|
II FƏSİL:
Quba şəhərinin talan edilməsi haqqında
sənədlər
1-ci hissə
Quba şəhərinin sakinlərinin şahid ifadələri
və müraciətləri
Sənəd № 46
Dindirmə protokolu
1918-ci il. 12 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı İsmayıl Orucov, 55 yaşlı, Quba şəhərinin sakini, savadlı.
Mən qubalıyam. Quba şəhərinin talan edilməsi haqqında aşağıdakı məlumatları verə bilərəm. Bu ilin yazında, dəqiq vaxtını göstərə bilmərəm, Qubaya Xaçmazda olan bolşeviklərin adından nümayəndə kimi gürcü Gelovani gəldi, bizdən bolşeviklərin hakimiyyətini tanımağımızı tələb etdi və bizə cavab üçün 2 saat vaxt verdi. Biz heç olmasa bir gün vaxt verilməsini xahiş etdik ki, kəndlilərlə birlikdə yığışaq və bu tələbi müzakirə edə bilək. Lakin bizim xahişimiz rədd edildi. Onda qubalılar və yaxın kəndlər sovet hakimiyyətini tanıdılar, çünki nümayəndə Gelovani şəhərin və kəndlərin dağıdılması ilə hədələyirdi. Daha uzaq kəndlər sovet hakimiyyətinə tabe olmadılar. İki gün sonra şəhərə tərkibində 2 ləzgi, bir neçə rus və gürcü, və əksəriyyəti ermənilərdən ibarət olan bolşeviklərin 200-300 nəfərlik dəstəsi gəldi və şəhəri ələ keçirdi. Ermənilər müsəlmanlara sataşır, təhqir edir, amma öldürmür və qarət etmirdilər. 10 gün sonra şəhərə ləzgilərin dəstəsi yaxınlaşdı və zorakılıq edənləri qovmaq üçün yəhudi qəsəbəsi tərəfdən şəhəri atəşə tutmağa başladı. Bolşeviklər cavab atəşi açdılar. Atışma üç gün davam etdi. Nəhayət bolşeviklər şəhəri tərk etdilər və onların köməyinə gəlmiş böyük dəstənin yardımı ilə Xaçmaz stansiyasına geri çəkildilər. Ləzgilər də çıxıb getdilər.
İki həftə sonra biz məlumat aldıq ki, Xaçmaz stansiyası tərəfdən Quba üzərinə 3 min nəfərlik qoşun dəstəsi gəlir. Əhalinin demək olar ki, onda bir hissəsi dağlara və kəndlərə qaçdı, qalanları isə şəhərdə qaldı. Mən də qaçdım. Burada, şəhərdə nə baş verdiyini başqalarından eşitmişəm. Deyirlər ki, yalnız ermənilərdən ibarət olan dəstə şəhəri mühasirəyə alaraq, atəşə tutmuş və hücum etmişdi. Onlara müqavimət göstərilməmişdi, yalnız gənc bir oğlan müqavimət göstərmiş və öldürülmüşdü. Ermənilər şəhərə daxil oldular və fərq
qoymadan kişiləri, qadınları və uşaqları qətlə yetirməyə başladılar. Öldürülənləri dəfn edən mollaların məlumatlarına görə, onlar 2800 meyiti torpağa tapşırmışlar. Bundan əlavə, ermənilər sakinləri qarət edir, onların qiymətli daşınan əmlaklarını əllərindən alırdılar. Sonra evlərə od vurmağa başladılar və şəhərin 120-yə yaxın ən yaxşı evlərini və bağlarda 40-a yaxın mülkü yandırdılar. Quba şəhərində müsəlmanlara qarşı ermənilərin zorakılıqları 10 gün davam etdi, sonra onları gürcülər əvəz etdilər və ermənilər təcili olaraq çağırıldıqları üçün Bakıya çıxıb getdilər. Gürcülər bizimlə dinc davranır, bizə toxunmur və incitmirdilər. Ruslar da bizi incitmirdi. Gürcülər türklər gələnədək Qubada qaldılar. Gürcülərin burada olduğu dövrdə, qəza komissarı Çurayev deyilən şəxs idi, mənim də üzvü olduğum Sovet yaradılmışdı. Ermənilər Qubadan geri çəkildikdən sonra Bakıya doğru hərəkət edərkən yolüstü bütün müsəlman kəndlərini yandıraraq qarət etmişdilər. Qeyd etməliyəm ki, bolşevik hakimiyyəti gələndə biz nümayəndə Gelovanidən xahiş etmişdik ki, şəhərə girəcək dəstədə
ermənilər olmasın. Gelovani buna söz verdi, lakin buna baxmayaraq ermənilər gəldi. Ayrı-ayrı zorakılıq hallarından aşağıdakıları bilirəm: Qriqori adlı bir erməni özünün Qubadakı evini müsəlmana – Molla Şahbalaya satmışdı, Qriqorinin oğlu evin satılmasının əleyhinə idi. Ermənilər şəhəri ələ keçirəndə Qriqorinin oğlu Molla Şahbalanı öldürdü. Hətta mən ermənilər getdikdən sonra şəhərə qayıtdıqda, qəbiristanlıqda qubalı Məhəmməd Rəsul Mahmud oğlunun qarnı yırtılmış halda meyitini, onun xəncərlə öldürülmüş arvadının və başları kəsilmiş üç uşağının meyitlərini gördüm.
Ermənilərin əksəriyyəti gəlmə idi, hətta İran təbəələri də vardı, lakin aralarında yerli qubalılar: qətllərdə, qarətlərdə və yanğınların törədilməsində iştirak edən dəyirman sahibi Arutyun, qab-qacaq dükanının sahibi Mirzə Əmircanov, bərbər Cavad da var idi. Başqa ermənilərin adını çəkə bilmərəm. Ermənilər onların erməni qardaşlarının Türkiyədə və Qafqazda kürdlər tərəfindən öldürülməsinə görə bütün müsəlmanları məhv edəcəkləri ilə hədələyirdilər. Dəstənin başçısı Amazasp bəzi müsəlmanlara deyirdi ki, onlar dağlara qədər bütün müsəlmanları məhv etmək əmrini almışlar, lakin müsəlmanların bir hissəsinə rəhm etmişlər. Əlavə heç nə göstərə bilmərəm.
Tanış oldum. Hacı İsmayıl Orucov (imza ərəb hərfləri ilə)
Tərcümə etdi: E.B.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 14-16
Sənəd № 47
Dindirmə protokolu
1918-ci il. 12 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Hacı Hidayət Musa oğlu, 60 yaşlı, Quba sakini, savadlı. Bu il yazın əvvəlində, dəqiq vaxtı deyə bilmərəm, Xaçmaz stansiyasına bolşeviklərin dəstəsi gəldi. Biz onların yanına öz nümayəndələrimizi göndərdik ki, gəlişlərinin məqsədini öyrənək. Bolşeviklər onlara Şollar su kəmərini29 mühafizə etməyə gəldiklərini bildirmişdilər. Amma iki gündən sonra gürcü Gelovaninin başçılıq etdiyi dəstədən bir neçə nəfər gəldi. Gelovani bizə bolşeviklərin hakimiyyətini tanımaq üçün ultimatum və cavab üçün 2 saat vaxt verdi. Biz 24 saat
istəyirdik ki, razılığa gələ bilək. Amma rədd cavabı aldıq. Onda biz bildirdik ki, itaət edirik və yalnız bir xahişimiz var: ermənilər şəhərə buraxılmasın, çünki bilirdik ki, onlar bütün müsəlmanları qırmağı və öldürməyi qərara alıblar.
Gelovani söz verdi, lakin sözünün üstündə durmadı. İki gündən sonra çoxu ermənilərdən ibarət bolşevik dəstəsi şəhərə daxil oldu. Ermənilər bir neçə adamı öldürdülər və hakimiyyəti öz əllərinə aldılar. On gün keçdikdən sonra, ləzgilərlə üç gün atışaraq, dəstə şəhəri tərk etdi və Xaçmaz kəndinə getdi. Bir həftədən sonra, əksəriyyətini ermənilər təşkil edən 3000-ə yaxın, bolşeviklər yenidən qayıtdılar və şəhəri müqavimətsiz tutdular, çünki ləzgilər artıq getmişdilər. Elə birinci gün ermənilər 1500-ə qədər kişi, qadın və uşaq öldürmüşdülər.
Mən şəhərdən qaçdım və yalnız ermənilər gedəndən sonra qayıtdım. Onları gürcülər əvəz etmişdilər. Şəhərdə və bağlarda ən yaxşı evlər, o cümlədən də mənim evim yandırılmışdı. Mənim bütün daşınan əmlakım və qızıllarım, həmçinin buğda ehtiyatım qarət edilmişdi. Küçələrdə mən qalaq-qalaq cəsədlər, o cümlədən Usta Məhəmməd Rəsul Bayram oğlunun, 70 yaşında, Qasım Kazım oğlunun, 80 yaşında, Abdulla Tuluqçunun, 80 yaşında və onun oğlunun, 22 yaşında, eləcə də Kərbəlayı Abuzər Mürsəl oğlunun iki qızının başları kəsilmiş və üzləri eybəcər hala salınmış cəsədlərini gördüm.
Mənim qardaşım Harun qorxudan öldü. Evləri yandıran, qarət edən, insanları öldürən ermənilər sırasında mən keçmiş ev sahibi, Qriqorinin oğlu, Mirzəcanın nəvəsi qubalı Arutyunu görmüşdüm. Evimin yandırılması və qarəti nəticəsində mən 200 min rubl ziyan çəkmişəm. Əlavə heç nə deyə bilmərəm.
Oxundu: Hacı Hidayət Musayev (ərəb əlifbası ilə imza)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 17
Sənəd № 48
Dindirmə protokolu
1918-ci il. 12 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Məşədi İbad Bağırov, 45 yaşlı, Quba şəhəri sakini, savadsız.
Bu ilin yazında, erməni dəstələri Quba şəhərinin tutarkən, mən dağlara qaçdım və onlar gedəndən, onları gürcülər əvəz edəndən sonra qayıtdım. Şəhər tamamilə dağıdılmışdı: ən yaxşı evlərin çoxu yandırılmışdı, mənim də evimə od vurulmuş, amma yanmamışdır, daşınan əmlakım qarət edilmişdir, küçələr öldürülmüş müsəlmanların, kişilərin, qadınların və uşaqların meyitləri ilə dolu idi. Mənim anam Pəricahan qorxudan kar və kor oldu, bacım Mədinə isə qorxudan öldü. Mənim bacım oğlu Məmməd Musa Məmməd oğlu atası və qardaşı ilə bərabər şəhərdə idi, ermənilər atasını və qardaşını öldürdülər. O, qatil və yanğınlar törədən ermənilərin arasında qubalı erməniləri: Vartan Avakovu, Arutyun Baba oğlunu, bərbər Cavadı, Mirzə Əmircanovu, Saşa Lukyanovu, Tatevos Yaqub oğlunu tanımışdı. Daşınan əmlakımın qarət olunmasına görə mən iki min rubla qədər ziyan çəkmişəm. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Savadsız.
Tərcümə etdi: E.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 18
Sənəd № 49
Dindirmə protokolu
1918-ci il. 12 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Əli Kərbəlayı İrza Qulu oğlu, 40 yaşlı, Quba şəhəri sakini, savadlı.
Bu ilin may ayının 1-də axşama yaxın Quba şəhərinə xəbər yayıldı ki, bolşeviklər şəhərdən 5 verst aralıda durublar və şəhərə hücum etmək niyyətindədirlər. Bacım Məşədi Bibi Xanım bizə gələrək bu şayiəni təsdiqlədi. Mən hamımızın birlikdə onların yox, bizim evimizdə toplaşmasını və hadisələrin necə cərəyan edəcəyini gözləməyi məsləhət gördüm. Bacım heç bir halda bizə gələ bilməyəcəyini bildirdi və çıxıb getdi. Mən öz arvadımı uşaqlarla birlikdə Molla Hacı Baba Axundzadənin yanına yolladım, bacıma da xəbər göndərdim ki, o da
ora yollansın, özüm isə evdə qaldım. Axşam, hava qaralanda, şəhərdə atışma eşitdim, amma evdən çıxmadım və şəhərdə nə baş verdiyindən xəbərim olmadı. Ertəsi gün dəli Məşədi Musa Zeynal oğlu mənim evimin yanından keçirdi və nə isə qışqırırdı. Mən qapının arasından baxdım. İki güllə atıldı və o, ölü kimi yıxıldı. Elə həmin gün mənim yanıma bir neçə erməni gəldi və məni öldürmək istədilər, mən onlara 4 min rubl verdim və onlar çıxıb getdilər. Bir müddət sonra yenidən bir neçə nəfər gəldi və ölümlə hədələyərək, məndən pul tələb etdilər. Mən onlara 3 min rubl verdim. Nəhayət, həmin tələblə daha iki nəfər gəldi və mən onlara sonuncu min rublumu verdim. İki gündən sonra mənə xəbər verdilər ki, bacım öldürülüb. Mən həmin gün evdən bayıra çıxmadım, üçüncü gün bacımın evinə gəldikdə, evi yanmış və bacımın, yeznəm Hacı Dadaş Bala Qasım oğlunun, 70 yaşlı qocanın, və bacım oğlu 19 yaşlı Abdul Qasımın yanıb qaralmış meyitlərini tapdım. Meyitləri torpağa tapşırdım. Mənim ailəmdən heç kim xəsarət almamışdır. Bolşeviklər yalnız ermənilərdən ibarət idi. Mən onlardan heç birini tanımadım və heç birinin adını çəkə bilmərəm. Onlar müxtəlif yerlərdən, hətta İrandan gəlmə idilər. Mən eşitmişəm ki, ermənilərin yandırdığı evləri onlara Quba yəhudiləri nişan verirmiş. Mənim heç nəyim oğurlanmayıb. Yeznəmin və bacımın əmlakı 100.000 rubl dəyərində idi. Əlavə heç nə deyə bilmərəm.
İmza. (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 19
Sənəd № 50
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Musa Məmməd Əli oğlu, 24 yaşlı, Quba şəhəri sakini, savadlı.
Novruz bayramından30 təxminən bir ay sonra sayı üç mindən artıq olan silahlı erməni səhər tezdən Quba şəhərini ələ keçirdi. Şəhərə daxil olan kimi müsəlman kişi, qadın və uşaqları öldürməyə, evləri qarət etməyə və yandırmağa başladılar. Mən öz ailəmlə: atam, anam, nənəm, dayım və qardaşımla evdə oturmuşduq və küçəyə çıxmırdıq. Ertəsi gün bir qrup erməni bizim mənzilimizə soxuldu və bizim hamımızın üstünü axtararaq, pul, qızıl və qiymətli əşyalarımızı əlimizdən aldılar və darvazanı bağlamamağı və ağ bayraq qaldırmağı tapşıraraq çıxıb getdilər. Biz elə də etdik. Ertəsi gün evimizə başqa silahlı erməni dəstəsi gəldi və dərhal, heç bir səbəb olmadan, otaqda oturan atam Məmməd Əli Məşədi Feyzulla oğluna, dayım Kərbəlayı Dadaş Bağır oğluna və qardaşım Cabbara bir neçə atəş açdılar, atam və dayım yerindəcə öldülər, qardaşım isə yaralandı və 6 gündən sonra öldü. Bunu gördükdə, mən ermənilərdən xəlvət qonşu otağa qaçdım, qapının arxasına un kisələri yığım və orada qaldım, amma pəncərədən müşahidə edirdim. Bir gün sonra ermənilərin üçüncü dəstəsi gəldi və evdə nə qalmışdısa, götürüb getdilər. Mənim anama və nənəmə yazığım gəldi və sığınacağımdan çıxdım. Ermənilərin dördüncü dəstəsi gəldi. Mən onlara yalvarmağa başladım ki, məni
öldürməsinlər. Onlar məni əsir kimi məscidə apardılar. Mən oradan ermənilər 9 gündən sonra bizim şəhəri tərk edib getdikdən sonra azad edildim. Mən ermənilərdən müsəlmanları niyə görə öldürdüklərini soruşurdum. Onlar mənə belə cavab verdilər ki, türklərin öldürdüyü Türkiyə ermənilərinin qisasını alırlar və bizim hamımızı qırmaq lazımdır.
