasının birinci qurultayında (1917-ci il, oktyabr, Bakı) Mərkəzi Komitənin üzvü seçilmişdir. 15 noyabr 1917-ci ildə yaradılmış Zaqafqaziya Komissarlığında ticarət və sənaye komissarının müavini olmuş, Rusiya Təsisedici yığıncağın üzvü seçilmişdir. “Müsavat” partiyasından Zaqafqaziya seyminin üzvü. Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumətində ticarət və sənaye naziri. 1918-ci ilin may ayının 27-də Azərbaycanın müstəqillik Aktını qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü. AXC I və II hökumət kabinetlərinin tərkibində xarici işlər naziri, eyni zamanda 6 oktyabr 1918-ci ilədək nəzarət nazirliyinə, 6 oktyabrdan maliyyə nazirliyinə rəhbərlik etmişdir. AXC Parlamentinin üzvü olmuş, “Müsavat” fraksiyasına daxil idi. Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil idi. 24 dekabr 1919-cu il tarixdən xarici işlər naziri, 18 fevral 1920-ci il tarixdən sənaye, ticarət və ərzaq naziri vəzifələrini icra etmişdir. 30 mart 1920-ci il tarixdə Parlament M.H.Hacınskiyə yeni kabinetin yaradılmasını tapşırmışdır. 22 aprel 1920-ci il tarixdə Parlamentə yeni kabinetin yaradılmasının mümkünsüzlüyünü, özünün “Müsavat” partiyasından çıxdığını və bolşevik partiyasına daxil olduğunu bəyan etmişdir. AXC-nin süqutundan və Sovet hakimiyyətinin qurulduqdan sonra Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1930-cu illərdə siyasi repressiyalara məruz qalmışdır. 3 dekabr 1930-cu ildə Tiflisdə həbs edilmiş və Azərbaycan milli mərkəzinin iştirakçısı kimi ittiham edilmişdir. İstintaq zamanı işgəncələrə və qəddarcasına rəftara dözməyərək, 9 fevral 1931-ci ildə həbsxanada intihar etmişdir.
3 Xasməmmədov Ələkbər bəy Hacıbaba oğlu – (1870-1925), Azərbaycan Xalq Cümhuriyyəti dövründə tanınmış ictimai və dövlət xadimi. Gəncənin kübar ailəsinə mənsubdur. Moskva Dövlət Universitetini bitirmişdir. Hüquqşünas, andlı iclasçı. Rusiya imperiyası dövrü tanınmış hüquqşünas və ictimai xadim, AXC dövrü görkəmli siyasi və dövlət xadimi Xəlil bəy Xasməmmədovun böyük qardaşı. Gəncə müsəlman xeyriyyə cəmiyyətinin, habelə “Difai” partiyasının mərkəzi komitəsinin üzvü. 15 iyul 1918-ci il tarixdən – AXC Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sədri, 24 fevral 1919-cu ildən – Azərbaycan Məhkəmə Palatasının baş sədri. Azərbaycan sovetləşdirildikdən sonra 1920-ci ilin mayından Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığının məhkəmə orqanlarında işləmişdir. 7 iyun 1920-ci il tarixdə Y rayonunun mühüm məsələlər üzrə xalq hakimi vəzifəsinə təyin edilmişdir. 1925-ci ildə Sovet hökuməti tərəfindən həbs edilmiş və güllələnmişdir.
4 Şahmalıyev İsmayıl bəy Nəsrulla bəy oğlu – (1883-1938), hüquqşünas, titullu müşavir. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fevral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik
namizəd kimi başlamışdır, 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş` və burada 1910-1911-ci illərdə quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 fevral 1914-cü ildən – İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın mühasib köməkçisi, ödəniş şöbəsinin
5 Novatski Andrey-Klimentiy Fomiç – (1866-?), hüquqşünas, saray müşaviri, milliyətcə polyak, Varşava Universitetini bitirmiş, 1899-1902-ci illərdə Varşavanın məhkəmə-istintaq orqanlarında işləmiş, 1903-1907-ci illərdə – Bakı Dairə Məhkəməsinin Şamaxı şöbəsinin Barışdırıcı Hakiminin köməkçisi olmuş,
eyni zamanda Mərəzə, sonra Basqal istintaq bölmələrinə rəhbərlik etmişdir. 1907- ci ilin fevral ayından 1908-ci ilin yanvar ayınadək I Bakı şəhər İstintaq bölməsinin rəisi olmuşdur. 1908-1918-ci illərdə Tiflis şəhərinin 4-cü barışdırıcı məhkəməsində barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1918-ci ilin fevralında Yelizavetpol dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci il tarixdə AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın ən
işgüzar və fəal üzvlərindən biri olmuş, Şamaxı və Quba qəzalarının talan edilməsi
haqqında cinayət işlərini araşdıran istintaq qruplarına rəhbərlik etmiş, FTK-nın digər istintaq qruplarının fəaliyyətində iştirak etmişdir. Azərbaycanın erməni millətçiləri tərəfindən talana məruz qalmış müxtəlif regionlarında FTK-nın apardığı istintaqların nəticələri üzrə çıxarılmış qərarların çoxu onun tərəfindən hazırlanmışdır. 1919-cu ilin aprel ayının 1-də Bakı Dairə Məhkəməsinin üzv təyin olunmuşdur. 1920-ci ilin may ayından etibarən Azərbaycan SSR Ədliyyə Xalq Komissarlarının məhkəmə orqanlarında işləmiş, Y rayonunun Xalq Hakiminin (Ələkbər Xasməmmədovun) katibi