Mənim anam Mədinə Məşədi Bağır qızı bu hadisələrdən on gün sonra qorxudan öldü, nənəm isə kar və kor oldu. Ermənilərin arasında silahlı Quba ermənilərini: Vartan Avakovu, Arutyun Baba oğlunu, bərbər Cavadı, Mirzə Əmircanovu, Qriqorinin oğlu Vartanı, Arakelin oğlu Yefremi, Babacanı və onun oğlunu gördüm. Onların müsəlmanları necə öldürdüyünü, evləri yandırdığını və qarət etdiklərini görməmişəm, yalnız onların əllərində silah şəhərdə dolaşdıqlarını görmüşəm. Bizim evdə bütün avadanlığa od vuruldu və yandırıldı, amma ev alışmadı. Ermənilər, 150 min nağd pul və qızıl və əşyalar qarət edərək, mənə iki yüz min rubl dəyərində (mən ticarətçiyəm) ziyan vurmuş, 50 min rubl dəyərində ev avadanlığını yandırmışlar. Əlavə heç nə göstərə bilmərəm. Oxundu. Bunu əlavə edim ki, ermənilər şəxsən mənə deyirdilər ki, onlar indi (təsvir edilən hadisələr zamanı) bizim Allahımızdır.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 22-23
Sənəd № 51
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Abuzər Məstan oğlu, 60 yaşlı, Quba şəhəri sakini, savadsız.
Bu ilin yazında Qubada danışırdılar ki, ermənilər Qubaya gəlir. Mən buna elə də böyük əhəmiyyət vermirdim, çünki eşitmişdim ki, cəmi 25 erməni gəlir və onlar heç kimə toxunmayacaqlar. Birdən şəhər tezdən 30 nəfər tüfəng, xəncər və tapança ilə silahlanmış erməni bizim həyətə soxuldu. Mənim qonşum Abdulla Tuluqçu onların qarşısına çıxdı və onlara nə lazım olduğunu soruşdu. Onların tərəfindən atəş səsi eşidildi və o, ölü düşdü. Mən, arvadım Hökümə Kərbəlayı Cəfər qızı və iki qızımız – 14 yaşlı Hökümə və 6 yaşlı Bəsrə evdə oturmuşduq və çay içirdik. Ermənilər evimizə girdilər və heç bir səbəbsiz bizə birdən atəş açdılar. Qızım Hökümə yerindəcə öldü, mən sol baldırımdan, arvadım sol qolunun biləyindən yaralandı, qızım Bəsrə isə sol çiynindən və sol ayağından yaralandı. Arvadım onu qucaqlayaraq sinəsinə sıxdı. Ermənilərdən biri xəncərini çıxarıb qızımın başına elə bərk vurdu ki,
onun sifətini boğazınadək çapdı. Qızım ölü düşdü. Mən və arvadım huşumuzu itirdik. Lakin arvadım bir azdan özünə gəldi və ermənilərə yalvarmağa başladı ki, onu da öldürsünlər ki, öz qızlarının meyitlərini görməsin. Ermənilər cavabında dedilər ki, onu öldürməyəcəklər, çünki, qoy qızlarının meyiti qarşısında gündə üç dəfə ölüb-dirilsin. Onlar eyni zamanda süngü ilə arvadımın boynunu bir neçə yerdən deşməklə, ona kiçik yaralar vurdular. Məni isə döydülər. Sonra, heç nə götürmədən çıxıb getdilər. Qonşu Hacı Balanın evindən qışqırıq səsləri eşitdim. Məlum oldu ki, ermənilər onun özünü, arvadını və oğlunu qətlə yetirmiş və evlərini yandırmışlar. Onların meyitlərinin odun içində yandığını öz gözlərimlə gördüm. Üçüncü gün xəbər yayıldı ki, sülh bağlanmışdır. Mən erməni kilsəsinin yanındakı meydana getdim. Orada çoxlu adam-müsəlmanlar yığılmışdı. Ermənilərin başçısı, adı yadımda qalmayıb) bizə bəyan etdi ki, ona bizim hamımızı öldürmək əmr edilmişdir, lakin o bunu etmir və buna görə bizdən dinc yaşamağı rica edir. Mən evə qayıtdıqda, gördüm ki, bir neçə erməni mənim bütün daşınan əmlakımı arabaya yükləyir, yararsızlarını isə yırtır və məhv edir. Mən onlara yalvardım ki, mənə heç olmasa bir yorğan saxlasınlar, lakin onlar mənə rədd cavabı verdilər. Ermənilərin arasında bizim qubalı erməniləri, Arutyun Karapet oğlunu, özünün iki oğlu və qardaşı oğlu ilə birlikdə gördüm. Ermənilər mənə 30 min dəyərində ziyan vurmuşlar. Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 24
Sənəd № 52
Protokol
1918-ci il, 13 dekabr, Quba şəhəri.
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasının dəftərxanasına
bu şəhərin sakini Məmməd Musa Məmməd Əli oğlu gəldi və bir yazı vərəqi təqdim edərək bildirdi ki, yazıda Quba şəhərinin sakini, Asəf Vahabovun anası Ağa Xanım Turab qızının orada ermənilərin Quba şəhərinə hücumu zamanı yaralandığı və hazırda Bakı şəhərində müalicədə olunduğu göstərilir.
Komissiyanın üzvü: А.Novatski (imza)
Qeyd: Asəf Vahabovun anası – Ağa Xanım Turab qızı, hər iki qolundan yaralanmışdır, Bakıda müalicə olunur və hələ də sağalmamışdır.
AR DA, f. 1061, s. 1, iş 96, v. 25-26
Sənəd № 53
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Məşədi Hüseyn Qulu Sultanov, 70 yaşlı, Quba şəhəri sakini, savadlı. Ermənilərin Quba şəhərinə hücumu zamanı mən meşəyə qaçmışdım və orada bir neçə gün, onlar gedənədək gizlənirdim. Şəhərə qayıtdıqdan sonra öz evimi, anbar və dükanlarımı, mallarla bir yerdə, yandırılmış gördüm. Mənim evimdən başqa şəhərin ən yaxşı evləri də yandırılmışdı. Mən hələ də yığışdırılmamış kişi, qadın, qız, uşaq cəsədləri gördüm. Bəzilərinin cəsədi eybəcər hala salınmışdı: onların ayaqları, əlləri kəsilmiş, bədənləri xəncərlə doğranmış və süngü ilə deşilmişdi. Müsəlmanların ermənilər tərəfindən bu cür vəhşiliklə və kütləvi şəkildə öldürülməsinin səbəblərini mən izah edə bilmirəm. Mən tamamilə müflisləşmişəm. Ermənilər mənə rublun indiki məzənnəsi ilə milyon yarıma qədər ziyan vurublar. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. İmza. Məşədi Hüseyn Qulu Sultanov.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 27
Sənəd № 54
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Sultan Əsgərov, 42 yaşlı, Quba şəhəri sakini, savadlı.
Mən bu il mart ayının 18-də və 19-da ermənilərin müsəlmanlara hücum etdiyi və qətlə yetirdiyi Bakı hadisələrini31 yaşamışam. Mart ayının sonunda Quba şəhərinə qayıtdım. Mənim geri döndüyüm vaxtdan təxminən bir ay sonra ermənilərin Qubaya gələcəyi barədə söhbət getməyə başladı. Mən buna əhəmiyyət vermədim, çünki bunun baş verəcəyinə inanmırdım. Bir gün səhər qəfildən şəhərin ətrafında atışma səsləri eşitdik. Məlum oldu ki, ermənilər şəhərə hücum etmişdir. Ailəmlə birlikdə tələsik yığışaraq Nügədi kəndinə, sonra isə meşəyə qaçdıq. Ev və bütün daşınan əmlak özbaşına qaldı. Mən özümü o qədər itirmişdim ki, hətta odadavamlı şkafdan pul və qiymətli əşyalarımızı götürməyi unutmuşdum. Bizimlə birgə digər qubalılar da arvadları və uşaqları ilə qaçmışdılar. Biz meşədə vəhşi kimi, damsız, qidasız və yataqsız yaşayırdıq. Soyuqla, aclıqla və bir çox məhrumiyyətlərlə üzləşdik. Ucdantutma hamımız xəstələndik. Çoxları qorxudan xəstələndi və indiyədək, məsələn, mənim qızım kimi, qorxudan xəstə yatır. Mənim özümdə ürək döyüntüsü yaranıb və yaşadığımız fiziki və mənəvi sarsıntılardan indiyədək özümə gələ bilmirəm. Mən, biz qubalıların çəkdiyi bütün o əzab və mənəvi sarsıntıları sözlə çatdırmaq iqtidarında deyiləm. Biz meşədə 11 gün dolaşdıq, sonra, ermənilərin çıxıb getməsi haqqında məlumat alan kimi şəhərə qayıtdıq. Mən öz evimi talan edilmiş vəziyyətdə gördüm: evin pəncərə və qapıları, şkafların qapıları sındırılmış, sandıqlar açılmış, odadavamlı seyf isə qırılmışdı. Bütün daşınan əmlak, o cümlədən odadavamlı şkafdan 8 min rubl nağd pul, arasında 18 min manat dəyərində kulon olan zinət əşyalarımız qarət edilmişdi. Mən imkanlı və təmin olunmuş adamdan dilənçiyə çevrilmişəm. Şəhərdə yaxşı evlərin əksəriyyəti yandırılmışdı. Müsəlman əhali büsbütün talan edilmişdi. Hədsiz sayda öldürülən vardı. Mən bu zorakılıqların şahidi olmamışam, amma bu barədə etibarlı şəxslərdən
eşitmişəm. Ermənilər fərq qoymadan bütün kişi, qadın, qız, oğlan və
uşaqları qətlə yetirmişdilər. Mən eşitmişəm ki, onlar yüzədək müsəlman
qızları zorlayıblar. Bu bədbəxtlərin ad və soyadlarını deyə bilmərəm, çünki
bizim əxlaqımıza görə bunu onların valideynləri və qohumları özləri
gizlədirlər. Bu qızlardan çoxu hamilə qalmış və ölmüşdür, çoxları hələ
sağdır. Belə qurbanlar haqqında məlumatları hazırda Bakı şəhərində
yaşayan Axund Molla Hacı Baba Axundzadədən almaq olar. Mən
eşitmişəm ki, Hacı Məhəmməd Qasım Hacıağa Rəhim oğlunun evində
gizlənən qadınları zorlamışlar. Müsəlmanların ermənilər tərəfindən
qırılmasının səbəbini nə ilə izah edəcəyimi bilmirəm. Amma, eşitmişəm
ki, müsəlmanlardan 1905-ci ildə32 onlara qarşı çıxdıqlarına görə qisas
alırlar. 1905-ci ildə burada, Quba şəhərində bircə erməniyə belə xətər
yetirilməmişdi.
Bəzi qara fikirli adamlar ermənilərə hədə-qorxu gələndə, biz
onları müdafiə etdik və onlar təhlükəsizlik məqsədilə təcrid edildikdə və etibarlı mühafizə altında həbsxana binasında yerləşdirildikdə, biz onlara yemək aparırdıq. Şəxsən Mən erməni tacir Mirzə Əmircanova yemək aparırdım. Onlar, Quba erməniləri isə bizə satqınlıqla cavab
verdilər. Məsələ ondadır ki, onlar həmin hadisələrdən xeyli əvvəl Quba
şəhərində olan bütün daşınan və daşınmaz əmlaklarını satdılar və
Qubadan çıxıb getdilər. Biz onlardan soruşanda ki, niyə çıxıb gedirsiniz,
cavab verirdilər ki, Bakıda yaşamaq istəyirlər. Biz onların qaçmağının
səbəbini yalnız indi başa düşürük: erməni qardaşlarının bizimlə və bizim
şəhərimizlə nə edəcəkləri onlara məlum idi, və onlar bizə xəbərdarlıq
etmədilər. Mən şəxsən erməni qatilləri və təcavüzkarlarının heç birini
görməmişəm və ad çəkə bilmərəm. Öz həmşəhərlilərimdən eşitmişəm
ki, Quba şəhərində müsəlmanlara qarşı törədilən cinayətlərdə Quba
erməniləri: Qriqorinin oğlu, praporşik, bərbər Cavad, Arutyun, Mirzə Əmircanov (onu hadisələr zamanı şəhərdə furqonda görüblər) iştirak ediblər. Başqaları haqqında eşitməmişəm. Ermənilər, mənim mənzilimi talan etməklə və bütün daşınan əmlakımı, pul və qiymətli əşyalarımı qarət etməklə, rublun köhnə kursu ilə mənə yetmiş min məbləğində ziyan vurublar. Əlavə heç nə deyə bilmərəm.
İmza.
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 28-30
Sənəd № 55
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Hüseyn Qulu Bağırov, 44 yaşlı, Quba şəhəri sakini, savadlı.
Quba şəhərində şayiələr gəzirdi ki, ermənilər şəhərin üstünə gəlir,
lakin eyni zamanda deyirdilər ki, onların sayı azdır və bizim müsəlmanlar onları mühasirəyə alar və əsir götürərlər. Şəhərdə heç kim ermənilərə müqavimət göstərmək haqqında düşünmürdü. Bir dəfə günorta çağı, mən ailəmlə və qardaşımla evdə olarkən atışma və qışqırıq səsləri eşitdim. Məlum oldu ki, ermənilər şəhəri mühasirəyə alıblar və atəşə tuturlar. Onlar tezliklə şəhərin küçələrində göründülər, kişi, qadın və uşaqları öldürməyə, qarət etməyə, evlərə və digər tikililərə od vurmağa başladılar. Mənim evimə bir neçə nəfər erməni gəldi, beş atımı, buğda ehtiyatımı və daşınan əmlakımı apardılar, və başqaları kimi mənim də ailəmi öz əsgərləri üçün çörək bişirməyə məcbur etdilər. Bir neçə gündən sonra məni və qardaşımı çoxlu müsəlmanların olduğu məscidə
gətirdilər. Orada bizə gözətçilər qoydular. Biz ermənilər gedənə qədər
məsciddə qaldıq. Şəhərin küçələrində mən çoxlu cəsədlər görmüşəm,
şəhərin xüsusilə aşağı hissəsində çox adam öldürmüşdülər. Cəsədlərin
üzərində güllə və xəncər yaraları var idi. Meyitlərin üzərində işgəncə
əlamətlərinin olub-olmadığını deyə bilmərəm, çünki yaxından baxmamışam.
Bir hadisə haqqında deyə bilərəm ki, ermənilər xalça taciri
Kərbəlayı Zeynal Abdindən pul tələb etmişlər, o, pulunun olmadığını
deyərək imtina etdikdə onu öldürmüşlər. Ermənilər gəlmə idilər, və mən
onları tanımırdım, şəhərin küçələrində onların arasında silahlı Quba
ermənilərindən əlində bomba olan qəssab oğlu Arutyunu, bərbər Cavadı,
Qriqorinin oğlunu və xaçmazlı Yaqubun oğlunu görmüşəm, amma
onların adam öldürdüklərini, evləri qarət etdiklərini və yandırdıqlarını
görməmişəm. Ermənilər şəxsən mənə yüz beş min rubl məbləğində
zərər vurmuşlar. Əlavə heç nə deyə bilmirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 33
Sənəd № 56
Dindirmə protokolu
1918-ci il. 15 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Abbas bəy Əlibəyov, Quba şəhər rəisi, 49 yaşlı.
Bu ilin aprel ayında Xaçmaz stansiyasından kimsə telefonla xəbər
verdi ki, oraya bir dəstə bolşevik gəlmişdir və onların Quba şəhərinə
getmək niyyəti vardır. Biz, qubalılar, onların nə məqsədlə Qubaya gəlməyə
hazırlaşdığını öyrənmək üçün öz nümayəndələrimizi: müstəntiq
Manuylovu33, yəhudi Nuvax Ağababayevi və Şükür Babayevi Xaçmaza,
bolşeviklərin yanına göndərdik. Nümayəndələr geri dönərək, xəbər gətirdilər ki, bolşeviklər Qubanı və Quba qəzasını öz hakimiyyətlərinə tabe etmək və burada qayda-qanun yaratmaq niyyətindədirlər, bununla bərabər nümayəndələrə bu məsələnin aydınlaşdırmaq üçün Bakıya, bolşeviklərin yanına getməyi məsləhət görmüşlər. Ertəsi gün bolşevik Georgi (David) Gelovani qubalı müsəlman, qatı bolşevik Mir Cəfər Bağırovla34 birlikdə Qubaya gəldi. Gelovani bəyan etdi ki, o, Qubaya ona görə gəlib ki, burada, yerində, sovet hakimiyyətinin lazım olub-olmadığını müəyyənləşdirsin və hesab edir ki, bu lazımdır. Qeyd edilməlidir ki, həmin vaxt Quba həbsxanasında qırx nəfər erməni təcrid edilmişdi, çünki, biz qorxurduq ki, bəzi şübhəli şəxslər onlara qarşı hər hansı bir zorakılıq törədə bilər və onları mühafizə edirdik. Gelovani hesab etdi ki, bu erməniləri heç bir təhlükə gözləmir və onları həbsxanadan buraxdı. Bundan sonra o, Xaçmaza getdi. Altı gündən sonra o, 170 nəfərlik bolşevik dəstəsi və pulemyotlarla yenidən Qubaya qayıtdı. Dəstə rus, yəhudi və ermənilərdən ibarət idi, həm də ermənilər əksəriyyət təşkil edirdilər. Dəstənin başında erməni poruçik Ağacanyan dururdu, o, həm də pulemyotçuların rəhbəri idi, Gelovani isə özünü Quba qəzasının komissarı elan etdi. Qubalılar onlara tabe oldular və sovet hakimiyyətini tanıdılar. Tezliklə ətraf kəndlərdən olan ləzgilər şəhərin köməyinə gəldilər və bolşevikləri qovmaq üçün onları silahlardan atəşə tutmağa başladılar. Bolşeviklər pulemyotlardan cavab atəşi açdılar. Atışma üç gün davam etdi. Erməni-bolşeviklər təslim olmaq istəmirdilər, çünki, sonradan məlum oldu ki, onlar hərbi yardım gözləyirdilər. Atışmada mülki əhalidən 70 nəfər həlak oldu. Ləzgilərdən 200 nəfər ölmüşdü. Üç gündən sonra Xaçmazdan bir top və 40 nəfərdən ibarət dəstə bolşeviklərə köməyə gəldi və şəhəri atəşə tutmağa başladı. Nəhayət, altıncı gün bolşeviklər şəhəri tərk etməyə başladılar. Müstəntiqlər Manuylov və Estman35 istisna olmaqla, bütün rus məmurları, əczaçılar və ermənilərin hamısı onlarla birlikdə çıxıb getdilər. Ağacanyanın dəstəsi geri çəkilərkən Bulvar küçəsinə od vurdu və Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirdi. Dəstədən olan bir erməni kerosin hopdurulmuş əski parçasını yandıraraq Cümə məscidinin hasar qapısına atdı. Lakin bunu görən bir müsəlman
tərəfindən dərhal yanğın söndürüldü. Dəstə, geri çəkilərkən ləzgilərlə
atışırdı. Dəstənin önündə bolşeviklərin şəhərdən çıxardıqları ermənilər
və ruslar gedirdilər. Onlardan aşağıdakılar öldürüldü: M.Kasparov, erməni keşişi, rus keşişi, əczaçı Qolubçık, aksiz məmuru Poloxnıy, doktor Mixels, meşəbəyi Abrasimov, erməni Aleksandr Boqdanov, Duxan Poqosov. Ölənlərdən bir neçəsinin meyiti bolşeviklər tərəfindən götürüldü, qalanları isə yerindəcə qaldı. Onların kimin, bolşeviklərin ya ləzgilərin gülləsindən öldüyü müəyyən edilməmişdir. Bu hadisələrdən iki həftə sonra biz məlumat aldıq ki, Bakıdan gəlmiş bolşevik dəstəsi Nizovaya kəndində düşübdür və Quba şəhərinə istiqamət götürüb. Aprelin sonunda dəstə Xaçmaz kəndinə yaxınlaşdı. Bu kəndin sakinləri onun yolunu kəsdi. Atışma başlandı və 2 gün davam etdi. Müsəlmanlar artıq dəstənin qarşısını almaq iqtidarında deyildilər və dəstə, özünə yol açaraq, Quba şəhərinə tərəf hərəkət etdi. Yalnız ermənilərdən ibarət olan dəstənin başında məşhur erməni daşnaksakan Amazasp, öz köməkçisi Nikolayla birlikdə, dururdu. Dəstədə, həmçinin, bələdçi və işbilən adam sifətilə, “Dəyirmançı” ləqəbli Quba ermənisi Arutyun Ayrapetov da var idi. Dəstə may ayının 1-də səhər üç yoldan şəhərə girdi. Dəstədə ən azı üç min adam, dörd top və səkkiz pulemyot var idi. Qətllər və qarətlər başlandı. Elə birinci gündə şəhərin aşağı hissəsində 715 müsəlman, özü də əksəriyyəti qadınlar və uşaqlar, qətlə yetirildi. Böyük Şosse və Bazar küçələri darmadağın edildi. Dəstə şəhəri dörd hissəyə böldü və hər hissədə qərargah yaratdı: birinci qərargah Leontyev bağının yanında, ikinci
– erməni kilsəsinin hasarının içində, üçüncü – dağda, müsəlman
qəbiristanlığının yaxınlığında və dördüncü, mərkəzi qərargah isə Yəhudi qəsəbəsindəki təpədə yerləşirdi. Ermənilərin azğınlıqları davam edirdi: onlar ikinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012
nəfər - əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən
ibarət olan kişilər qətlə yetirildilər. Qarətlərin də arası kəsilmirdi. Mən
nümayəndə qismində Amazaspın yanına yollandım və ondan qətlə
yetirilənlərin cəsədlərinin torpağa tapşırılmasına icazə verməsini
xahiş etdim. O rədd cavabı verdi. Amma ata mindi və mənimlə şəhərə
gəldi. Burada o, mənim yanımda, əsgərlərə müraciət edərək onları
qətlləri və qarətləri dayandırmağa çağırdı. Mənim zənnimcə, bu öyüdnəsihət
qeyri-səmimi idi və əsgərlər onu əks mənada başa düşməli
idilər. Sonra o, məscidin qabağındakı meydana yollandı və orada
toplaşmış müsəlmanlara aşağıdakı nitqlə müraciət etdi: “Mən əslən
Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni
xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən
öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl
burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm.
Sizin müsibətiniz mən sabah dağa qalxdıqda (bu zaman əlini topların durduğu dağa tərəf uzadır) başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od vuraraq, Üçgün və Kımıl kəndlərinə keçəcəyəm, Şah Dağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm”.
Zorakılıqlar, qətllər, qarətlər 9 gün davam etdi. Sonra mən qətlə yetirilənlərin dəfn edilməsi xahişi ilə yenidən Amazaspın yanına yollandım. Arutyun Ayrapetov adlı birisi mənim yanımda ona məruzə etdi və mən erməni dilini bildiyim üçün məruzəni başa düşdüm. Ayrapetov deyirdi ki, şəhərdən Nikolay pulları ilə üç milyona yaxın pul, 6 milyona yaxın məbləğdə bütün qızıl və qadınların qızıl zinyət əşyaları toplanmışdır, öldürülmüş hər bir erməniyə görə 200 müsəlman öldürülmüş, zorlanmış bir erməni qadınına görə 75 müsəlman qadın və qız zorlanmış, ermənilərdən qarət olunanların hamısı geri alınmış, təxminən 90 evə od yandırılmışdır. Ayrapetov öz məruzəsini aşağıdakı sözlərlə bitirdi: “İş başa çatdırılmışdır, kifayətdir, gedək”. Həmin bu vaxt bütün şəhərdə evlər yanırdı. Bazar küçəsində 16 yerdə evlər və mağazalar yanırdı. İşində yarım milyon rubl dəyərində qənd, çay və manufaktura mallarının olduğu ərzaq anbarına mənim gözlərimin qarşısında həmin bu A.Ayrapetov və 12 nəfərlik topçular tərəfindən od vuruldu. 9-cu gün müsəlmanlardan qarət olunmuş bütün əmlak Ayrapetovun nəzarəti altında Bağırovun evindən arabalara dolduruldu və şəhərdən çıxarıldı. 9-cu gün, mən öldürülmüş insanların cəsədlərinin torpağa tapşırılmasına icazə verilməsi xahişi ilə Amazaspın yanında olanda, o mənim yanımda aşağıdakı sözlərlə yəhudilərə müraciət etdi: “Bir saat sonra və ya bu gecə sizin başınıza bəlalar gələcək, çünki
müsəlmanlar və ləzgilər sizə hücum edəcək və sizi doğrayacaqlar”. Yəhudilərin arasında çaxnaşma düşdü və onlardan 6 min nəfərə qədəri şəhəri tərk etdi və ermənilərlə çıxıb getdi.
Ermənilər getdikdən sonra onların Quba şəhərinin bütün əhalisinə
vurulan ziyanın hesablanmasına başladım və müəyyən etdim ki, şəhərin müsəlman əhalisindən 2 minə yaxın kişi, qadın və uşaq qətlə yetirilmiş, 105 ev yandırılmış, dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl zinyət əşyaları və brilyant qarət edilmiş, evlər və digər tikililər yandırılmaqla 100 milyon rubl dəyərində ziyan vurulmuş, və anbar və mağazaların qapıları sındırılmaqla, iyirmi milyon rubl məbləğində müxtəlif növ mallar və ərzaq məhsulları oğurlanmışdır.
Aşağıda adları çəkilən Quba erməniləri Amazaspın dəstəsində olmuş və təsvir edilən zorakılıqlarda iştirak etmişlər: bərbər Cavad Arutyunov, balıq vətəgəsi sahibinin oğlu Avakov (adını bilmirəm), həmin Avakovun qardaşı oğlu (adını bilmirəm), tacir Mirzəcanovun qardaşı oğlanları, tələbələr Əmircanovlar (adlarını bilmirəm), meyxana sahibi Melikov. Ermənilərlə yanaşı dəstədə olan ruslar və yəhudilər də həmin vəhşiliklərin törədilməsində iştirak etmişlər. Mən fikir verirdim ki, martın 1-dən Quba ermənilərinin çoxu özlərinin Qubadakı daşınmaz və daşınan əmlaklarını satmağa və köçüb getməyə başladılar. Məsələn, Aleksandr Melikov, Cavad Parsekov, Mirzə Parsekov, Maqaks Paqosov, Artaşes Melikov, Nerses Sarumov və başqaları öz əmlaklarını satdılar və köçüb getdilər. Mən Aleksandr Melikovdan və Baqdasarovdan nəyə görə əmlaklarını satdıqlarını və çıxıb getdiklərini soruşduqda, onlar mənə belə cavab verdilər: ”sizinlə bizim aramızda nə isə gözlənilir. Komitə bizi geri çağırır”.
Ermənilər getdikdən sonra, mən nümayəndə qismində bolşeviklərin başçıları Şaumyanın və Caparidzenin yanında oldum. Məqsədim Amazaspın rəhbərlik etdiyi cəza dəstəsinin Qubaya həqiqətən sovetlər tərəfindən göndərildiyini öyrənmək və dəstənin Qubada törətdikləri əməllər haqqında yazılı surətdə onlara ətraflı məlumat vermək idi. Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze36 mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya cəza dəstəsi göndərməyib və bolşevik Məşədi bəy Əzizbəyova37 tapşırdı ki, Amazaspın dəstəsinin əməllərini araşdırsın. Quba şəhərinin əhalisinə qarşı zorakılıqların şahidlərindən aşağıda adı çəkilən şəxslərin adlarını çəkə bilərəm: Məşədi Həmidulla Əliyev, Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlu, Şükür Turab oğlu, Mir Ələkbər Mir Səməd oğlu və Məşədi Molla Yusif mərsiyəxan.
Oxundu. Quba şəhər rəisi Əlibəyov Əli Abbas bəy. İmza.
Komissiyanın üzvü: А.Novatski (imza).
AR DA, f. 1061, s. 1, i. 96, v. 34-39.
Sənəd № 57
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlu, 35 yaşlı, Quba şəhəri sakini, savadlı.
Mən ermənilərin gəldiyindən yalnız o vaxt xəbər tutdum ki, onlar təxminən bir verstədək məsafədə şəhərə yaxınlaşıblar və gecələmək üçün dayanıblar. Ertəsi gün, bu il mayın 1-də səhər böyük dəstə şəhərə hücuma keçdi, onu toplardan, pulemyotlardan, həmçinin tüfənglərdən atəşə tutmağa başladı. Bir çoxları şəhərdən qaçdı, qalanları gizləndi. Küçədə yaxud həyətdə görünən hər bir kəs öldürüldü. Ermənilər şəhərə girdilər və onu tutdular. Kütləvi qırğınlar və qarətlər başlandı. Ermənilər evlərə soxulur, sakinləri qarət edir, fərq qoymadan kişiləri, qadınları və uşaqları öldürürdülər. Onlar mənim də evimə gəldilər, amma məni tapa bilmədilər. Ertəsi gün evləri yandırmağa başladılar. Ara bir az sakitləşəndə mən gizləndiyim yerdən çıxdım və dəstənin başçısı Amazaspın camaata nitq söylədiyi meydana tərəf yollandım. Mən onun çıxışının yalnız axırını eşitdim. O deyirdi ki, onlar bolşevikdirlər, qaydaqanun yaratmaq üçün gəliblər, onlar artıq bunu etmişlər və gedirlər. Doqquzuncu gün bütün dəstə çıxıb getdi. Ermənilər tərəfindən xeyli insan öldürülmüş, küllü miqdarda pul və daşınmaz əmlak qarət edilmiş və yüzdən çox ev yandırılmışdır. Amazaspın dəstəsində mən bir nəfər Quba ermənisini gördüm, ucaboy, arıq qoca kişi idi, onun adını və soyadını bilmirəm. Ermənilər mənim dükanımı qarət etmiş, evimdən isə 90 min manatlıq daşınmaz əmlak aparmışlar. Bundan başqa sözüm yoxdur.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 40
Sənəd № 58
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Həmdulla Əliyev, 40 yaşlı, Quba şəhəri sakini, savadlı.