6 Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu – (1884- ?), hüquqşünas, kollej katibi, Petroqrad universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 6 fevral 1912-ci ildən Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamış cinayət və mülki bölmələrində çalışmış, 18 mart 1913-cü il tarixdən Quberniya Katibi, 17 oktyabr 1913-cü il tarixdən – Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd, həmin ilin noyabrından Yelizavetpol (Gəncə) şəhəri müstəntiqinin köməkçisi işləmişdir. 1914-1917-ci illərdə müxtəlif vaxtlarda Yelizavetpol qəzasının 1-ci, 2-ci, 3-cü, 5-ci və Şəhər istintaq nahiyələrinə, habelə Cəğəm sülh nahiyəsinə rəhbərlik etmiş, Yelizavetpol Şəhər şöbəsinin Barışdırıcı Hakiminin Köməkçisinin vəzifəsini müvəqqəti icra etmişdir. 1917-ci il dekabrın 11-də Yelizavetpol Dairə Məhkəməsi Prokurorunun müavini təyin edilmişdir. 31 avqust 1918-ci il tarixdə AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının birinci heyətinə daxil edilmiş, həmin ilin sentyabrında ailə vəziyyətinə istinad edərək öz ərizəsi ilə Komissiya üzvlüyündən azad edilmişdir. 18 yanvar 1919-cu ildən – Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorunun Köməkçisi, 1919-cu ilin 26
7 Mixaylov Nikolay Mixayloviç – (1867-1920), hüquqşünas, mülki müşavir, milliyətcə rus, Xarkov Universitetinin hüquq fakültəsini bitirmiş, 1892-1893-cü illərdə İrəvan Dairə Məhkəməsinin cinayət şöbəsində xidmətə başlamışdır. Sonradan Tiflis Dairə məhkəmə orqanlarında (1893-1894), Şamaxı şöbəsində və Bakı Dairəsinin özündə (1894-1896), Yekaterinodar Dairəsində (1896-1898), Kutaisi
8 Qudvillo V.V. – (?-?), Barışdırıcı Hakimlər Qurultayının sədri, Həqiqi Mülki Müşavir. 1 sentyabr - 27 oktyabr 1918-ci il tarixdə AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvü olmuş, yeni təyinatı – Maliyyə Nazirliyində hüquq məsləhətçisi təyin edilməsi ilə əlaqədar olaraq FTK-dan azad edilmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan SSR-in məhkəmə orqanlarında işləmişdir, sonrakı taleyi məlum deyil.
9 Xoyski Fətəli xan İsgəndər xan oğlu – (1875-1920), Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən və Şəki xanı Cəfərqulu xanın nəslindəndir. Gəncədə (Yelizavetpolda) klassik gimnaziyanı, Moskva universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirmişdir (1897-ci il). Gəncə, Kutaisi dairə məhkəmələrində işləmiş, Zuqdidi Barışdırıcı hakimin köməkçisi olmuş və burada titullu müşavir adı almışdır. Üçüncü Yekaterinodar şəhər nahiyəsinin müdiri (1903) və Yekaterinodar dairə prokurorunun müavini olmuş, kollec asessoru (məhkəmə iclasçısı) adı almışdır. (1904). 20 fevral 1907-ci ildə Yelizavetpol quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. II Duma buraxıldıqdan sonra Gəncəyə qayıtmış, Tiflis məhkəmə palatasının Yelizavetpol dairə məhkəməsinin andlı iclasçıları sırasına daxil edilmişdir. 1913-cü ildə Bakıya köçmüş, Bakı dairə məhkəməsində andlı iclasçı işləmişdir. 1917-ci il fevral inqilabından sonra Bakıda yaradılmış Milli müsəlman şurasının Müvəqqəti icraiyyə komitəsinin üzvü seçilmiş, müsəlmanların Ümumqafqaz qurultayının (1917-ci il, aprel, Bakı) təşkilində və işində fəal iştirak etmişdir. 1917-ci ilin oktyabrında Bakı şəhər Dumasının sədri seçilmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin deputatı olmuş, 22 aprel 1918-ci ildə Zaqafqaziya Federativ respublikası hökumətində xalq təhsili naziri vəzifəsini tutmuşdur. 27 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycanın ilk hökumətinin sədri seçilmişdir. Hökumətin ilk kabinetində baş nazir və daxili işlər naziri, ikinci kabinetdə baş nazir və ədliyyə naziri vəzifələrini tutmuşdur. 7 dekabr 1918-ci ildə açılmış AXC parlamentinin tapşırığı ilə üçüncü hökuməti formalaşdırmış, bu hökumətdə iki – baş nazir və xarici işlər naziri vəzifələrini tutmuşdur. Hökumət 25 fevral 1919-cu ildə istefaya getdikdən sonra, N.B.Usubbəylinin başçılıq etdiyi dördüncü hökumət 14 aprel 1919-cu ildə formalaşdırılanadək öz vəzifələrini icra etmişdir, müxtəlif siyasi və maliyyə-iqtisadi problemlərin həllində deputat kimi iştirak etmiş, region dövlətləri arasında sərhəd mübahisələrinin tənzimlənməsinə həsr edilmiş Qafqaz konfransının hazırlanmasında və keçirilməsində fəal iştirak etmişdir. 22 dekabr 1919-cu ildən 28 aprel 1920-ci ilədək N.B.Usubbəyli tərəfindən yaradılmış beşinci hökumət kabinetində xarici işlət naziri vəzifəsini tutmuşdur. Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra gizli olaraq Tiflisə getmiş, 19 iyun 1920-ci il tarixdə orada muzdlu erməni terrorçusu tərəfindən öldürülmüşdür.