Bu ilin mart ayında baş vermiş Bakı hadisələrindən çox keçmədən Xaçmaz stansiyasına bolşeviklərin dəstəsi gəldi. Biz eşitmişdik ki, dəstə ətraf kəndlərdə müsəlman əhalisinə qarşı xeyli zorakılıqlar törədib. Dəstənin bizim Qubaya da gələcəyindən və bizim də belə zorakılıqlara məruz qalacağımızdan ehtiyat edərək, Xaçmaza rus, yəhudi və müsəlman nümayəndələrimizi göndərdik və onlara tapşırdıq ki, bu barədə bolşeviklərlə danışsınlar və bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olubolmadığını müəyyənləşdirmək məqsədilə nümayəndələrin Bakıya getməsinə icazə istəsinlər. Nümayəndələr geri qayıtdılar və bizə xəbər verdilər ki, bolşeviklərin Qubaya gəlmək fikri yoxdur və Bakıya getməyə icazə verirlər. Gözlənilmədən Qubaya bolşevik Mir Cəfər Bağırovun və iki yəhudinin müşayiəti ilə Georgi Gelovani38 adlı birisi gəldi. Gelovani bizdən bolşeviklərin hakimiyyətini tanımağımızı tələb etdi və düşünmək üçün bizə iki saat vaxt verdi. Biz, ətraf kəndlərin sakinləri ilə məsləhətləşə bilməyimiz üçün, bizə daha uzun müddət vaxt verilməsini istədik. Gelovani qəti surətdə bunu rədd etdi və bildirdi ki, bizim razı olmadığımız təqdirdə, o, simsiz teleqrafla Xaçmazdan dəstə çağıracaq və şəhəri yerlə-yeksan edəcək. Biz bolşeviklərin hakimiyyətini tanımalı olduq. Gelovani çıxıb getdi və bir neçə gündən sonra 200 nəfərə yaxın əsgər dəstəsi ilə gəldi. Burada onlara 200-ə yaxın yəhudi qoşuldu. Dəstə guya şəhərə hücum etməyə gələn ləzgiləri qarşılamağa çıxmış 27 nəfər müsəlmanı öldürməklə özünü tanıtdığı. Lakin bu yalnız şayiə idi, çünki ləzgilər şəhərə hücum etmirdilər. Bolşeviklər burada öz qaydalarını tətbiq etməyə başladılar. Bir neçə gündən sonra, gözlənilmədən yaxın kəndlərin ləzgiləri şəhərə yaxınlaşdı və bolşevikləri şəhərdən qovmaq üçün onlarla atışmağa başladı. Bolşeviklər üç gün müdafiə olundular.
Üçüncü gün onlar Xaçmazdan kömək aldılar, belə ki, oradan iki top və pulemyotlarla bərabər 40 nəfərlik dəstə göndərildi. Ləzgilər onları sıxışdırırdı. Onda bolşeviklər şəhəri tərk etməyi qərara aldılar. Onlar özləri ilə rus məmurlarını və bütün erməniləri apardılar. Atışma zamanı ruslardan və ermənilərdən bir neçə nəfər öldü. Bolşeviklər, geri çəkilərkən, Qəza İdarəsinin, Şəhər Dumasının və Sülh məhkəməsi şöbəsinin binalarını yandırdılar və Cümə məscidinə od vurmağa cəhd etdilər. Onlar gedəndən təxminən iki həftə sonra biz öyrəndik ki, şəhərin 5 verstliyində erməni dəstəsi dayanıb və bizim şəhərin üstünə gəlir. Kimin imkanı var idi, qaçdı, lakin əhalinin çox hissəsi qaldı. Bu ilin may ayının 1-də dəstə, toplardan və pulemyotlardan atəş açaraq, şəhərə hücuma başladı. Sakinlər gizləndilər. Küçədə görünən hər kəs qətlə yetirildi. Amazaspın başçılığı ilə ermənilər şəhəri ələ keçirdilər. Qətllər və qarətlər başlandı. Ermənilər evlərə soxulur, kişi, qadın və uşasqları fərq qoymadan qətlə yetirir və pul, zinət əşyalarını və daşınan əmlakı qarət edirdilər. Sonrakı gün evləri də yandırmağa başladılar. Qətlə yetirilənlərin meyitləri küçələrdə, evlərdə və həyətlərdə qalmışdı. Beşinci gün, azacıq sakitlik yarananda biz, beş nəfər, meyitlərin dəfn edilməsinə icazə almaq üçün Amazaspın yanına getdik. Amazasp bizə dedi ki, o, Gelovaninin dəstəsi geri çəkilərkən bizim öldürdüyümüz ermənilərin əvəzinə hamımızı məhv etmək üçün göndərilmişdir, amma, bizim sülh şəraitində yaşayacağımız və ermənilərin hakimiyyətini tanıyacağımız ümidi ilə, bunu etmədi. Mən şəhərdə çoxlu sayda meyit görmüşdüm, demək olar ki, onların 2\3 hissəsi qadın və uşaq meyitləri idi, bir çox qadın cəsədlərinin döşləri kəsilmişdi. Meyitlərin çoxu xəncərlərlə eybəcər hala salınmışdı. Mən feldşerəm və qolundan yaralanmış və sonradan bu yaradan ölmüş 80 yaşlı Məşədi Tağı Kərim oğlunu, səkkiz güllə yarası almış və sonradan ölmüş Cabbar Məmməd Əli oğlunu, ayağından yaralanmış və həmçinin sonradan ölmüş Mir Abutalıbı müalicə edirdim. Dəqiq bilirəm ki, Muxtar Məmməd oğlunun mənzilində məskunlaşmış ermənilər onun iki qızını zorlamışdılar, həmçinin Həbib Vahab oğlunun arvadını, onun qardaşı Xəlilin arvadını və bir çoxlarını zorlamışdılar. Zorlanmış qızların sayı haqqında dəqiq məlumatı Molla Hacı Baba Axundzadə verə bilər, belə ki, onlara ermənilər tərəfindən zorlandıqlarını təsdiq edən şəhadətnamə vermişdir. Mən Amazaspın dəstəsində silahlı Quba ermənilərini, Arutyun Əmircanovu görmüşəm, başqalarını görməmişəm. Amazasp şəhəri dağıtmaq hədəsi ilə bizdən öz qoşunu üçün hər cür ərzaq tələb edirdi və biz verməyə məcbur idik. Doqquzuncu gün ermənilər çıxıb getdilər. Ermənilər mənim bir anbar dolusu quru meyvəmi, ev əşyalarından xalçalar, yorğan-döşək, geyim paltarları oğurlayıblar. Ümumilikdə mənə səksən min rubldan artıq ziyan dəyib. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Məşədi Həmdulla Əliyev (ərəb əlifbasında imza)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 41-43.
Sənəd № 59
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şükür Turab oğlu, 70 yaşlı, Quba şəhəri sakini, savadlı.
Amazaspın dəstəsinin Quba şəhərinə gəlişi bizim üçün gözlənilməz oldu. Bir gün şəhərin hər tərəfindən güllə səsləri eşidilməyə başladı və elə bu zaman çoxlu sayda qoşun dəstələri şəhərə soxuldular. Çaxnaşma düşdü. Kim bacardısa, qaçdı, lakin sakinlərin çoxu qaldı. Şəhərdə yalnız müsəlmanlar idi, çünki ruslar və ermənilər əvvəlcədən çıxıb getmişdilər. Hamı öz evində gizləndi. Mən də evdə gizlənmişdim. Şəhərdə qətllər və qarətlər baş verirdi. Mən şəxsən qətl və qarətləri görməmişəm, amma çoxlu sayda kişi, qadın və uşaq meyitləri görmüşəm. Bir çox meyitlər xəncərlərlə eybəcər hala salınmışdı. Üçüncü gün tüfəng və xəncərlə silahlanmış ermənilər mənim evimə gəldilər və məni küçəyə çıxardılar. Onlar məni digər müsəlmanlarla birlikdə şəhərin içi ilə apardılar. Bizi artıq xeyli adamın yığışdığı Molla Hacı Babanın evinin yanına gətirdilər. Mollanı çölə çıxardılar. Ermənilərin rəisi Amazasp – keçmiş Quba ermənisi Krikor (Qriqori) də onun yanında idi, – molladan erməni keşişinin harada olduğunu soruşmağa başladı.
Molla və biz cavab verdik ki, o, bu yaxınlarda bolşeviklərlə birlikdə şəhərdən çıxıb getmişdir, lakin indi harada olduğu bizə məlum deyil. Amazasp mollanı öldürməklə hədələdi. Mağazadan bir gürcü çıxdı və ermənilərə dedi ki, molla çoxlu erməni xilas edib. Ermənilər gürcüyə tərəf götürüldülər və onu öldürmək istədilər. Gürcü qaçdı və gizləndi. Axırda mollanı öldürmədilər və onu buraxdılar. Molla Amazaspdan xahiş etdi ki, öz əsgərlərinə qətl və qarətləri davam etmələrinə qadağa qoysun. Amazasp cavab verdi ki, bu qədər adamı dərhal dayandırmaq iqtidarında deyil. Amazasp elə oradaca toplaşmış adamlara nitqlə müraciət etdi. O dedi ki, onu bura ona görə göndəriblər ki, öldürdüyümüz ermənilərə görə bizim hamımızı məhv etsin, lakin o bizə rəhm etdi. O, buraya qayda yaratmağa gəlib və tələb edir ki, biz dinc yaşayaq və ermənilərin hakimiyyətini tanıyaq. Bundan sonra bizi evlərimizə buraxdılar.
Ermənilər doqquz gün qarətlər və qətllər törətdilər. Onlar şəhərdə bir çox evləri yandıraraq doqquzuncu gün çıxıb getdilər. Mən Amazaspın dəstəsində tanış ermənilərdən yalnız bayaq adını çəkdiyim tüfəng və xəncərlə silahlanmış Krikoru görmüşəm. Bizim şəhərdə bir neçə erməni evi yandırılıb, lakin əksəriyyəti salamat qalıb. Hamı deyir ki, ermənilər evlərini Amazaspın dəstəsi ilə çıxıb gedərkən özləri yandırıb. 1905-ci ildə bizim Qubada bir erməni də zərər çəkməmişdi.
Ermənilər məni son köynəyimə qədər soydular, yalnız əynimdəkilər qalıbdır. Ayrı-ayrı zorakılıq hallarını görməmişəm. Mənim qohum və yaxınlarımdan heç kim qətlə yetirilməyib. Eşitdiyimə görə, ermənilər xeyli müsəlman qızlarını zorlayıblar, lakin onların ad və soyadları mənə məlum deyildir. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 45
Sənəd № 60
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mir Ələkbər Mir Məmməd oğlu, 55 yaşlı, Quba şəhəri sakini, savadlı.
Bu il aprel ayında Qubaya burada qalmış erməniləri aparmaq üçün qoşun dəstəsi gəlmişdi. Dəstə burada bir neçə gün qaldı və
erməniləri də götürərək çıxıb getdi. Bundan sonra yalnız ermənilərdən
ibarət olan və Amazaspın başçılıq etdiyi başqa böyük dəstə gəldi.
Həmin dəstə şəhəri tutdu. Ermənilər sakinləri, kişi, qadın və uşaqları qətlə yetirməyə və qarət etməyə başladılar. Mən belə bir hadisə
bilirəm ki, ermənilər Məşədi Heybət Molla Məhəmməd Salah oğlunu, onun arvadını və bir neçə azyaşlı uşaqlarını, o cümlədən südəmər körpəni qətlə yetiriblər. Onlar evləri və mağazaları qarət edirdilər. Mənim yanıma bir neçə nəfər gəlmişdi. Mən onlara çay təklif etdim, onlar çay içib, sonra çıxıb getdilər, amma mənim gümüş saatımı gördükdə, onlara bağışlamağımı xahiş etdilər. Mən bağışladım. Onlar həmçinin xeyli ev yandırdılar. Gəldiklərinin beşinci günü, ermənilər bir az sakitləşdikdə, biz, nümayəndə kimi qətl və qarətlərə son qoyulması xahişi Amazaspın yanına yollandıq. O, meydanda toplaşmış camaatın yanına gələrək bildirdi ki, ona bizim hamımızı məhv etmək tapşırılmışdır, amma onun bizə rəhmi gəldi və qətllər dayandırılacaqdır. Amma baş verənlər labüd idi. Mən Amazaspın dəstəsində olan ermənilərdən heç kimi tanımıram və heç kimin adını çəkə bilmərəm. Məndən yalnız həmin saat gedib və ermənilər qardaşımın da gümüş saatını əlindən alıblar. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 46
Sənəd № 61
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Molla Yusif, mərsiyəxan, 60 yaşlı, Quba şəhəri sakini,
savadlı.
Aprel ayında bizə, Qubaya gürcü Gelovaninin başçılığı altında erməni, rus və yəhudilərdən ibarət olan qoşun dəstəsi gəldi. Dəstə öz qaydalarını bərqərar etdi və bolşevik idarə-üsulunu qurdu. Bir neçə gündən sonra ətraf kəndlərin ləzgiləri dəstə ilə atışmaya başladı. Mən ləzgilərdən qorxan dörd ermənini və üç rusu öz evimdə gizlətdim. Dəstə ləzgilərin təzyiqi altında çıxıb getməyi qərara aldı, amma bu zaman bütün evləri və həyətləri gəzdi və rus və erməniləri toplayaraq, özü ilə apardı. Geri çəkilərkən dəstədə olan ermənilər, ləzgilərə toplardan və pulemyotlardan cavab atəşləri açaraq, bir neçə ictimai binanı yandırdılar. Dəstə gedəndən on gün, ya daha çox, sonra biz eşitdik ki, şəhərimizin üstünə Amazaspın başçılığı ilə yalnız ermənilərdən ibarət olan yaxşı təlim keçmiş və təşkil edilmiş əsgərlərin böyük dəstəsi gəlir və dəstə gecələmək üçün şəhərin 5 verstliyində dayanıbdır. Biz yığışdıq və onların qarşısına duz-çörəklə nümayəndə heyəti göndərmək qərarına gəldik. Amma bunu etmədik, çünki, öyrəndik ki, Dəvəçi Bazar və Qızıl Burun kəndləri ermənilərin qarşısına duz-çörəklə on beş nəfərdən ibarət nümayəndə göndərib, lakin ermənilər duzçörəyi qəbul etməyiblər və elçilərin hamısını öldürüblər. Buna görə də biz gözləmək qərarına gəldik. Ertəsi gün ermənilər böyük dəstələrlə şəhərə daxil oldular və heç bir səbəb olmadan şəhərin bütün müsəlman əhalisinə qarşı zorakılıqlar törətməyə başladılar: küçəyə çıxanların hamısını öldürür, evlərə soxulur, sakinlərin dinini təhqir edir, pullarını, qızıllarını, qiymətli əşyalarını əllərindən alır və sonra bütün ailəni qətlə yetirirdilər, bununla yanaşı çoxlarına işgəncə verir və incidir, ərləri və ataları öldürür, arvadları və qızları zorlayır, kişilərə özləri üçün gənc və gözəl qadın və qızları gətirməyi əmr edirdilər. Belə əmr mənə də verilmişdi. Mən yerinə yetirmədim. Buna görə məni təhqir etdilər və az qaldı ki, öldürələr. İkinci gün evləri yandırmağa başladılar. Biz üç gün belə bir dəhşətli vəziyyətdə qaldıq. Yalnız dördüncü gün erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə çıxmağa və cəsədləri dəfn etməyə çağırdılar. Çoxları bu çağırışa çıxdı, lakin daha evə qayıtmadı, çünki onların hamısı ermənilər tərəfindən güllələnmişdilər.
Biz hamımız yenidən gizləndik. Cəsədlər ermənilər gedənə qədər küçələrdə qaldı. Qətlə yetirilənlərin əksəriyyəti qadınlar və uşaqlar
idi. Bir çoxlarının başları kəsilmişdi. Mən xəncərlərlə doğranmış çoxlu qadın meyitləri görmüşdüm. Ayrı-ayrı zorakılıq hadisələrindən mənə aşağıdakılar məlumdur: Məşədi Heybətin bütün ailəsini qırıblar; Əli Axund oğlunun arvadını və oğlunu öldürüblər və onları elə həyətlərində basdırıblar; ermənilər Əli Paşa Kərbəlayı Məhərrəm oğluna onlar üçün pul və bir neçə qız gətirməyi əmr etdilər və bu əmri yerinə yetirmədiyinə görə, onun gözlərinin qarşısında oğlunu süngülərlə dəlik-deşik etdilər, həm də, gözlərini, sifətini və qarnını deşirdilər, onun özünü isə yalnız döydülər; Kərbəlayı Məşədi Tağının özünü və 14 nəfərdən ibarət ailəsinin hamısını qətlə yetirdilər, yalnız yaralı bir uşaq ölülərin cəsədləri arasında gizləndiyi üçün sağ qalmışdı. Doqquzuncu gün biz nümayəndələrimizi Amazaspın yanına onun dinc sakinləri qətlə yetirməkdə və qarət etməkdə davam edən adamlarından şikayətə göndərdik. Amazasp bizə meydanda toplaşmağı tapşırdı və öz qərargahından bizim yanımıza gəldi. Biz müsəlmanların önündə Molla Hacı Baba Axundzadə durmuşdu. Amazasp əlini ona uzatdı, lakin Axund əlini geri çəkərək, onu belə sözlərlə qarşıladı: “Bu hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və soyğunçusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu qədər insanı öldürdünüz və öldürməkdə davam edirsiniz?” Amazasp buna belə cavab verdi: “Bizə sizlər və türklər tərəfindən öldürülmüş qardaşlarımıza – ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şah Dağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək və evlərinizi yerlə yeksan etmək əmri verilmişdir.” Amma mən sizə rəhm etdim. Bağışla, molla, müharibə vaxtı belə hallar qaçılmazdır”.
Elə həmin gün ermənilər şəhərdən çıxıb getdilər. Əlavə etməliyəm ki, Amazasp nitq söylədiyi vaxt bir neçə erməni Dəmirçi Məmməd Əlinin evinə - ərinin və atasının ölümünə ağlayan dul arvadın və qızın yanına - soxularaq onun qızını zorlayırdılar. Qışqırtı qopdu. Təcavüzkarlar gizləndilər. Amazasp onların axtarılıb tapılmasını əmr etdi. Mən Amazaspın dəstəsində silahlı Quba erməniləri Arutyunu, Karomezin oğlunu öz oğlu ilə, və Quba hadisələrindən bir neçə ay əvvəl öz mülkünü satmış Qriqorinin oğlunu gördüm. Həmin bu Qriqori müsəlmanlara deyirdi: “Biz evlərimizi sizə satdıq, bəs siz kimə satacaqsınız?” Mənim on beş min rubl məbləğində olan bütün əmlakım qarət edilmişdir. Bundan başqa deməyə sözüm yoxdur. Əlavə etməliyəm ki, Dəmirçi Məmməd Əlinin zorlanmış qızı öldü.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 47-49
Sənəd № 62
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Durna Məşədi Talıb qızı, Cəfər Qulunun dul qadını, 30 yaşlı,
savadsız.
Mənim ərim Cəfər Qulu öz əcəli ilə artıq çoxdan vəfat edib. Ermənilər mənim özümə heç bir xətər yetirməyiblər və məni yaralamayıblar, yalnız ev əşyalarımı götürüblər. Amma mənim anam Səlbanı, qardaşım Səfər Əlini və iki qonşumu – ata və oğulu tüfənglə qətlə yetiriblər. Ermənilər deyirdilər ki, onları erməniləri öldürdüklərinə görə qətlə yetirirlər. Onlar mənim əşyalarımı götürüblər və 6 min dəyərində bağımı qırıb-töküblər. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Savadsız.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 52
Sənəd № 63
Dindirmə protokolu
1918-ci il. 18 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Paşa Turab oğlu, 45 yaşlı, Quba şəhəri sakini,
savadsız.
Biz eşitdik ki, Quba şəhərinə erməni dəstələri gəlir. Mən və bir çoxları buna xüsusi əhəmiyyət vermədik, çünki ermənilərlə heç bir işimiz olmamışdı və həm də hesab edirdik ki, onlar az sayda, təxminən 40 nəfər gələr. Bir gün səhər 8-də, qəfildən şəhərin ətrafında güllə səsləri eşidildi, şəhərə çoxlu sayda silahlı erməni doldu və heç bir səbəb olmadan və xəbərdarlıq etmədən müsəlman kişi, qadın və uşaqları qətlə yetirməyə başladılar. Küçəyə çıxan hər kəs öldürülürdü; evlərə soxulur, qarət edir və öldürürdülər; ertəsi gün evləri yandırmağa başladılar. Mənim gözümün qabağına Dəmirçi Məşədi Əlini arvadı ilə birlikdə öldürdülər; mənim qohumlarımdan qaynım Məşədi Musa Zeynal oğlunu, əmioğlum Məmməd Əlini və onun oğlu Cabbarı qətlə yetirdilər. Mən evdən dördüncü və beşinci günlər, meyitləri dəfn etməyə icazə verdikləri gün çıxdım. Mən 200-ə yaxın meyit görmüşəm, amma bu meyitlərin üzərilərində işgəncə izlərini görməmişəm. Qətlə yetirilmiş qadınların meyitlərini yalnız evlərdə görmüşəm, küçələrdə görməmişəm. Ermənilərin sözlərinə görə, onların dəstəsində üç minə yaxın adam var idi. Dəstə yalnız ermənilərdən ibarət idi. Deyirdilər ki, dəstədə yəhudilər də var, həm gəlmə, həm də yerli, amma mən onları görməmişəm. Ümumiyyətlə dəstədə tanış erməniləri də görməmişəm, amma eşitmişəm ki, dəstədə Quba erməniləri Qriqorinin oğlu Vartan, Arutyun olublar. Dəstənin başında Amazasp dururdu. 9-cu gün Amazasp məscidin qarşısındakı meydana yığdığı müsəlmanların qarşısında nitq söylədi. O dedi ki, ona müsəlmanların hamısını qırmaq əmri verilmişdi, amma onlara rəhmi gəlib. Qubada baş verənlərə görə isə o, təqsirkar deyil, çünki burada öldürülən qardaşlarına və erməni keşişinə görə qisas alan erməniləri saxlamaq iqtidarında deyildi. Axund Molla Hacı Baba Amazaspın üzünə dedi ki, ermənilər bolşevik deyillər, onlar qatil və quldurdur. 9-cu gün ermənilər Qubadan çıxıb getdilər. Ermənilər mənim 1200 rubl nağd pulumu və 1000 rubl məbləğində əşyalarımı aparıblar. Əlavə göstərə biləcəyim heç nə yoxdur.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 53
Sənəd № 64
Dindirmə protokolu
1918-ci il. 18 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Əhməd Əli Murad oğlu, 50 yaşlı, Quba şəhəri sakini, savadsız.
Gelovani adlı birisi 150 nəfərədək qoşun dəstəsi ilə Quba şəhərinə gəldi və bizi bolşeviklərin hakimiyyətinə tabe etdi. Şəhərdə sakitlik idi, nə qətllər, nə də qarətlər var idi. Beşinci gün ləzgilər şəhəri mühasirəyə aldılar və dəstəni şəhərdən qovub çıxarmaq üçün onunla atışmaya girdilər. Dəstəyə Xaçmazdan 40 nəfərlik başqa bir dəstə köməyə gəldi və atışma başlandı. Nəticədə, onlar şəhəri tərk etməyi qərara aldılar. Şəhərdə olan bütün erməniləri və rusları topladılar və onlarla birlikdə Xaçmaz istiqamətində çıxıb getdilər. Təxminən on gündən, ya daha çox, sonra bizim şəhərə daha çox sayda, yalnız ermənilərdən ibarət olan və Amazaspın başçılıq etdiyi dəstə gəldi. Ermənilər güllə ata-ata şəhərə girdilər və heç bir səbəb və xəbərdarlıq olmadan sakinləri qırmağa, soymağa və zorlamağa başladılar. Evlərə soxulur, ölümlə hədələyərək pul və qızıl tələb edirdilər və bütün qiymətli əşyaları zor gücünə götürürdülər. Mən, Məmməd Əli Dəmirçi, Rza Heybət oğlu, bir fars39 və fəhlə Məmməd Əli arvadları ilə Nasir Hacı Məcid oğlunun evində gizlənmişdik. Ertəsi gün oraya dörd erməni gəldi və qapını sındırmağa başladılar. Nasir qapını açdı. Onlar içəri girən kimi bizdən pul tələb
etməyə başladılar. Nasir 150 manat verdi, mən də 125 manat verdim.
Məmməd Əli pulu olmadığını dedikdə, ermənilərdən biri xəncəri onun qarnına soxdu və o, yerə yıxıldı, iranlının xəncərlə boğazını üzdülər, Rza Heybət oğlunun qolunu kəsdilər, fəhlə Məmməd Əlinin isə başını yardılar. Məmməd Əli və iranlı yerindəcə öldülər, iki nəfər isə bir neçə gün sonra aldıqları yaralardan öldülər. Onlarla qurtardıqdan sonra ermənilər məndən qızıl tələb etdilər. Məndə qızıl olmadığını dedikdə, bir erməni xəncərini mənim üstümə qaldırdı və məni vurmaq istədi, lakin xəncər qapıya dəydi və mən qadınlara tərəf qaçdım. Burada mən arvadımın qızıl zinət əşyalarını götürərək erməniyə verdim. Ermənilər getməyə hazırlaşdıqları zaman başqa erməni dəstəsi gəldi və onlar da pul və qızıl tələb etməyə başladılar, lakin biləndə ki, yoldaşları hər şeyimizi əlimizdən alıblar, onlarla birlikdə çıxıb getdilər. Dördüncü gün bizi yığıb məscidə apardırlar ki, onların başçısı Amazasp bura gələcək. Lakin o, gəlmədi, və ancaq beşinci gün Axund Molla Hacı Babanın yanına gəldi. Onlar əl verib görüşdülər, hərçənd Axund əlini könülsüz uzatdı. Axund Amazaspı məzəmmət etməyə başladı ki, ermənilər bu qədər çox müsəlmanı qətlə yetiriblər, cürbəcür zorakılıq və yanğınlar törədirlər və onları qarətçi və quldur adlandırdı və dedi ki, onlar əsla bolşevik deyillər, çünki bolşeviklər həyatı bəxş edirlər, onlar isə əksinə, alırlar. Amazasp özünə bəraət qazandırmağa başladı və dedi ki, ona bütün qubalıları məhv etmək, şəhəri isə, Şirvanda (Şamaxıda) olduğu kimi, tamamilə yandırmaq tapşırılmışdı, amma o bizə rəhm etdi, və qətlləri dayandıracağına söz verdi. Lakin qətllər davam edirdi.
Ermənilər qarət etdiklərinin hamısını arabalara doldurdular və harasa göndərdilər. Bir dəfə ermənilər məni küçədə saxladılar və qarət etmək istədilər, mən dəstədə olan yerli erməni Yaqubun yanımdan keçdiyini görərək, ondan məni müdafiə etməsini xahiş etdim. O ermənilərin üstünə qışqırdı, və onlar məni buraxdılar, amma o, uzaqlaşan kimi məni soydular. Ermənilər xeyli adam öldürüb, küllü miqdarda pul və qiymətli şeylər, habelə mal və ev əşyalarını qarət etdilər, xeyli ev yandırdılar və doqquzuncu gün çıxıb getdilər. Mən küçələrdə əlləri və burunları kəsilmiş kişi meyitlərini görmüşəm. Amazaspın dəstəsində adını çəkdiyim Yaqubdan başqa Quba ermənilərindən Qriqorinin oğlu Vartanı, bərbər Cavadı, Mirzə Əmircanovu (onun tüfəngi yox idi), Arutyunu, Mirzəcanın qaynını görmüşəm. Ermənilər, dediyim 192 misqal qızıl və pullarımdan başqa, mənim 2000 rubl məbləğində ev əşyalarımı qarət ediblər. Əlavə daha heç nə deyə bilmirəm.
Oxundu. Savadsız.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 54-55
Sənəd № 65
Dindirmə protokolu
1918-ci il. 19 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu, 7 yaşlı, savadsız.
Ermənilər şəhərə gələndə biz bütün qohumlarımızla birgə Sitarə nənəmin bağında gizləndik. Oraya 15-ə yaxın tüfənglərlə və xəncərlərlə silahlanmış erməni gəldi və bizim hamımıza atəş açmağa, süngülərlə deşməyə və xəncərlərlə doğramağa başladılar. Bu qayda ilə onlar Sitarə nənəni, Hacı Ağa babanı, mənim atamı, bacımı, körpə Soltan Nisəni, dördyaşlı qardaşımı, südəmər körpə Məmməd Paşanı, Heybət əmini, onun beş yaşlı oğlu Qasımı, Əli Mərdan dayını, Ağa Baba əmini, Cəmilə xalanı öldürdülər. Anam sinəsindən yaralanmışdı, amma sağ qaldı. Məni xəncərlə sol çiynimdən vurdular və mən meyitlərin arasına yıxılaraq özümü ölülüyə vurdum. Mən meyitlərin arasında beş gün uzanaraq qaldım, lakin meyitlər iylənməyə başladıqda artıq dözə bilmədim, küçəyə çıxdım və qonşumuz Hacı Məmməd Tağıgilə getdim. Anam meyitlərin arasında dörd gün qalmışdı. O mənim sağ olduğumu bilmirdi və dördüncü gün tək çıxıb getmişdi. Mən ermənilərin meyitləri neçə axtardıqlarını görməmişdim, amma sonradan astarı çevrilmiş cibləri və yaxaları açılmış köynəkləri gördüm. Bizim evimizdən hər şey oğurlanmışdı. Mənim atam bərbər idi və biz onun qazancı ilə dolanırdıq, indi anamla mənim yaşamaq üçün heç bir vəsaitimiz yoxdur, indi biz yalnız yeganə eşşəyimizin hesabına dolanırıq. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 58-58 digər üzü.
Sənəd № 66
Dindirmə protokolu
1918-ci il. 19 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zəhra Yusif qızı, 20 yaşlı, Quba şəhəri sakini, savadsız.
Mən indicə dindirdiyiniz uşağın, İsmayıl Kərbəlayı Məmməd Tağı oğlunun doğma anasıyam. Quba şəhəri hələ ermənilər tərəfindən tutulmamışdan qabaq, biz, dörd ailə, bütün daşınan əmlakımızı götürərək, atam Yusifin bağına köçdük və orada yaşayırdıq. Ermənilər şəhəri tutandan sonra bizə tüfəng və xəncərlərlə silahlanmış 15-ə yaxın adam gəldi və heç bir səbəb olmadan və xəbərdarlıq etmədən dərhal mənim atamı, ərimi, iki qardaşımı və Heybət dayını qətlə yetirdilər, mənim oğlum İsmayılı da xəncərlə çiynindən vurdular və o, ölü kimi meyitlərin arasına yıxıldı. Sonra ermənilər bizi, qadınları toplayaraq həyətə çıxardılar və erməni qadınların harada gizlədildiyini soruşmağa başladılar. Biz cavab verdik ki, bilmirik. Onda ermənilər bizim dinimizi söyməyə və bizi öldürməyə başladılar. Mənə tüfəngdən atəş açdılar. Güllə qucağımdakı uşağa və mənim sinəmə dəydi. Mən artıq ölmüş körpə ilə yerə yıxıldım. Sonra məni süngü ilə sinəmə vurdular. Öldüyümü düşünərək, məni xəndəyə atdılar və üstümü çör-çöplə örtdülər.
Dördüncü gün mən oradan çıxdım. Anam, xalam, kiçik qardaşım Hacı Ağa, Heybətin beş yaşlı oğlu Həsən Ağa qətlə yetirilmişdilər. Oğlum İsmayıl sağ qalmış və 5-ci gün yaralı halda qonşuya getmişdir. Ermənilər evdən bütün qiymətli əşyaları və gümüş qadın bəzək şeylərini, habelə atamın buğdasını aparmışdılar. Ermənilər mənə ümumilikdə beş min rubl məbləğində ziyan vurmuşlar. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 59.