10 Əlibəyov Əli Abbas bəy Hacı Niftalı oğlu – (1870-1937), 1910-1930-cu illərdə Quba cəmiyyətinin tanınmış nümayəndəsi, bəy ailəsindən, Qubada 2-illik şəhər məktəbini bitirmiş, çar dövrü Quba qəzasının məhkəmə orqanlarında kiçik vəzifələrdə işləmiş, bir müddət Bakıda 2-ci Barışdırıcı bölmənin katibinin köməkçisi olmuşdur. 1918-ci ilin əvvəllərində Qubaya qayıtmış, Quba şəhər başçısı seçilmişdir. 1920-ci ilin aprel ayının sonuna – Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər bu vəzifədə qalmışdır. 1918-ci il aprel-may Quba hadisələri zamanı şəhəri tərk etməmiş, Quba əhalisinin vəziyyətini yüngülləşdirmək məqsədilə erməni hərbi dəstələrinin başçısı Amazaspla danışıqlar aparmış, eyni zamanda erməni dəstələrinə qarşı silahlı müqavimətin təşkil edilməsində fəal rol oynamışdır. 1918-ci il Quba hadisələrini təhqiq edən Fövqəladə Təhqiqat Komissiyasının işində fəal iştirak etmiş, özü ətraflı şəhadət vermişdir. Sovet hakimiyyətinin ilk günlərində həbs edilmiş, bütün mülkiyyəti müsadirə olunmuş, lakin özü az sonra azad edilmişdir. 1929-cu ildə “keçmiş qolçomaq” kimi seçki hüququndan məhrum edilmiş, lakin ay yarımdan sonra hüququnun bərpa edilməsinə nail olmuşdur. Quba qəzasında vəkil fəaliyyəti ilə məşğul olmuş, həbs olunana qədər Azərbaycan Sovet Respublikasının Müdafiəçilər Kollegiyasının üzvü olmuş, Az.SSR Ədliyyə Xalq Komissarlığı sistemində bütün “təmizləmə” proseslərindən keçmişdir. 6 avqust 1937-ci il tarixdə Az.DİXK Quba Rayon Şöbəsi tərəfindən həbs edilmiş, antisovet təbliğat aparmaqda ittiham olunmuşdur. Özünü müqəssir bilməmişdir. 26 avqust 1937-ci il tarixdə Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən ən yüksək cəzaya-güllələnməyə məhkum edilmişdir. Ölümündən sonra bəraət almışdır.
11Xanbudaqov Əyyub bəy Şirin bəy oğlu – (1893-1937), Gəncədə bəy ailəsində anadan olmuş, orada ibtidai təhsil almışdır. Bakı dənizçilik məktəbini bitirdikdən sonra sərnişin gəmisində xidmət etmişdir. AXC hakimiyyəti dövründə Ədliyyə Nazirliyində tərcüməçi işləmiş, Quba şəhərinin və Quba qəzasının talan edilməsi haqqında cinayət işini araşdıran FTK istintaq qrupunun üzvü olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra sürətlə yüksək siyasi mənsəblərə çatmışdır. 19 oktyabr 1920 - 19 fevral 1921-ci il tarixdə Azərbaycan Fövqəladə Komitəsinin (FK) sədri olmuşdur. Nəriman Nərimanovun tövsiyəsi ilə 1921-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri seçilmişdir. Moskva Akademiyasını bitirdikdən sonra Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasına (ZSFSR) işə göndərilmiş, 1936-cı ilədək Yüngül Sənaye Xalq Komissarının müavini, habelə Daxili Ticarət Xalq Komissarı vəzifələrində işləmişdir. 1936-cı ildə ZSFSR ləğv edildikdən sonra “Azərittifaq”ın sədr müavini olmuşdur. 19 dekabr 1936-cı ildə millətçilikdə ittiham olunaraq Azərbaycan Daxili İşlər Xalq Komissarlığı tərəfindən həbs edilmişdir. 23 iyul 1937-ci ildə SSRİ Daxili İşlər Xalq Komissarlığının fövqəladə yığıncağında 5 il müddətinə azadlıqdan məhrum edilmiş, sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli səyyar sessiyasında qəbul edilmiş qərarı ilə ölümə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin 26 dekabr 1957-ci il tarixli qərarı ilə ölümündən sonra bəraət almışdır.
12 Zizikski Əli bəy Harun bəy oğlu – (1876-1929), AXC dövrü milliazadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Parlamentinin üzvü.
Quba qəzasında tanınmış bəy nəslindən, iri mülkədar, keçmiş çar zabiti, Quba
ictimaiyyətinin görkəmli nümayəndələrindən biri, Fevral inqilabından sonra Quba
qəzasının komissarı. Bu dövr Az.SSR-in gələcək rəhbəri M.C.Bağırova himayədarlıq
edərək onu Quba şəhərinin 2-ci hissəsinin komissarı, sonra isə öz köməkçisi təyin
13 Xoyski Əmiraslan xan Cahangir xan oğlu – (1888-1954), Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Fətəli xan Xoyskinin böyük qardaşı. AXC dövründə Bakı qubernatorunun birinci müavini, sonra Gəncə qəzasının rəisi, AXC hökuməti DİN Qazax qəzası üzrə xüsusi səlahiyyətli nümayəndəsi, Quba qəzasının rəisi. 1920-ci il may ayında Gəncə üsyanının əsas təşkilatçılarından biri olmuş, üsyan yatırıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir.
14 Gelovani David Aleksandroviç – (1888-1919), 1918-ci ilin Quba hadisələrinin əsas iştirakçılarından biri, gürcü knyazlarının nəslindən, sosial-demokrat menşevik. İnqilabi fəaliyyətinə görə çar hökuməti tərəfindən həbs edilmiş, Sibirə sürgünə göndərilmişdir. Fevral inqilabından sonra azad edilmiş, 1918-ci ilin əvvəllərində Qafqaza, sonra Bakıya gəlmişdir. Caparidze vasitəsilə milis işçisi kimi xidmətə başlamış. 1918-ci ilin aprel ayının ortalarında 200 nəfərlik dəstə ilə Qubaya gəlmiş, qubalılara Sovet hakimiyyətini tanımaq tələbi ilə ultimatum vermişdir. Ultimatum qəbul edildikdən sonra özünü qəza komissarı elan etmişdir. 9 gündən sonraQuba ləzgilərinin silahlı dəstələrinin təzyiqi altında Quba şəhərini tərk etməli olmuş, geri çəkilərkən Qubanın xristian əhalisinin böyük hissəsini zorla özü ilə aparmış, atışma zamanı onların bir hissəsi öldürülmüşdür. Bu hadisə, Amazaspın 3000-lik silahlı dəstələrinin Qubaya irimiqyaslı hücumu üçün bəhanə olmuş, həmin dəstələr şəhərin özündə və Quba qəzasının 167 kəndində müsəlman qırğınları törətmişlər. Gelovani Azərbaycan hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən dindirilmiş, iki dəfə ifadə vermiş, lakin müqəssir kimi tanınmamışdır 1918- ci ilin iyulunda Bakı Sovetinin hakimiyyəti yıxıldıqdan sonra Bakıda qalmış, AXC Hökuməti yanında Əmək Müfəttişliyində işləmişdir. 1919-cu ildə erməni Sərkis Terunts tərəfindən öldürülmüşdür.
16 Sənəddə Quba qəzasında zərərçəkən kəndlərin sayı düzgün göstərilməmişdir. FTK-nın sənədlərinə əsasən müəyyən edilmişdir ki, 1918-ci ilin aprel-may aylarında baş vermiş hadisələr zamanı Quba qəzasında ən azı 167 kəndə ziyan vurulmuşdur.
18 Sənəddə 1918-ci il aprel-may aylarında Quba hadisələri zamanı qətlə yetirilənlərin və yaralananların sayı düzgün göstərilməmişdir. Yalnız ayrı-ayrı cəmiyyətlərin starşinaları tərəfindən təqdim edilmiş adlar göstərilməklə düzülmüş siyahılar üzrə müəyyən edilmişdir ki, Quba qəzasının kəndlərində müsəlman qırğınları nəticəsində 580 nəfər qətlə yetirilmiş, 55 nəfər yaralanmış, dağlarda və meşələrdə sərgərdanlıq vaxtı qorxudan, xəstəliklərdən və aclıqdan 781 nəfər ölmüşdür.
19 Bu rəqəm, Novatskinin məruzəsində qeyd edildiyi kimi, ermənilər tərəfindən yalnız Quba qəzasının kəndlərinə vurulan zərəri əks etdirir. Sənəddə Quba şəhərinin sakinlərinə dəyən ziyanın məbləği – 63 703 760 rubl ümumiyyətlə göstərilməmişdir.
20 Şaumyan Stepan Georgiyeviç – (1878-?), tanınmış bolşevik xadimi. 1900-cü ildən RSDFP-nin üzvü. 1917-ci ilin mart ayında qiyabi olaraq Bakı fəhlə deputatları Sovetinin sədri seçilmiş, Bakı bolşevik təşkilatının rəhbərlərindən biri olmuşdur. 1917-ci ildə “Bakinskiy raboçiy” və “Sosial-demokrat” bolşevik qəzetlərinin redaktoru. 1917-ci ilin oktyabr ayının əvvəllərində hakimiyyətin Sovetlərin əlinə keçməsi uğrunda mübarizədə Cənubi Qafqaz bolşeviklərinin taktikasını hazırlayanm Cənubi Qafqaz bolşevik təşkilatlarının birinci qurultayına rəhbərlik etmişdir. 1917-ci ilin dekabrında RSFSR xalq komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə Fövqəladə komissar təyin edilmiş, 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinin sədri olmuşdur. Bakıda 1918-ci ilin mart hadisələri zamanı Bakı şəhərinin və onun ətraf kəndlərinin, habelə Azərbaycanın digər qəzalarının azərbaycanlı əhalisinin kütləvi şəkildə qırılmasını həyata keçirən bolşevik-erməni qüvvələrini bilavasitə mərkəzdən idarə etmişdir. 1918-ci ilin aprel ayının sonlarında Amazaspın cəza dəstəsinin Quba qəzasına göndərilməsinin və orada müsəlman qırğınları törədilməsinin təşəbbüskarı olmuşdur. Bakıda Sovet hakimiyyəti yıxıldıqdan sonra 1918-ci ilin iyul ayında “Sentrokaspi Diktaturası” hökuməti tərəfindən həbs edilmiş, sentyabrın əvvəllərində digər komissarlarla birlikdə Bakıdan qaçmağa və Rusiyaya getməyə cəhd göstərmiş, 20 sentyabr 1918-ci il tarixdə 26 Bakı Komissarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
21 Korqanov (Korqanyan) Qriqoriy Nikonoviç – (1886-1918), tanınmış bolşevik xadimi. 1917-ci il fevral inqilabından sonra Qafqaz inqilabi ordu təşkilatlarının yaradılmasında fəal iştirak etmişdir. Bakıda 1918-ci ilin mart hadisələri zamanı şəhərin müsəlmanlar yaşayan məhəllələrində hərbi əməliyyatlar aparan və dinc azərbaycanlı əhalini qıran Qızıl Ordunun bolşevik-daşnak briqadalarının hərbi əməliyyatlarına başçılıq etmişdir. 1918-ci ilin aprelindən Bakı xalq komissarları Sovetinin hərbi-donanma işləri üzrə xalq komissarı olmuşdur. Şaumyanla birlikdə hərbi komissar kimi Amazaspın cəza dəstələrinin Quba qəzasına göndərilməsi və onların məhz erməni əsgərlərindən ibarət olması haqqında qərar qəbul etmişdir. Türk-azərbaycanlı qoşunlarının Bakıya hücumu zamanı şəhərin müdafiəsinin təşkilatçılarından biri olmuşdur. 26 Bakı Komissarları sırasında güllələnmişdir.