Sənəd № 67
Protokol
1918-ci il, 19 dekabr, Quba şəhəri
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski şahidlər Əyyub bəy Xanbudaqovun və polis Məmmədov Yusif Hacı Əli Nağı oğlunun iştirakı ilə, Quba polisi həkimi cənab Levinin vasitəsilə zərərçəkənləri – İsmayıl Kərbəlayı Məmməd Tağı oğlunu və Zəhra Yusif qızını, onlara yetirilmiş xəsarətlərin xarakter və dərəcəsinin müəyyən edilməsi məqsədilə müayinə etmişdir və bununla müəyyən edilmişdir ki:
1) İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu. Müayinə edilənin üzdən 7-8 yaşı var, dərialtı piy qatı ortadır, bədən quruluşu və qidalanması normaldır, sol çiyin qurşağında 7 santimetr uzunluğunda, əyri formada, sol körpücük sümüyündən sol çiyin sümüyünün kəlləsinə doğru gedən çapıq var. Əzələ qatı sol əlin sərbəst hərəkət etdirilməsinə mane olacaq dərəcədə zədələnməmişdir. Sol budunun daxili səthində, noxud dənəsi boyda, iri formada üzdən olan kiçik yara çapığı var. Digər zədələr yoxdur. Səhhətinin ümumi vəziyyəti qənaətbəxşdir.
2) Zəhra Yusif qızı. Müayinə edilənin üzdən təxminən 20 yaşı var, bədən quruluşu və qidalanması ortadır. Döş ətinin sağ tərəfində gözə çarpan iri formada təqribən düz, 11\2 sm. böyüklüyündə iki iri formada kəsik var, onlardan biri dərialtı qata bitişmişdir. Sinəsinin sol tərəfində düzgün olmayan dördkünc formada, hərəkətli, eni 21\2 sm. və boyu 2 sm. olan yara yeri var. Bu yaradan bir santimetrlik məsafədə bayır tərəfdən daha böyük ölçüdə düzgün olmayan, yüngül hərəkətli, 5 sm. enində və 21\2 sm. böyüklüyündə digər kəsik yeri var. Digər zədələr yoxdur. Səhhətinin ümumi vəziyyəti qənaətbəxşdir.
3) Kərbəlayı Abuzər Məstan oğlu. Müayinə edilənin üzdən 60 yaşı var, bədən quruluşu və qidalanması ortadır. Sol baldırının ön səthində dəyirmi formada, noxud boyda yara var. Digər zədələr yoxdur.
Ekspert: Doktor İ.Levi (imza)
Şahidlər: Yusif Məmmədov, Ə.Xanbudaqov (imzalar)
Komissiyanın üzvü А.Novatski (imza)
Rəy:
1. İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu. Sol çiyin ətində iti kəsici silah ilə vurulmuş yaradır, yara əzələ qatını zədələmədiyi və əl hərəkətləri sərbəst və ağrısız olduğu üçün vurulmuş zədələr yüngül dərəcəyə aiddir. Ona digər yara ucu şiş deşici silahla vurulmuşdur və xarakterinə görə o da yüngül dərəcəyə aiddir.
2. Zəhra Yusif qızı. Ucu şiş deşici silahla iki yara almışdır, yüngül zədə dərəcələrinə aiddir. Üçüncü və dördüncü yaralar odlu silahdan atılmış güllə yarasından yaranmışdır, həm də güllə, öz birbaşa istiqamətini dəyişərək, dəri qatına bir qədər qövs şəklində keçmişdir. Bu zədələr də vəziyyətinə görə yüngül dərəcələrə aiddir.
3. Kərbəlayı Abuzər Məstan oğlu. Əhəmiyyətsiz üzdən yara güllənin dərini sürtüb keçməsindən əmələ gəlmişdir. Yara yüngüldür.
Doktor İ.Levi (imza)
Vərəqin arxa tərəfindəki qeyd:
Ərizə.
Yuxarıda adları çəkilənlərin müayinə edilməsinə görə mənə 20 rubl məbləğində zəhmət haqqı verməyinizi xahiş edirəm.
İ.Levi (imza)
Yazı.
19 dekabr 1918-ci il tarixində Fövqəladə Təhqiqat Komissiyasının üzvü cənab Novatskidən 20 rubl (iyirmi rubl) aldım.
İ.Levi (imza).
AR DA, f. 1061, s. 1, iş 96, v. 60-61
Sənəd № 68
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
Knyaz David Aleksandroviç Gelovani, 30 yaşım var, müvəqqəti
olaraq Quba şəhərində yaşayıram, mənim daimi ünvanım: Bakı şəhəri, Nəcəf Əmircanovun kontoru, Pravoslav Kilsəsinin qarşısında.
Mən əqidəmə görə sosial-demokrat – menşevikəm. Mən öz siyasi baxışlarıma görə katorqa işlərinə sürgün edilmişdim. Çevrilişdən sonra azad edilmişəm və Moskvada tibb fakültəsində oxuyurdum.
1918-ci ilin əvvəlində qohumlarımı ziyarət etmək üçün Qafqaza gəlmişdim. Rusiyaya qayıtmaq istədikdə, Qudermes hadisələrindən sonra dəmiryolu hərəkəti dayandırılmış oldu. Mən Bakıya gəldim, işsiz qalmışdım. O zaman orda hakimiyyət bolşeviklərin əlində idi. Onların başçılarından Caparidze adlı birisi mənə milis müfəttişi vəzifəsini təklif etdi. Mən razılaşdım və İcraiyyə komitəsi tərəfindən bu vəzifəyə təyin edildim. Bakıda mart hadisələrindən sonra mənə dəmir yolunun Qudermes stansiyasına qədər düzgün hərəkətini bərpa etmək tapşırılmışdı. Mən arxamla gələn əsgər eşelonu ilə parovozda irəli yollandım. Yol boyu eşelonun yaxınlaşdığını görən müsəlman əhalisi kəndləri tərk edir və qaçırdılar. Mən müsəlmanları saxlayır və yerlərində qalmaları üçün dilə tuturdum, çünki onları heç bir təhlükə gözləmirdi.
Mənim eşelonum rus və ermənilərdən ibarət idi, amma yarıdan çoxunu ermənilər təşkil edirdi. Dəstədə iki min nəfərə yaxın adam var idi. Biz Xaçmaz stansiyasına gəlib çatdıqda, bizim qatara minmiş hansısa iki erməni burada, stansiyanın yaxınlığındakı meşədə, köhnə Xaçmazın olduğu yerdə 120-yə yaxın kişi, qadın və uşaq meyitlərini aşkar etdilər, meyitlər arasında rus tiplilər də var idi, amma əksəriyyəti ermənilər idi. Mən həmin yerə getmişdim və meyitləri görmüşəm, lakin hal-hazırda bu yeri göstərə bilmərəm. Eşelon bu xəbərdən hiddətlənmişdi və həyəcanlanmağa başlamışdı. Eşelon Quba şəhərinə getmək və bu hadisəyə görə onu dağıtmaq istəyirdi, çünki eşelonun məlumatına görə, bu adamlar Şıxlar bəyləri tərəfindən öldürülmüşdü. Mən eşelonun çətinliklə saxlayırdım. Mənim və komissarların təsiri altında, həmçinin qubalıların danışıqlar aparmaq üçün Qubadan nümayəndə heyəti göndərməsi haqqında alınan telefon məlumatı nəticəsində, eşelon Qubaya getmək niyyətindən daşındı. Eşelon məni, neytral şəxs kimi, qubalıların 2 saat ərzində bolşevik hakimiyyətinə tabe olması ultimatumu ilə Qubaya göndərməyi qərara aldı. Üç nəfərdən ibarət nümayəndə heyəti gəlib çıxdı və bildirdi ki, qubalılar bolşeviklərin hakimiyyətini tanıyır və onları dəstəkləyəcəklər. Sonra özünü qətiyyətlə bolşevik adlandıran başqa nümayəndə heyəti gəldi. Mən Quba şəhərinə gəldim və qubalılara təklif etdim ki, mənə iki saat ərzində cavab versinlər: sovet hakimiyyətinə tabe olurlar ya yox, və onlara dedim ki, rədd cavabının nəticələrinə görə cavabdeh deyiləm. Qubalılar bir neçə nümayəndə seçdilər və onlar, bolşevizm
ideyalarının Şəriətə40 zidd olmadığı barədə sünni və şiə məzhəblərinin
dini rəhbərlərindən təsdiq aldıqdan sonra, Sovet hakimiyyətinə tabe
olduqlarını bildirdilər. Mən Quba nümayəndələrini ümumi şəkildə
bolşevizm ideyaları ilə tanış etdim. Mən bu barədə Xaçmazdakı
eşelonların komissarlarına məlumat verdim. Mən bir müddət Qubada qaldım. Qubalılar məndən Qubaya əsgər dəstəsinin göndərilməsini
xahiş etdilər, çünki, burada onların mübarizə apara bilmədikləri insanlara qarşı güc lazım idi. Əsgər dəstəsinin göndərilməsini xahiş edən
həmin qubalıların adları və soyadları mənim yadımda deyil, yalnız Kiragər adlı birisinin adını xatırlayıram, soyadını bilmirəm. Mən Bakıya teleqram vurdum ki, qubalılar qayda-qanun yaradılması üçün Qubaya əsgər dəstəsinin göndərilməsini xahiş edirlər. Mənə cavab verdilər ki, dəstə göndərilmişdir. Mən dəstəni qarşılamaq üçün Xaçmaza getdim və onunla birlikdə Qubaya qayıtdım. Dəstədə 187 nəfər, 12 erməni, bir neçə yəhudi, qalanları rus və iki pulemyot var idi. Dəstənin komandiri adını unutduğum bir erməni idi. Mən bu dəstə komandirini dəfələrlə
fitnəkar çıxışlardan çəkindirməli olurdum. Pulemyot komandasının rəisi kapitan Kubitski idi, o, hal-hazırda Petrovsk şəhərində polis nahiyəsində xidmət edir. Cox keçmədən bizim dəstənin üzərinə ləzgilər və ətrafdakı müsəlmanlar hücum etdilər. Qubalılar bizə hücum etməmişdilər. Xaçmazdan bizim köməyimizə Poruçik Ağacanyanın başçılığı altında yalnız ermənilərdən ibarət olan 150 nəfərlik dəstə iki topla gəldi. Ertəsi gün o, Qubanın bütün xristian əhalisini, əsasən də erməniləri, Qubadan çıxarmaq üçün bir yerə topladı.
Biz geri çəkilməyə başladıq. Mən dəstə ilə qabaqda gedirdim. Onun əsgərləri qaçqınları ataraq qaçırdılar. Qeyd etməliyəm ki, qaçqınlar erməni əsgərlərdən xahiş edirdilər ki, ləzgilərə atəş açmasınlar. Qaçqınların bir hissəsini mənim dəstəm apardı, qalan hissəsi isə Leontyev bağının yanında qaldı və ləzgilər onları öldürdülər. Mən döyüşün birinci günü əlimdən yaralanmışdım. Biz Xaçmaza getdik və oradan Dərbəndə yollandıq. Bir neçə gündən sonra Hərbi komissar Korqanov Amazaspın başçılıq etdiyi təxminən 2 min nəfərlik cəza dəstəsini Qubaya göndərdi. Caparidze mənim keçmiş köməkçim, qubalı Mir Cəfər Bağırovun imzaladığı teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onların xilas edilməsi üçün təcili olaraq mənim Qubaya gəlməyimi xahiş edirdilər, çünki Amazasp hər yeri yandırır və hamını öldürür. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən razılaşdım və geniş səlahiyyətlər alaraq Qubaya gəldim. Mən burada törətdiklərinə görə Amazaspı danladım. O və dəstənin komissarı Velunts mənə cavab verdilər ki, şəhəri öz aralarında müharibəyə başlamış sünni41 və şiələr42 yandırmış və bir-birini qırıb tökmüşlər. Mən onlara inanmadım və Amazaspa öz dəstəsi ilə Qubadan çıxıb getməyi təklif etdim. O əvvəlcə tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və həqiqətən, burada olduğu doqquzuncu gün bütün dəstəsi ilə çıxıb getdi. Onun ardınca mən də çıxıb getdim. Əlavə etməliyəm ki, Amazaspın dəstəsi Xaçmaza gedən yolda 35 nəfər arabaçını qətlə yetirmişdi. Onlardan beş nəfərin meyitini mən şəxsən özüm görmüşəm.
Oxundu. İmza. Gelovani.
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 62-65
Sənəd № 69
Dindirmə protokolu
1918-ci il. 24 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
David Aleksandroviç Gelovani (əlavə olaraq)
Əlavə olaraq göstərirəm ki, mən yığıncağa (məclisə) Qubanın nümayəndələri ilə birlikdə ruhani şəxslər olan Hacı Baba Axundzadəni şiə məzhəbinin nümayəndəsi kimi və Əbdürrəhman Əfəndi İmamı isə sünni məzhəbinin nümayəndəsi kimi dəvət etmişdim. Mən onlarınhər ikisini ümumi şəkildə bolşevizmin əsas ideyaları ilə tanış etdim və hər ikisi bolşevizm nəzəriyyəsinin şəriətə zidd olmadığı barədə fikir söylədilər. Bu zaman yığıncağın (məclisin) üzvü, hazırda Quba şəhərinin müstəntiqi, onlardan: “əgər biz iri mülkədarların torpaqlarını
əllərindən alsaq, buna şəriət nöqteyi-nəzərindən yol verilirmi?” – deyə soruşduqda, Əbdürrəhman Əfəndi bir az fikirləşdikdən sonra cavab verdi: “Şəriət zorakılığı qəbul etmir, amma əgər bu sülh yolu ilə baş verərsə, bu hətta yaxşı olardı, çünki, çoxlu torpağı olanlar başqalarını işləməyə məcbur edirlər və bununla da günaha batırlar. Hacı Baba Axund bu fikirlə razılaşdı. Onlar hər ikisi öz fikirlərini sərbəst, təzyiq və zorakılıq olmadan bildirirdilər.
Mən və Amazasp Quba şəhərindən geri çəkilərkən bizim dəstəmiz heç bir zorakılıq etməmiş, heç kimi öldürməmiş, evləri yandırmamışdır, haradasa aşağıda ev yanırdı, lakin o top mərmisindən alışmışdı. Mən iki gün ərzində ləzgilərə qarşı müqavimət göstərdim və onlara təslim olmadım, çünki, əvvəla zabit şərəfim buna yol vermirdi,ikincisi isə, mən təslim olmaq haqqında təklif almamışdım, əksinə, təslim olduqdan sonra dəstəm ilə birlikdə güllələnməyəcəyim haqda
hər hansı bir təminat olmadan, hədələyici təkliflər alırdım.
Amazaspın dəstəsində bir nəfər də olsun rus yox idi, sonuncu daşnaksakana qədər, hamısı ermənilər idi. Amazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan idi. Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqanovdan asılıdır. Quba şəhərinin bir neçə verstliyində olan Dəvəçi və Alpan kəndləri müsəlman kəndləri olduğu üçün Amazaspın dəstəsi tərəfindən od vurulub yandırılıb. Başqa cür izah edə bilmərəm.
İmza.
Komissiyanın üzvü: А.Novatski (imza).
AR DA, f. 1061, s. 1, iş 96, v. 118-119
Sənəd № 70
Dindirmə protokolu
1918-ci il. 24 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
Molla Şıx Hüseyn Axundzadə, 1-ci məhəllənin məhəllə mollası, Quba şəhəri sakini, 72 yaşlı.
Bu ilin aprel ayında yanında əsgər dəstəsi olan Gelovani adlı birisi Quba şəhərində Sovet hakimiyyətini və onun qaydalarını bərqərar edirdi. Yaxın kəndlərdən olan ləzgilər üsyan etdilər və Gelovanini dəstəsi ilə birlikdə qovdular. Bundan bir neçə gün sonra, may ayının 1-də Amazaspın başçılıq etdiyi və “Amazaspın cəza dəstəsi” adlı erməni dəstəsi Qubaya gəldi. Biz bu dəstənin yaxınlaşması haqqında eşitmişdik, və çoxları qaçırdı, mən də daxil olmaqla, çoxları ailələrini şəhərdən çıxarırdı, lakin əksəriyyəti qalmışdı, çünki əmin idilər ki, bu
hökumət qoşunlarıdır və əhaliyə qarşı zorakılıq tətbiq etməyəcəklər.
Amma, çox böyük səhv etmişdilər və bu onlara baha başa gəldi. Ermənilər hücuma başlayan kimi dərhal şəhəri toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutdular. Xeyli sayda kişi, qadın və uşaqlar
qətlə yetirildi. Küçələrdə tüfənglə atışma gedirdi, küçəyə çıxan və ya orda olan hər kəsi öldürürdülər. Mən öz evimdə tək oturmuşdum. Ətrafdan güllə, qışqırıq və inilti səsləri eşidirdim. Ermənilər evlərə soxulur və sakinləri öldürürdülər. Mən qonşuya qaçdım və orada gizləndim, burada artıq çoxlu adam var idi. Mən bir hadisə haqqında deyə bilərəm ki, ermənilər bir evdən 17 kişini küçəyə çıxarmış və güllələmişdilər. Bu qurbanlar arasında ata və oğul da var idi. Sonuncu bu hadisələrdən bir həftə əvvəl evlənmişdi. Ermənilər onu öldürmək istəyəndə, atası oğluna rəhm edilməsi və əvəzində onun özünün öldürülməsi xahişi ilə onlara pul təklif etdi. Ermənilər pulu aldılar, oğulu atanın gözü qarşısında
öldürdülər, sonra isə atanı öldürdülər. Ümumiyyətlə, ermənilərin vəhşiliklərinin həddi yox idi. Həmin məhəllədə 300-ə yaxın adam öldürülmüşdü. Onların çoxunu mən özüm dəfn etmişəm. Əksəriyyətinin meyitləri xəncərlərlə eybəcər hala salınmışdı: əlləri, burunları kəsilmiş, sifətləri çapılmışdı. Ermənilər yandırır və qarət edirdilər. Cəsədlər dörd gün küçələrdə, evlərdə və həyətlərdə qalmışdı. Meyitlərin çürüməsindən şəhəri dəhşətli üfunət iyi bürümüşdü. Dördüncü gün elə bil ki, sakitlik çökdü, hətta meyitləri basdırmağa başladılar. Mənə məlumdur ki, Molla Hacı Baba Axundzadənin əlində ermənilər tərəfindən təcavüzə məruz qalmış 78 müsəlman qızın siyahısı var. Valideynləri və qohumları bu bədbəxtləri gizlədirlər və başlarına gələn bu biabırçılığı heç kimə bildirmək istəmirlər. Bizdə adət belədir, düşüncə belədir. Molla Hacı Baba Bakı şəhərindədir, ünvanı mənə məlum deyil.
Molla Hacı Babanın evində, ora çoxlu müsəlmanın toplaşmışdı, bir erməni – Amazaspın Konstantinopoldan olan yoldaşı bizə dedi ki, onlar müsəlmanların çoxuna ona görə rəhm ediblər ki, Molla Hacı Baba çoxlu erməni qadınını xilas edib və hətta deyirdi ki, Şaumyan bütün müsəlmanları aman vermədən qırmağı əmr etmişdi, ancaq Molla Hacı Babanın xətrinə onlar bunu etmirlər. Bu erməninin adını bilmirəm. Məscidin qarşısında mən Quba ermənisi Arutyun Mirzəcanovla rastlaşdım, o mənə dedi ki, əgər ermənilər yüz qat artıq müsəlman öldürsələr belə, yenə də müsəlmanların ermənilərə etdiklərinə çata bilməzlər. Ondan başqa tanış ermənilərdən heç kimi görməmişəm. Mənim daşınan əmlakım oğurlanmayıb, iki qızımın əmlakı qarət edilib. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 115-116
Sənəd № 71
Dindirmə protokolu
1918-ci il. 27 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-siyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas bəy Bala bəy oğlu Həsənbəyov, 43 yaşlı. Savadlı, Bakışəhəri sakini, Çadrovaya və Persidskaya küçələrinin tini, ev. 109
Bakıda barışıq əldə edildikdən sonra, 23 mart 1918-ci il tarixdə mən 8 nəfərdən ibarət ailəmlə birlikdə Bakıdan Quba şəhərinə qaçdım. Biz səhər saat 10-da piyada evdən çıxdıq. Cənubi Qafqaz dəmir yoluna düşərkən şəhərlə Biləcəri arasında tüfənglərlə silahlanmış 10-dan çox erməni əsgəri “dayanın” - deyə qışqıraraq bizə hücum etdi. Bizimkilərdən bir neçəsi qaçmağa üz qoydu və əsgərlər onlara tərəf atış açdılar. Mən xəstə adam olduğum üçün qaça bilmədim və dayandım. Ailəm mənim ətrafıma yığıldı, ağlamağa başladı və əsgərlərdən məni öldürməməyi xahiş etdi. Mən əsgərlərə dedim ki, məni öldürə bilərsiniz, çünki mən onsuz da ölüyə tay bir adamam, amma yenə də ailəmi, yanımda gördüyünüz 8 nəfəri dolandırıram.
Erməni əsgərlər məni öldürmədilər, amma mənim paltomu, papağımı, kostyumumu, ayaqqabılarımı, oğlumun isə paltosunu və kostyumunu çıxardılar. Zərxara, ipək qadın paltarları ilə, qızıl, brilyantla dolu səbəti qarət etdilər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə etməyinizi xahiş edirəm. Ermənilər mənim arvadımın arxalığına tikilmiş 28 000 rubl pulu tapdılar. Qarət olunduqdan sonra biz Xırdalan istiqamətində irəlilədik, orda olanlar mənə məsləhət gördülər ki, Sumqayıta tərəf gedim, orada dağıstanlılar var və onlar bizə kömək
edərlər. Yolda mən fayton gördüm və onu Sumqayıta qədər 50 rubla kirayə etdim. Sumqayıt stansiyasında mən yol yoldaşım Kərim Turab oğluna rast gəldim, ondan 50 rubl borc aldım və faytonçunun pulunu ödədim. Sumqayıtdan Xaçmaza qədər bizi yük vaqonlarında apardılar. Bu, ertəsi gün, 24 martda, axşama yaxın baş vermişdi. Xaçmazdan
Qubaya qədər atlarla getdik. Mən ailəmi Qubada qoyaraq, geriyə, Bakıya qayıtdım. Qubada qanlı hadisələr mən olmadığım dövrdə, aprel ayında baş verib.
Bu il may ayının 15-də Bakıda mən Böyük Dəniz küçəsində qubalı erməni Artyom Avanesovla rastlaşdım. O mənə danışdı ki, Qubada cəza dəstəsinə rəhbərlik edərək qubalıları nişan verirmiş, məsələn, Hidayət Şükür oğlunu ermənilərin düşməni kimi göstərib; Artyom Avanesov danışırdı ki, təəssüf olsun ki, Hidayət özü ələ düşmədi, amma oğlu Musa ələ keçdi və ermənilər onu öldürdülər, Hidayətin arvadını isə zorladılar. A. Avanesov deyirdi ki, mən hətta Mirzə Qulunun, sizin qonşunun evini yandırmaq istəyirdim, amma sizin evinizə də zərər
dəyəcəkdi deyə, yandırmadım. Bu söhbətdən sonra mən bolşeviklərin qərargahında olan tanış qubalılarla birlikdə Qubaya getdim. Qubada müsəlmanlara tutulan qanlı divanın bütün təfərrüatlarını öyrəndim, qəbiristanlığı ziyarət etdim və orada 300-dən artıq yeni qəbir gördüm. Mənə deyirdilər ki, adamları 4-5, ya 2 nəfəri bir qəbirdə dəfn ediblər. Cəza dəstəsinə Amazasp başçılıq edib, şəhərdə isə yanğınlara Artyom Avanesov rəhbərlik edib. Bunu mənə bir çox şəxslər söyləyiblər. Kərbəlayı Əli Hüseyn, atasının adı yadımda deyil,
Məşədi Nəsir Əli oğlunun qohumu, şəxsən özü mənə danışdı ki, o qubalı bolşevik Bağırovun eyvanında Artyom Avanesova 600 rubl pul ödəyib ki, onun Qubanın ikinci məhəlləsindəki evini yandırmasınlar. Mən ermənilər tərəfdən qarətlərindən maya dəyərinə görə ümumi məbləği 55 945 rubl, indiki məzənnə ilə 100 03 rubl zərər çəkmişəm. Əşyaların siyahısını işə əlavə etməyinizi xahiş edirəm. May ayında Xaçmazdan Qubaya gedən yol boyu mən müsəlmanların cəsədlərini görmüşəm, onlar çaqqal və digər vəhşi heyvanlar tərəfindən gəmirilmiş halda yolun kənarındakı xəndəklərdə atılıb qalmışdılar. Quba şəhərinin 3-cü hissəsi daş qalağına çevrilib.
Oxundu. İmza. Abbas bəy Həsənbəyov.
Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski43,
A.Kluqe44 (imzalar)
ARPİİ SSA, f. 277, s. 2, i. 15, v. 83-84
Sənəd № 72
Dindirmə protokolu
1918-ci il. 29 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
Mən, Molla Hacı Baba Axundzadə, 60 yaşlı, daimi olaraq Quba şəhərində, müvəqqəti olaraq isə Bakı şəhərində Təzə Pir məscidinin yaxınlığında yaşayıram.
Mən Quba şəhərinin Axunduyam. Bu ilin aprel ayında Quba şəhərinə David Gelovaninin başçılığı altında bolşevik dəstəsi gəldi. Gelovani şəhərin nümayəndələrini yığıncağa topladı və məni və Əbdürrəhman Əfəndi İmamı da zorla oraya gətirdilər ki, biz də başqaları ilə birlikdə bolşevik hakimiyyətini tanıyaq. Biz qorxu altında bolşeviklərə tabe olduq, lakin, nə mən, nə də Əbdürrəhman Əfəndi İmam bolşevizm ideyasının Şəriətə zidd olmadığını iddia etməmişik. Gelovani bolşevik qaydalarını tətbiq etməyə
başladı. O, Qubaya gələn kimi, Quba həbsxanasına salınmış erməniləri, onlara qarşı heç bir təhlükə görmədiyi üçün, həbsxanadan buraxdı.
İş orasındadır ki, Bakı, Şamaxı şəhərlərində və Şamaxı qəzasında baş vermiş qanlı mart hadisələrindən sonra, fürsət düşən kimi varlanmağa can atan bəzi qarafikirli müsəlman şəxslər bu hadisələrdən də istifadə edərək Qubada yaşayan ermənilərə hücum etmiş və onları qarət etmişdilər. Ağıllı və tədbirli müsəlmanlar, ermənilərin həyatına görə narahat olduqlarından, ermənilərin hamısını bir yerə toplayaraq onları etibarlı mühafizə altında həbsxanada təcrid etdilər. Ermənilər cəmi 200 nəfərə yaxın idi. Onların arasında qadın və uşaqlar da var idi. Elə həmin erməniləri müsəlman tərəfindən heç bir təhlükə gözləmədiyi üçün Gelovani azad etmişdi. Bir neçə gün sonra ətraf kəndlərin ləzgiləri bolşevikləri Qubadan qovmaq qərarına gəldilər, şəhəri mühasirəyə aldılar və bolşeviklərlə atışmaya girdilər. Bolşeviklər şəhəri tərk etməli oldular. Onlar gedərkən şəhərdə olan və əksəriyyəti ermənilərdən ibarət bütün xristianları özləri ilə apardılar. Bu adamlardan bir hissəsi geri çəkilərkən öldürüldü, çünki atışma dayanmırdı. Bu hadisələrdən on gün sonra, may ayının 1-də yalnız ermənilərdən ibarət olan və adı məşhur Amazaspın başçılıq etdiyi toplarla və pulemyotlarla silahlanmış “cəza dəstəsi” ləzgilər tərəfindən öldürülmüş ermənilərə görə qubalıları cəzalandırmaq üçün Qubaya gəldi. Dəstə şəhərə gündüz girmişdi.
Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar, küçələrdə və meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, onlar evlərə və mağazalara yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalmışdı və çürüyürdü. Ermənilər azğınlaşmışdılar və bir neçə gün müsəlman qanı içməkdən doymurdular.
Dördüncü gün Amazasp məscidin qarşısındakı meydana gələrək orada yığılmış əhaliyə müraciət edəndə, onun çıxışından mənim yadımda yalnız o qaldı ki, Amazasp qubalılardan ləzgilərin öldürdüyü ermənilərin qisasını alır. Mən şəxsən Quba şəhərində törətdiyi vəhşiliklərə görə Amazaspın gözünün içinə baxaraq danladım. Amazasp və onun ətrafındakılardan heç kim deməmişdir ki, onlar bir çox müsəlmanlara mənim çoxlu erməni qadınlarını xilas etdiyimə görə rəhm etmişlər, çünki mən erməni qadınlarını xilas etməmişəm. Mənə yaxşı məlumdur ki, Qubada yüzdən çox qadın və qızlara qarşı təcavüz edilmişdir, lakin onların adlarını bilmirəm, çünki valideynləri və qohumları onları gizlədir: bizdə adət belədir, anlayış belədir. Mən Amazaspın dəstəsində Quba ermənisi qəssab Arutyunu görmüşəm, soyadını bilmirəm, və daima Amazaspın yanında idi, mən digərlərini də görmüşəm, amma onların adını və soyadlarını bilmirəm. Xatırlayıram ki, Amazasp öz nitqində belə dedi: “Mən buraya Şirvanda olduğu kimi, sizi məhv etməyə və sizin şəhərinizi yer üzündən silməyə gəlmişəm, amma sizə rəhm etdim”.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
Əlavə olaraq göstərirəm ki, Quba şəhərinin talan edilməsi zamanı Amazaspın dəstəsinin əsgərləri mənim mənzilimin qapı və pəncərələrini qıraraq, min rubl nağd pulumu və üç min rubl dəyərində əşyalarımı aparıblar. Qarətçilərin adını və soyadını deyə bilmərəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 113-114
2-ci hissə
Quba şəhəri sakinlərinə vurulmuş zərərlər haqqında sənədlər
Sənəd № 74
1 may 1918-ci il tarixində erməni milli alayının hücumu nəticəsində Quba şəhərinin 2-ci hissəsinin sakinlərinə dəyən zərərin
Siyahısı45
1. Hacı Cəfər Mirzəyev – daşınan və daşınmaz əmlak, ikimərtəbəli 15 otaqlı ev və hər birinin öz gözü olan 6 dükan –, 80 yaşlı qardaşım Məşədi Heybətin evi və digər avadanlığı talan
edilib, dəyən zərərin ümumi məbləği – 800.000 rubl.
2. Musa Əlirza Əsgərzadə (2-ci məhəllənin mollası) – ev, ev avadanlıqları və kitabxana (400 cild kitab ) yandırılıb, dəyən zərərin ümumi məbləği – 15.000 rubl.
3. Məşədi Əbdül Xaliq Kərbəlayı Hacı Qədir oğlu – ev, ev avadanlıqları – 200.000 rubl, içində 225.000 rubl dəyərində mal olan dükan və mağaza talan edilib.
4. Mirzə Asif Əlibaba oğlu, anası Xanım Turab qızı yaralanıb – ev avadanlıqları, iri mal-qara, ümumi dəyəri 10.000 rubl ərzaq məhsulu talan edilib.
5. Məmməd Rza Məmmədov – ev avadanlıqları, iribuynuzlu qaramal, dərzi dükanı alətlərlə birlikdə qarət edilib – ümumi məbləğ 20.000 rubl.
6. Məşədi Abbas Qulu Səməd oğlu – ev avadanlıqları və baqqal malı ilə birlikdə ev yandırılıb – 44.000 rubl.
7. Məşədi Hüseyn Qulu Sultanov – ev avadanlıqları ilə birlikdə ikimərtəbəli ev, anbarda 12 çetvert quru meyvə, 3 gözlü böyük mağaza və 1 qeyri-yaşayış evi – cəmi 1.500.000 rubl.