22 Daşnaksütun (İttifaq) – Erməni milli-burjua partiyası, 1890-cı ildə Tiflisdə yaradılmışdır. Sosial bazası – erməni burjuaziyasının müxtəlif təbəqələri, liderləri – S.Zavaryan, S.Zoryan (Rostom), Mikaelyan və d. Yaradılarkən partiyanın əsas məqsədi Türkiyə ermənilərinin azad edilməsi və Türkiyə ərazisində müstəqil erməni dövlətinin yaradılması ideyasında ifadə olunmuş, bu ideyanın həyata keçirilməsi uğrunda bütün mübarizə üsulları, silahlı mübarizə və terror da daxil olmaqla, məqbul sayılmışdır. Birinci dünya müharibəsi dövründə çar hökumətinin militarist-hərbçi siyasətini dəstəkləmiş, könüllü dəstələr yaratmış və onları Qafqaz cəbhəsi rus komandanlığının sərəncamına vermişdir. 1914-1918-ci illərdə daşnaklar Osmanlı imperiyasında rus çarizminin nüfuzunun agentləri rolunu oynamışlar. Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermənilərinin “vahid, ümumi vətəninin” yaradılması ideyasını irəli sürməklə, silahlı çıxışlar və terror aktları yolu ilə, həmçinin qərb dövlətlərinin köməyi ilə, qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, Türkiyənin – ərazıləri hesabına “Böyük Ermənistan” – Xəzər dənizindən Aralıq dənizinədək – dövləti yaratmağa ümid edirdilər. 1917-ci il Oktyabr inqilabından sonra Zaqafqaziya Komissarlığının və Seyminin yaradılmasında iştirak etmişlər. Partiyanın Bakı təşkilatının öz MK-sı və rus dilində “Vperyod” çap orqanı var idi. 1917-ci ilin mart ayında Bakıda yaradılmış Erməni Milli Şurasının 50 üzvündən 17 nəfəri “Daşnaksütun” partiyasının nümayəndələri olmuşdur. Bakı Kommunasının hakimiyyəti qurulan dövr S.Şaumyan başda olmaqla Bakı Soveti ilə ittifaqa girmiş, 1918-ci ilin mart hadisələrində birləşdirilmiş qüvvələrlə Bakı və Şamaxıda, daha sonra Azərbaycanın digər qəzalarında müsəlman əhalisinin qırğınlarını törətmişlər. 1918-ci ilin may ayında Zaqafqaziya dövləti süqut etdikdən sonra Ermənistan hökumətini təşkil və ona başçılıq etmişlər. AXC dövründə öz mövqeyini və təsirini itirməsinə baxmayaraq, partiya Azərbaycan Parlamentində ayrıca fraksiya ilə təmsil olunmuşdur. May 1918 - noyabr 1920-ci il tarixdə Ermənistan Respublikasının hakim partiyası olmuşdur. Ermənistan sovetləşdirildikdən sonra qeyri-leqal vəziyyətə keçmiş, üzvlərinin əsas hissəsi mühacirət etmişdir.
24 Aleksandroviç (Litovski) Aley Adamoviç – (1882-?), hüquqşünas, milliyətcə litva tatarlarından. 1919-cu ilin sentyabrında Azərbaycan dairə Məhkəmə Palatasının andlı iclasçılar sırasına daxil edilmişdir. 5 dekabr 1918-ci ildə Məmməd Xan Təkinskinin məsləhəti ilə AXC Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın Bakı qrupunda işləmişdir, Komissiyanın yazışmalarını aparmışdır, dövlət qulluğunda işləməmişdir. Komissiya 1919-cu ilin noyabrında ləğv edilənədək onun tərkibində qalmışdır. Sovet hakimiyyətinin ilk illərində Ali Tribunal yanında İstintaq Komissiyasının üzvü olmuşdur. Sonrakı taleyi məlum deyil.
25Qeyd Sovet hakimiyyəti dövründə edilmişdir.
26Cəfərov Məmməd Yusif Hacıbala oğlu – (1885-1938), görkəmli ictimai-siyasi xadim, AXC-nin yaradıcılarından biri, Azərbaycan Parlamenti sədrinin köməkçisi. Bakı kişi gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. IV Dövlət Dumasının deputatı, Rusiyada Fevral inqilabından sonra Müvəqqəti hökumət tərəfindən yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinin üzvü. Qafqaz müsəlmanları qurultayının işində iştirak etmişdir (15-20 aprel 1917-ci il, Bakı şəhəri). Zaqafqaziya Komissarlığında ticarət və sənaye komissarı. Zaqafqaziya Seyminin üzvü, müsəlman fraksiyasına daxil idi. Məmməd Əmin Rəsulzadənin sədrliyi altında Müvəqqəti Milli Şuranın İcraiyyə Komitəsinə daxil olmuşdur. 27 may 1918-ci il tarixdə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan Milli Şurasının üzvlərindən biri. Birinci Azərbaycan Hökumətində ticarət və sənaye naziri, 1918-ci ilin iyununda hökumət istefaya getdikdən sonra Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi (iyun 1918-ci il – mart 1919-cu il). Dördüncü Azərbaycan Hökumətində Xarici işlər naziri. 1920-ci ilin fevralından aprel ayınadək Azərbaycan Parlamenti Sədrinin birinci köməkçisi (müavini) olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra təsərrüfat orqanlarında hüquq məsləhətçisi işləmişdir. 1938-ci ildə Bakı şəhərində vəfat etmişdir.
27 Vəkilov Məmməd Ağa Mustafa Ağa oğlu – (1862-1941), maarifçi, ictimai xadim. Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1883-cü ildə Qori gimnaziyasını bitirmiş, Kutaisi qəzasında kənd müəllimi, sonra Qori seminariyasında müəllim işləmişdir. Kutaisi hərbi Qubernatorluğunda mülki müşavir rütbəsində,Qafqaz Canişininin dəftərxanasında, hərbi-xalq məsələləri üzrə İdarənin Xüsusi şöbəsində mülki kollec asessoru rütbəsində tərcüməçi işləmişdir. Qafqaz canişini Vorontsovun təşəbbüsü ilə 20 fevral 1906-cı il tarixində keçirilmiş erməni-müsəlman danışıqlarında Qafqaz türk-müsəlman xalqlarının nümayəndə heyətinə daxil idi. 1912-ci ildən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri olmuş, birinci dünya müharibəsi dövründə müxtəlif tədris müəssisələrində müəllimlik etmişdir. 1918-1920-ci illərdə Azərbaycan Parlamentində dəftərxana müdiri olmuşdur. Sovet hakimiyyətinin ilk illərində qızlar gimnaziyasında dərs vermiş, təqaüdə çıxmışdır. 1941-ci ildə Bakı şəhərində vəfat etmişdir.
28 İl düzgün göstərilməyib, 1921-ci il olmalıdır.
29 Şollar su kəməri – Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və qismən vəsaiti ilə tikilmişdir. 1899-cu ildə bu məqsədlə Frankfurt-Maynda şəhərindən Avropa şəhərlərində su kəməri çəkilməsi sahəsində təcrübəsi olan tanınmış mühəndis Vilyam Lindley Tağıyev tərəfindən Bakıya dəvət edilmişdir. Müəyyən axtarışlardan sonra Lindley Quba ətrafında, Şollar kəndində şəhərin su təchizatı üçün tam kifayət edəcək çox saylı və bol sulu artezian quyuları olan su mənbəyi tapmışdır. 1904-cü ildə su kəmərinin tikintisi haqda qərar qəbul edilmiş, işə qubernatorluq və şəhər duması da cəlb olunmuş və yalnız Rusiya imperiyası nazirlər şurası tərəfindən 1909-cu ilin sonlarında Bakı su kəmərinin tikintisi üçün 27 milyon rubl məbləğində beş faizli istiqrazların buraxılması haqda qərar qəbul edildikdən sonra layihə təsdiq edilmişdir. 1911-ci ildə kəmərin birinci növbəsinin tikintisinə başlanmış, Bakı neft sənayeçiləri H.Z.Tağıyevdən ibrət alaraq bu işə böyük məbləğdə pullar ayırmışlar. 1916-cı ilin sonlarında Bakıyadək 175 km. uzunluğunda saxsı borulardan ibarət yeraltı su kəmərinin tikintisi başa çatmışdır. Şollar su kəməri 1917-ci ilin yanvar ayında istifadəyə verilmiş, bu hadisə şəhərdə təntənə ilə qeyd olunmuşdur.
31 Bakı hadisələri – 1918-ci ilin mart ayında Bakı və onun ətraf kəndlərində baş vermiş kütləvi talanlar nəzərdə tutulur. Bolşevik-erməni birləşmələri və qismən
Bakının erməni əhalisi tərəfindən 3 gün ərzində (30 mart axşamından 2 aprelədək)
törədilmiş azərbaycanlı qırğınları nəticəsində 12 mindən çox dinc əhali - əsasən
azərbaycanlılar – həlak olmuşdur. Müsəlman məhəllələrində on minlərlə ev,
müsəlmanlara məxsus sənaye, mülki, ticarət obyektləri, habelə azərbaycanlıların
32 1905-ci il – 1905-ci ilin fevral ayında Bakıda erməni və müsəlman
(azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz ərazisini
əhatə edərək erməni-müsəlman qırğınlarına çevrilən silahlı toqquşmalar nəzərdə
tutulur. 1905-1907-ci illərdə Bakı, Yelizavetpol və İrəvan quberniyalarında 158
azərbaycanlı və 128 erməni kəndi dağıdılmış, müxtəlif hesablamalara görə Bakı,
33 Manuylov Matvey Aleksandroviç – (? - ?), Quba şöbəsi barışdırıcı hakimin köməkçisi, Şabran istintaq bölməsinin rəisi. 1918-ci ilin aprelində D.Gelovaninin dəstəsi ilə danışıqlar aparmaq üçün Quba ictimaiyyəti tərəfindən göndərilmiş nümayəndə heyətinin tərkibində olmuşdur. Gelovaninin dəstələri Quba şəhərindən geri çəkilərkən şəhəri tərk etməmişdir. Azərbaycan Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarına əsasən 1918-ci ilin 1 iyul tarixindən vəzifəsindən və xidmətdən azad edilmişdir. Sonrakı taleyi məlum deyildir.