8. Hacı Hüseynin oğulları – Məmməd Hüseyn və Əli Asif – 2 ədəd ikimərtəbəli ev, anbardan dəyərində arşın malı və ərzaq məhsulu oğurlanmışdır, cəmi – 100.000 rubl.
9. Məşədi Allahqulu Həsənov – ev avadanlıqları, dərzi dükanı alətlərlə birlikdə, cəmi – 20.000 rubl.
10. Əli Hüseyn Məlik oğlu – nağd pul və ev avadanlıqları, ümumi dəyəri – 5000 rubl.
11. Hacı Molla İbrahim Axund – ev avadanlıqları və ərzaq məhsulları, ümumi dəyəri – 30.000 rubl.
12. Qulam Mehdi Qulu oğlu – baqqal malı, ev avadanlıqları və başqa geyim şeyləri, cəmi – 80.900 rubl.
13. Kərbəlayı Məmməd Tağı oğlu – özü süngü ilə öldürülüb, oğlu, başı arxaya burularaq öldürülüb, arvadı Fatimə öldürülüb, döşü kəsilib və qızı Çimnaz süngü ilə öldürülüb, ev avadanlığı talan edilib, dəymiş ziyanın məbləği – 15.000 rubl.
14. Əbdül Məcid Cəfər Qulu oğlu – ev avadanlığı, ərzaq məhsulları, nağd pul və emalatxanadan usta alətləri oğurlanıb, ziyanın ümumi dəyəri – 22.000 rubl.
15. Məşədi Əsgər və Hüseyn Qulu Əliyevlər – ev avadanlıqları və ərzaq məhsulları – 30.000 rubl.
16. Məşədi Əbdül Xaliq Kərbəlayı Süleyman oğlu – ev avadanlıqları, iri buynuzlu mal-qara, baqqal malı, nağd pul, cəmi – 45.000 rubl.
17. Həmid Kərbəlayı Məcid oğlu və qardaşları – ev avadanlıqları, nağd pul və başqa əşyalar, cəmi – 14.000 rubl.
18. Əhməd Məşədi Məmməd oğlu – baqqal malı – 33.300 rubl.
19. Əli Baba Şükür Paşa oğlu – ev avadanlıqları – 20.000 rubl.
20. Həmidulla bəy Hacı Cavad bəy oğlu – ev avadanlıqları – 20.000 rubl.
21. Abbas Hacı Muxtar oğlu – qardaşı Əli Hacı Muxtar oğlu öldürülüb – ev avadanlıqları və baqqal malı – 12.000 rubl.
22. Məşədi Hüseyn Ədil oğlu – ev avadanlıqları – 12.000 rubl.
23. Kərbəlayı Zeynal Abdin Hacı Məmməd Məhəmməd oğlu – dükan yandırılıb, ev avadanlıqları, nağd pulla birlikdə – 15.000 rubl.
24. Məşədi Məmməd Əli Hacı Hüseyn oğlu – öldürülüb – 2 evi yandırılıb, ev avadanlıqları – 1.200.000 rubl.
24. Əbdül Xaliq və qardaşları, Məşədi Məcidin oğulları – ev avadanlıqları, iri buynuzlu mal-qara, baqqal malı – 75.000 rubl.
26. Məşədi Həmidulla Qədir oğlu – ev avadanlıqları – 10.000 rubl.
27. Hacı Mir Kazım Mir Hüseyn – ev avadanlıqları, dəymiş ziyanın ümumi miqdarı – 1.000.000 rubl.
28. Məşədi Əli Kərbəlayı Abbas Qulu oğlu – nağd pullar və ev avadanlıqları – 27.000 rubl.
29. Hacı İbrahim Ələkbər oğlu – ev avadanlıqları – 30.000 rubl.
30. Məmməd Tağı və qardaşları, Hacı Mövsümün oğulları – ev avadanlıqları – 40.000 rubl.
31. Məşədi Heybət Mirzəyev – öldürülüb.
32. Heydər Mirzəyev – ev avadanlıqları – 5000 rubl.
33. Məşədi Hacı Ağa Həsənov – nağd pul – 5000 rubl.
34. Kərbəlayı Musa Mirzə Səid oğlu – baqqal malı – 15.000 rubl.
35. Hacı Hacıəli, oğulları və qardaşları – ev avadanlıqları – 60.300 rubl.
36. Süleyman bəy Əhməd bəy oğlu – ev avadanlıqları və başqa əşyalar – 100.900 rubl.
37. Molla Əli Heydər Səlim oğlu – ev avadanlıqları – 7800 rubl.
38. Kərbəlayı Həmzə Hacı Bağır oğlu – ev avadanlıqları, 100 ədəd iribuynuzlu mal-qara, baqqal malı – 90.300 rubl.
39. Hacı Abbas Qulu İsa oğlu – öldürülüb.
40. Məşədi Məmməd Hüseyn Abbas Qulu oğlu – ev, güzgü, ev avadanlıqları, baqqal malları, ümumi dəyər – 45.000 rubl.
41. Qasım Məşədi Ağa Bala oğlu – evi qarət olunub – 15.000 rubl.
42. Əli Paşa İsmayıl oğlu – xalçalar oğurlanıb – 200 rubl.
43. Rəhim Hüseyn oğlu – iribuynuzlu mal-qara – 2000 rubl.
44. Məşədi Əbdül Qasım Kərbəlayı Ələkbər oğlu – ev və dükan qarət olunub – 10.300 rubl.
45. Hacı Əli Məmməd Hacı Əbdül Kərim oğlunun uşaqları – ev avadanlıqları, baqqal malları cəmi – 400.050 rubl.
46. Hacı Əsgər Hacı Talıb oğlu – ev avadanlıqları – 90.000 rubl.
47. Kərbəlayı Hüseyn Hacı Zeynal oğlu – baqqal malları – 2000 rubl.
48. Məşədi Hüseyn Qulu Molla Mahmud oğlu – ev yandırılıb, dükan və dərzi dükanı qarət olunub – 15.000 rubl.
49. Hacı Səid Hüseyn Ağa Mir Əli Əsgər oğlu – ev yandırılıb, dərzi dükanı talan edilib – 7000 rubl.
50. Xan Paşa Məşədi Əli oğlu – ev, ev avadanlıqları – 10.000 rubl.
51. Səməd Məşədi Qasım oğlu – ev qarət olunub, dükan yanıb – 25.000 rubl.
52. Əbdül Hacı Məşədi Məmməd oğlu – baqqal malları – 5000 rubl.
53. Hacı Dövlət İlyas oğlu – ev və dükan qarət olunub – 50.000 rubl.
54. Məmməd Yusif Hacı Nəcəf oğlu – ev qarət olunub – 10.000 rubl.
55. Həmidulla Kərbəlayı Rüstəm Paşa oğlu – ev qarət olunub – 20.000 rubl.
56. Əhməd Kərbəlayı Şamil oğlu – ev qarət olunub və yandırılıb – 12.000 rubl.
57. Məmməd Əli Hacı Şirin oğlu – ev qarət olunub və yandırılıb – 80.000 rubl.
58. Kərbəlayı Həbib Məşədi Qafar oğlu – ev qarət olunub – 10.000 rubl.
59. Məşədi Zeynal Əbdül Ələkbər oğlu – öldürülüb, evi qarət olunub – 15.000 rubl.
60. Rza Qulu Məşədi Cəfər oğlu – qarət olunub – 100.000 rubl.
61. Kərbəlayı Nemət Məmməd Rza oğlu – qardaşı Məşədi Həsən öldürülüb – ev qarət olunub – 12.000 rubl.
62. Hacı Məmməd Qasım Pir Əli oğlu – ev qarət olunub – 30.000 rubl.
63. Məşədi Qasım bəy Mustafa bəy oğlu – ev qarət olunub – 30.000 rubl.
64. Kərbəlayı Əli Əsəd Məşədi Əhməd oğlu – dükan qarət olunub – 500 rubl.
65. Məmməd Əbdül Hüseyn Məhərrəm oğlu – 2 evi qarət olunub – 30.000 rubl.
66. Nemət Bala bəy oğlu – ev qarət olunub – 30.000 rubl.
67. Hacı Hüseyn Qulu Hacı Hacıbala oğlu – ev yandırılıb – 1.000.000 rubl.
68. Hacı Əli Övsət Kərbəlayı Mustafa oğlu – ev qarət olunub və yandırılıb – 300.000 rubl.
69. Kərbəlayı Ağa Kərbəlayı Əsəd Mehdi Qulu oğlu – dükan və ev yandırılıb və qarət edilib – 500.000 rubl.
70. Mehrəli Məşədi Əbdül Həmid oğlu – öldürülüb
71. Yusif Ələkbər oğlu – dükan və ev qarət olunub və yandırılıb – 150.000 rubl.
72. Həsənin oğulları – Dadaş, Əlibaba, Əbdül Hüseyn, Ağa Bala, özü öldürülüb, – evləri qarət olunub – 150.000 rubl.
73. Zeynal Abdin Məşədi Bəkir oğlu – qarət olunub – 14.000 rubl.
74. Əbdül Səttar Ələsgər oğlu – dükan və ev qarət olunub və yandırılıb – 75.000 rubl.
75. Abbas Cəfər Məşədi Məmməd oğlu – qarət edilib və öldürülüb
76. Qasım Qulu Kazım oğlu – dükan qarət olunub – 50.500 rubl.
77. Məşədi Əbdül Qasım Kərbəlayı Süleyman oğlu – ev avadanlıqları qarət olunub və dağıdılıb, baqqal malları, şəkər, çay və başqa əşyalar, ümumi dəyəri – 12.500 rubl.
Quba şəhərinin ikinci hissəsində 250 sakin tüfəng və xəncərlə öldürülüb, onların cəsədləri 5 gün küçədən yığışdırılmayıb. Sakinlər 1 araba ilə onları daşıyır və beş cəsədi bir yerdə basdırırdılar. Quba şəhərinin bu hissəsində qorxudan 300 adam ölüb. Cəmi 550 (beş yüz əlli) nəfər.
Quba şəhərinin 2-ci məhəlləsinin mollası Musa Rza Əsgərzadə.
İmza (ərəb hərfləri ilə)
23 dekabr 1918-ci il.
AR DA, f. 1061, s. 1 iş 96, v. 79-85, 147-148
Sənəd № 77
Erməni dəstəsi və bolşeviklər tərəfindən öldürülənlərin
Siyahısı:
1. Məmməd Rəhimov
2. Məşədi Mirzə Əli Hacı Rəhimov
3. İsa Hüseyn Quluzadə
4. Ağaəli Şahbaz Mehrəlizadə
5. Əmin Mustafazadə
6. Məmməd Rəsul Mahmudzadə
7. Onun oğlu
8. Molla Qafur Məşədi Əfəndizadə
9. Musa Huvət oğlu
10. Əbdül Əhəd Əbdül Qasım oğlu
11. Almas Baba oğlu
12. Molla Seyfəddin Molla İsmayıl oğlu
13. Süleyman Axundzadə
14. Hafiz Danilzadə
15. Məmməd Rəsul Bayram oğlu
Erməni dəstəsi və bolşeviklərin hücumu nəticəsində Quba şəhərinin 100-dən çox sakini qorxudan ölmüşdür. Bunlardan başqa, ermənilər və bolşeviklər tərəfindən 300 nəfər naməlum
gəlmə insanlar öldürülmüşdür ki, onların meyitləri hər qəbirdə 50 nəfər Quba şəhərində basdırılıb.
AR DA, f. 1061, s. 1 iş 96, v. 120,140
Sənəd № 82
Dəymiş zərər haqqında
Ərizə
23 dekabr 1918-ci il
(Sənəd ərəb hərfləri ilə Azərbaycan dilində tərtib edilib)
Tərcümə: Hacı Əbdül Xalıq Hacı Məmməd oğluna aşağıda göstərilən məbləğdə zərər dəymişdir:
nağd pul – 6000 rubl
ev avadanlıqları – 12.000 rubl
qızıl – 60.000 rubl
dükandan mal və pullar – 40.000 rubl
60 baş mal-qara – 120.000 rubl
arı pətəyi – 100 ədəd. – 12.000 rubl
40 pud buğda – 5000 rubl
2 qutu çay – 10.000 rubl
20 pud şəkər – 12.000 rubl
un – 5000 rubl
Cəmi: 390.000 rubl.
1 bağban, 1 işçi öldürülüb
Hacı Əbdül Xaliq (imza ərəb hərflərilə)
AR DA, f. 1061, s. 1, iş 96, v. 69
Sənəd № 85
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına
Quba şəhər və qəza axtarış şöbəsinin
rəisi Məcid Kazımovdan
Ərizə
Komissiyaya bildirməyi vacib hesab edirəm ki, Quba şəhərinə gəlmiş Amazasp başda olmaqla erməni Cəza dəstəsi tərəfindən mənim əmimin bağda yerləşən evi tamamilə yandırılmışdır. Mən və mənim bütün ailə üzvlərim həmin evdə qalırdıq və bütün ev və qiymətli əşyalarımız bu evdə yığılmışdı. Həmin əşyalardan mən heç nəyi xilas edə bilmədim. Hər şey elə yanıb kül olub ki, mən və ailəm demək olar ki, lüt qalmışıq. Mənə yüz min rubldan çox ziyan vurulub və mən bunu lazım olan hər vaxt sübut edə bilərəm.
24.ХП.1918.
Axtarış şöbəsinin rəisi: İmza
AR DA, f. 1061, s. 1, iş 96, v. 120
Sənəd № 86
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına
Quba şəhəri Pristavının köməkçisi
Musa Kazımovdan
Ərizə
Komissiyaya bildirməyi şərəf hesab edirəm ki, Quba şəhərinə gəlmiş Amazasp başda olmaqla erməni Cəza dəstəsi tərəfindən mənim xüsusi mülküm tamamilə yandırılmışdır, əmim Qasım Kazımov öldürülmüşdür. Mən ailəmi Rustov kəndinə göndərməyə elə ancaq macal tapmışdım ki, yarım saatdan sonra şəhəri mühasirəyə aldılar, atəşlər açıldı, qətlər və qarətlər başlandı. Bu zaman mən və mənim qaynım Axund Molla Hacı Babagilə qaçdıq, çünki onun evində xeyli adam vardı. Mən bu vaxt heç qaloş da geyməyə fürsət tapmadım. Eləcə
corabda qaçdım. Nə qədər ev əşyası, qadın, kişi paltarı, qızıl, gümüş qadın zinət əşyaları, hətta azyaşlı uşaqların paltarları və həmçinin quru meyvə, qoz-fındıq, lavaş dolu anbar, müxtəlif qab-qacaq... Deyə bilərəm ki, 200.000 rubla yaxın.
AR DA, f. 1061, s. 1, iş 96, v. 121
Sənəd № 93
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına
Quba şəhərinin sakini Kərbəlayı Salah
Məşədi Məmməd Bağır oğlu Bağırovdan
Ərizə
Mart hadisələrindən sonra, aprel ayında, Quba erməni əsgərləri tərəfindən talan edildiyi vaxt, heç bir təqsirim göstərilmədən, mənim də (əmlakım) qarət olunmuş və yandırılmış, bununla da mənə böyük həcmdə ziyan vurulmuşdur. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm: (siyahıda 42 adda müxtəlif əmlak - ev əşyası, paltar, zinət əşyaları,
nağd pul və s., hər birinin qiyməti ayrılıqda göstərilməklə, sadalanır). Hələ yanğın vaxtı mənim dükanlarımda gümüş və mis pullar – 1770 rubl (min yeddi yüz yetmiş rubl) və kağız pullar – 4000 rubl (dörd min) yandırılmışdı.
Cəmi: 87 180 rubl (səksən yeddi min yüz səksən rubl)
Kərbəlayı Salah Məşədi Məmməd Bağır oğlu Bağırov Savadsızdır, onun öz şəxsi xahişi ilə onun yerinə Həbib M.Salah oğlu Bağırov imza etdi.
4.02.1919-cu il.
AR DA, f. 1061, s. 1, iş 96, v. 132
|