35 Estman Eduard Lüdviqoviç – (?-?), barışdırıcı hakimin köməkçisi, Quba qəza istintaq sahəsinin rəisi. Gelovaninin dəstələri Qubadan gedərkən şəhəri tərk etməmişdir. Azərbaycan Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarına əsasən 1 iyul 1918-ci il tarixdən vəzifədən və xidmətdən azad edilmişdir. Sonrakı taleyi məlum deyildir.
36 Caparidze Prokofiy (Alyoşa) Apraksionoviç – (1880–1918), tanınmış bolşevik xadimi, 1917-ci il Fevral inqilabından sonra RSDFP Bakı Komitəsinin və Bakı fəhlə və əsgər deputatları sovetinin tərkibinə daxil olmuşdur. 1917-ci ilin iyulunda RSDFP-nın VI qurultayında Bakı bolşevik təşkilatından nümayəndə. 1917-ci ilin sentyabrında Bakı neft sənayesi fəhlələrinin ümumi tətilinə rəhbərlik etmişdir. 1917-ci il dekabr ayından Bakı Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1918 -ci il yanvar ayından - onun sədri. 1918-ci il mart ayında bolşeviklərin ali hərbi-siyasi orqanı – İnqilabı Müdafiə Komitəsinin üzvü. Bakıda 1918-ci il mart hadisələri günlərində Azərbaycan milli qüvvələrinə qarşı bolşevik-daşnakların mübarizəsini dəstəkləməklə yanaşı şəhərin dinc müsəlman əhalisinin qırılması və qan tökülməsinin qarşısının alınması üçün müəyyən fəaliyyət göstərmişdir. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyətinin süqutundan sonra “Sentrokaspi” hökuməti tərəfindən həbs edilmişdir. 20 sentyabr 1918-ci il tarixdə 26 Bakı Komissarları sırasında Zakaspinin
37 Əzizbəyov Məşədi Əzim bəy oğlu – (1876-1918) nəzərdə tutulur. Tanınmış inqilabçı, bolşevik, Bakı komissarlarından biri, Bakıda fəhlə-bənna ailəsində doğulmuşdur. 1898-ci ildən RSDFP üzvü. 1905-1907-ci illər inqilabında fəal iştirak etmiş, “Hümmət” sosial-demokrat qrupunun rəhbərlərindən biri olmuşdur. 1917-ci ildə Bakı Sovetinin üzvü. Qafqaz müsəlmanlarının 1-ci qurultayının (15-20 aprel 1917-ci il, Bakı) iştirakçısı. 5 aprel 1917-ci ildə Bakı müsəlman sosialist partiyaları bürosunun sədri, 23 apreldən RSDFP (b) Bakı Komitəsinin təbliğatçılar və təşviqatçılar kollegiyasının büro üzvü. Bakı XKS-də quberniya komissarı və daxili işlər xalq komissarının müavini, 1918-ci ilin may ayından Bakı qəzasının kəndli deputatları Sovetinin icraiyyə komitəsinin sədri. Bakıda Sovet hakimiyyəti yıxıldıqdan sonra həbs edilmiş, digər komissarlarla birlikdə Bakıdan getməyə cəhd göstərmiş, 26 Bakı Komissarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
38 David Gelovanı nəzərdə tutulur.
39 İran təbəələri, etnik türklər - azərbaycanlılar nəzərdə tutulur. XIX əsrin ortalarından başlayaraq İranın Azərbaycan vilayətlərindən kütləvi surətdə Qafqaza
iş dalınca gəlirdilər. 40 Şəriət – islamda hüquqi, əxlaqi-etik və dini qanunlarının sistemləşdirilmiş toplusu, müsəlmanın davranışının, dini həyatının və hərəkətlərinin hüquqi normaları, prinsip və qaydaları kompleksi. Dini vəzifələrlə yanaşı dövlət, mülki, cinayət, ailənigah, vərəsəlik, məhkəmə-hüquq normalarını təsbit edir. YII-XII əsrlərdə-Xəlifət dövrü meydana gəlmiş və işlənib hazırlanmışdır. Quran, sünnə və fiqhə əsaslanır.
42 Şiələr – islamda şiəlik təliminin – sünniliklə yanaşı ikinci böyük cərəyanın ardıcılları. Allahı, Məhəmməd peyğəmbəri, Quranı, sünnələrin çoxunu qəbul edirlər, lakin sünnilərdən fərqli olaraq müsəlman cəmiyyətində hakimiyyətin insanlar tərəfindən seçilən xəlifələrə deyil, İmamlara - Peyğəmbərin seçmə varislərinə mənsub olduğunu hesab edir, Əli ibn Əbu Talibi və onun Fatimədən olan xələflərini Məhəmməd peyğəmbərin yeganə qanuni varisləri sayırlar.
43 Təkinski Məmməd Xan – (1880-1938), AXC dövründə dövlət xadimi, hüquqşünas, andlı iclascı. Milliyətcə türkmən, Axal-Təkə qalasına hücumdan sonra, 1881-ci ildə Göytəpə rayonunda gedən rüs-türkmən döyüşləri zamanı rus ordusunun polkovniki Ehsan Xan Naxçıvanski tərəfindən xilas edilmiş və övladlığa götürülmüşdür. 1901-ci ildə 1-ci Tiflis oğlanlar gimnaziyasını bitirmiş, 1901-1908- ci illərdə fasilələrlə Novorossiyski Universitetinin əvvəlcə fizika-riyaziyyat, sonra isə hüquq fakültəsində oxumuşdur. Cənubi Qafqazın şəhərlərində, o cümlədən Bakıda məhkəmə orqanlarında işləmişdir. Azərbaycan cəmiyyətinin kübar dairələrinə daxil idi. 1918-ci ilin sentyabrında andlı iclasçı kimi AXC hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın Bakı və kəndlərində, Şamaxıda 1918-ci il mart hadisələrini araşdıran istintaq qrupunda işləmişdir. Ə.Xasməmmədov müvəqqəti olmadıqda FTK sədrinin vəzifəsini yerinə yetirmişdir. 29 yanvar - 10 oktyabr 1919-cu il tarixdə AXC-nin Ermənistanda diplomatik nümayəndəsi olmuşdur. 1919-cu ilin 11 oktyabr - 1920-ci il 28 aprel tarixinədək AXC Xarici İşlər nazirinin müavini olmuşdur. Azərbaycan sovetləşdirildikdən sonra, əvvəlcə Azərbaycan SSR XİXK-da işləmiş, 1922-ci ildən Ədliyyə XK yanında Müdafiəçilər Kollegiyasının üzvü olmuşdur, 1926-cı ildə onun tərkibindən çıxarılmışdır. Sovet dövlət idarələrində hüquq məsləhətçisi işləmişdir. 1937-ci il 18 noyabr tarixdə Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı, milli, qiyamçı-terror təşkilata mənsub olmaqda ittiham edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 15 mart 1938-ci il tarixdə Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən ən yüksək cəzayagüllələnməyə məhkum edilmiş, hökm həmin il martın 21-dən 22-nə keçən gecə yerinə yetirilmişdir. 1955-ci ildə bəraət almışdır.
44 Kluqe Aleksandr Yevgenyeviç – (1879-1919), hüquqşünas, kollec asessoru, milliyyətcə alman, Novorossiyski universitetinin hüquq fakültəsini bitirmişdir, 1903-1906-cı illərdə Tiflis Məhkəmə Palatasında müxtəlif vəzifələrdə, 1906-cı ilin iyun ayından 1907-ci ilədək İrəvan Dairə Məhkəməsinin Aleksandropol şöbəsinin Barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1908-ci il yanvar-noyabr aylarında Aleksandropol qəzasının 2-ci istintaq şöbəsinə, Bambak İstintaq-barışdırıcı şöbəsinə rəhbərlik etmişdir. 1908-ci ilin noyabr ayının 17-də Vitebsk Dairə Məhkəməsinin 1-ci Poletski qəza şöbəsinin məhkəmə müstəntiqinin işlərinin icraçısı təyin edilmişdir. 8 dekabr 1908-ci ildən ölümünə qədər Bakı dairə məhkəməsində prokuror köməkçisi işləmişdir. 1918-ci ilin iyul ayında AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. Bakı və kəndlərində, Şamaxıda 1918- ci ilin mart hadisələrini araşdıran istintaq qrupunda işləmişdir. Ə.Xasməmmədov olmadıqda FTK sədrinin vəzifəsini yerinə yetirmişdir. İşlərin azalması ilə əlaqədar olaraq 1919-cu ilin may ayının 8-də FTK üzvlüyündən azad edilmiş və Bakı Dairə Məhkəmə Prokurorunun köməkçisi vəzifəsinə qayıtmışdır. 28 oktyabr 1919-cu il tarixdə Bakı şəhərində qarın yatalağı xəstəliyindən vəfat etmişdir.
45 Fövqəladə Təhqiqat Komissiyasına Quba şəhərinin bütün 4 məhəlləsinə dair əhaliyə dəymiş ziyanlar haqqında siyahılar təqdim edilmişdir.
46 Pasxa - xristianlarda və yəhudilərdə qədim dini bayram. İbadət ilinin ən mühüm bayramı. Xristianlarda İsa Məsihin ölümü və dirilməsinin yad edilməsi kimi qeyd olunur. Xristian kilsələrində bu bayramın keçirilməsi vaxtı ilə əlaqədar mövcud olan ziddiyyətlər nəticəsində hər il ay-günəş təqviminə uyğun olaraq müəyyənləşdirilir, bu da Pasxanı keçici bayram edir. Əsasən aprel ayının sonlarına düşür. Yəhudilərdə Pasxa (Pesax) İsrailin Misirdən çıxışı - Misir köləliyindən azadlığa çıxmağın yad edilməsi kimi qeyd edilir. Bu bayram yaz ayı nisanın (aprel) 14-cü günü başlayır və 7 gün İsraildə, 8 gün ondan xaricdə qeyd edilir.
47 İran təbəələri, etnik türklər - azərbaycanlılar nəzərdə tutulur. XIX əsrin ortalarından başlayaraq İranın Azərbaycan vilayətlərindən kütləvi surətdə Qafqaza iş dalınca gəlirdilər.
48 Hacı-İrzayev Abbas Əli bəy – (?-?), hüquqşünas, dövlət qulluğunda işləməyib. 1919-cu il 27 yanvardan AXC hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmiş, Komissiyanın işinin azalması ilə əlaqədar 1 may 1919-cu il tarixdən FTK üzvlüyündən azad olunmuşdur. Sonrakı taleyi məlum deyil.
|